Sosial şəbəkələrdə yayımla

“Leo Burnett Company” – 80 illik kreativ təcrübə (press-reliz)

“Leo Burnett” reklam agentliyi haqqında eşitməyən reklamçı yoxdu. Bu gün, bir vaxtlar, Çikaqoda balaca bir ofisdə fəaliyyətini başlayan “Leo Burnett Company” şirkətinin 80 illik yubileyi tamam olur. İndi, o artıq “Leo Burnett Worldwide”dı, 97 ofisdən ibarət böyük bir reklam şəbəkəsidi, nəinki ABŞ-ın, həmçinin bütün dünyanın ən məşhur reklam agentliklərindən biridi.
Leonun həyat hekayəsi istənilən reklamçı üçün nümunəvi və maarifləndirici xüsusiyyət daşıyır. 
1935-ci ildə Leo sığortasını girov qoyaraq 50000 dollar kredit götürür və Böyük İqtisadi Böhranın qızğın dövründə öz reklam agentliyi “Leo Burnett Company”nin əsasını qoyur. 
 
 
5 illik ciddi səylər və əmək nəticəsində “Leo Burnett Company” ilk iri müştərisini qazanır - Amerika Ət İnstitutu. Və daha 5 il keçdikdən sonra bu şirkətçün yaradılan və “qırmızı üstündə qırmızı” adlanan reklam kampaniyası “Leo Burnett Company”ə məşhurluq gətirir. Leo Börnetdən öncə heç kim reklamda çiy əti, ələxsus da qan qırmızısı rəngli fonda təsvir etməmişdi. 
Açıldıqdan düz 14 il sonra Leo Börnet daha bir böyük müştərini fəth etdi - Pillsbury Family Flour. Bu müştəri üçün, hətta XXI-ci əsrdə belə məşhurluğunu qoruyub saxlayan  “kömbə-oğlan” (Pillsbury Dough Boy) yaradıldı. 
Əsl qələbə “Leo Burnett Company”ə 50-ci illərdə gəldi. Philip Morris, “Leo Burnett Company”nin müştərisi oldu. 
“Marlboro Cowboy”  reklam kampaniyası, “Leo Burnett Company” şirkətinin tarixində dönüş nöqtəsi oldu. Beləliklə,  Marlboro kovboyu obrazının yaradılması “Çikaqo reklam məktəbənin” yaranması kimi tarixi hadisəyə çevrildi.  Və Leo Börnet də bu məktəbin banisi oldu. 
 
 
Hazırda, Börnetin reklam aqentliyi ABŞ-ın ən iri və dünyanın 7-ci reklam aqentliyidi. “Leo Burnett Company” dünyanın 25 ən iri ticarət markalarından 7-sini, yəni, “Coca Cola”, “Kellogg”, “Marlboro”, “McDonald’s”, “Nintendo”, “Tampax”“Walt Disney” markalarını yaratdığı reklamlar vasitəsilə çox böyük uğurla inkişaf etdirir. 
1935-ci ildə olduğu kimi, indi də “Leo Burnett Worldwide” ofislərində gələn qonaqlara qırmızı almalar təqdim edilir. Leo Börnetin - “Ulduzlara can ataraq, əlbəttə ki, onlardan heç birini də əldə edə bilməyəcəksiz - amma ən azından çirkaba bulaşmazsız”  məşhur ifadəsi korporasiyanın simvoluna çevrilib. 
 

Baxılıb: 3484

Şərhlər