Sosial şəbəkələrdə yayımla

Kreadiv 2 - Eurovision

Geridə qalan şənbə günü ilin kreadivi seçildi. 1 aydan artıqdır davam edən prosesin finalı Azərbaycanın Marketinq İcmasının və bütövlükdə özəl sektorun önəmli simalarını bir araya gətirdi. Tələbələrin kreativ ideyalarını dinləməyə gələnlər arasında Azercell, Azerfon, Coca-Cola, Apple, Azersun, Socar kimi şirkətlərin, ən nüfuzlu reklam agentliklərinin və medianın nümayəndələri var idi. Hyatt Oteldə baş tutan tədbir haqda sosial şəbəkələr vasitəsilə maraqlı paylaşmalar və müzakirələr getdi.

Bununla belə, gecənin ulduzu şirkətlərin top menecerləri vəya məşhur şəxslər yox, tələbələr oldu. 10 kreativ gəncin mübarizəsindən Texniki Universitetin tələbəsi Fərahim Əlili qalib ayrıldı. HiAzerbaijan adlı layihə finala yüksəlmiş layihələr arasında bir çox məqamına görə seçildi – tədimat, realda tətbiq olunması, lokal yanaşma vs.

Bununla bərabər sektorun ekspertlərindən ibarət münsif heyəti (Əziz Əliyev – Mobitel şirkətinin idarə heyətinin üzvü, Elçin İbadov – PWC şirkətinin tərəfdaşı, Aygün İslamzadə - Genna MCG ölkə müdiri, İlham Mehralıyev – Modern Group strategiya direktoru, Vüsal Qəmbərov – Təşkilat komitəsinin sədri, marketinq məsləhətçi) ticari faydalılığına görə (Orxan Zakirov – Azərbaycan Dövlət İqtisad Universiteti) və kreativliyinə görə (Azər Nuriyev – Qafqaz Universiteti) seçilən iki ayrı layihəni də yüksək qiymətləndirdi.

Mak.az onlayn marketinq jurnalının tələbələrə ünvanlanmış ilk layihəsi olan Kreadivin birincisinin təşkilatçıları və iştirakçılarının çıxışı izləyiciləri 4 il öncəyə apardı. Final günündə məkanda özəlliklə gənc kadr seçməyə gəlmiş şirkət nümayəndələrinin olması xüsusu qeyd olundu.

Tədbirin keçirilməsində baş sponsor Vita1000 ilə yanaşı, sponsorlar UnibankAuto Azerbaijan, hədiyyə sponsorları MobitelBakı Outlet Park, habelə brendinq işlərini həyata keçirmiş Totem reklam və marketinq agentliyinin böyük dəstəyi oldu.

Tədbirdən Görüntülər:

Baxılıb: 1936