"Lenovo" rebrendinq edib
Çinin ən böyük komputer istehsalçılarından olan "Lenovo" şirkəti yeni loqotipini təqdim edib. Şirkət köklü olaraq dəyişilmək qərarı alıb. Bu yaxınlarda da “IBM”in satın alınması ilə “Lenovo” 10 yaşını qeyd etdi. İndi şirkət yalnızca komputer istehsalı ilə kifayətlənmir, məişət texnikası istehsalı ilə də məşğul olur.
Daxili islahatlar bitdikdən sonra sıra, xarici görünüşdə dəyişikliklər etməyə gəlib çıxdı.Yeni loqotip "Lenovo Tech World" konfransında təqdim olunub. Yeni sloqan isə belədir: “Heç bir zaman yerində dayanma”. Kreativin işlənib hazırlanması ilə "Saatchi & Saatchi" (New York) agentliyi məşğul olub.
Yeni Loqo




Köhnə Loqo


Baxılıb: 3444
Şərhlər