Sosial şəbəkələrdə yayımla

"Lavazza", Fransanın "Carte Noir" şokolad brendini satın alıb

İtaliyanın qəhvə istehsalçısı "Lavazza", "Carte Noir" brendini satın alması barədə məlumat verib. Satın almanın dəyəri 700-750 mln. dollar civarında qiymətləndirilir. Bu barədə "Reuters" agentliyi xəbər verir. 
"Lavazza" qeyd edir ki, yeni anlaşma nəticəsində onların gəliri 2016-ci ildə 20% artaraq 1,9 mlrd. dollar çatacaqdır. “Carte Noir”in satın alınması qəhvə bazarında "Jacobs Douwe Egberts" kimi rəqiblər ilə rahat rəqabət aparmaqda “Lavazza”ya yardımçı olacaq. 

Baxılıb: 3122

Şərhlər