Sosial şəbəkələrdə yayımla

«La Sharabi» Çay Klubu Azərbaycan Beynəlxalq Bankının “LadiesClub”unun üzvü olmuşdur

Bah-Bah Club restoranlar şəbəkəsi, Trattoria L’Oliva restoranı və Ukrayna mətbəxi restoranı “Soloxa” ilə yanaşı LadiesClub-a yeni üzv - «La Sharabi» Çay Klubu da qoşulmuşdur.

ABB mətbuat xidmətinin məlumatına görə Şəmsi Bədəlbəyli küçəsi 30 ünvanında yerləşən «La Sharabi» Çay Klubu ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır. Çay Klubunun özünəməxsus interyeri avropa konservativliyi ilə şərq qonaqpərvərliyi və rahatlığını özündə birləşdirmişdir. Qeyd etməyə dəyər ki, bu ailənin çay içməsi, intellektual gənclərin toplaşması üçün nəzərdə tutulmuş bu qəbildən olan birinci Çay Klubudur və həmçinin, həftənin bir günü, cümə axşamı, saat 20.00-a qədər Çay Klubu yalnız zərif cinsin nümayəndələri üçün işləyir. Azərbaycan və Avropa futbolunun azarkeşlərinə xüsusi diqqət yetirilimişdir. Fanatlar öz komandalarının oyunlarının canlı yayımını hər gün izləyə bilərlər, klub azarkeşlərin sərəncamına böyük plazma monitorlu iki zal vermişdir.

LadiesCard kartlarına malik olan qadınlar «La Sharabi» Çay Klubunda öz kartları vasitəsi ilə hesabı ödəyərkən, 10% miqdarında zəmanətli güzəşt alacaqlar.

Beləliklə, LadiesClub-un üzvü olan mağazaların və restoranların sayı tədricən 40-a yaxınlaşır. Oların arasında La Parfumerie mağazaları şəbəkəsi (5%), «Sabina» mağazaları şəbəkəsi (5%), «Gallery» mağazaları şəbəkəsi (10%), “The House of Villeroy&Boch” (10%), “Bang and Olufsen” (10%), “Yves Delorme” (10%), “Baccarat” (10%), “Ambiance” (10%), “Swarovski” (10%), “Royal Collection” (10%), N-Studio (güzəşt 5%), Amplua mağazaları (5%), BahBah club restoranlar şəbəkəsi (5%), Trattoria L’Oliva (5%), «Soloxa» (5%)restoranları , Bessini (5%) və həmçinin Pierre Cardin (15%), Cacharel (15%), Rodi (15%), US Polo Assn (15%) mağazaları kimi mağaza və restoranlar var.

Yenilikləri www.LadiesClub.az saytında izləyin.

ABB-nin məlumat xidməti

Baxılıb: 6387

Şərhlər