Sosial şəbəkələrdə yayımla

“Leo Burnett”in yeni CEO-sunun adı açıqlanıb

"Leo Burnett Worldwide", yeni CEO-sunun adını açıqlayıb. 2004-cü ildən agentliyin idarə rəhbəri olan Tom Bernatın əvəzinə, daha öncə Şimali Amerika şöbəsinin rəhbəri olan Riç Stoddart, CEO vəzifəsinə təyin olunub. 
Riç Stoddart, CEO olaraq 1 fevral tarixindən fəaliyyətə başlayacaq. 
Yeni "Publicis Communications" şöbəsinin sədri Artur Sadun qeyd edib ki, Stoddart, şəbəkənin idarə edilməsi üçün seçilən ən yaxşı namizəddir. Onun fikrincə yeni CEO, komandanı düzgün istiqamətdə idarə edəcək və böyük uğurlar qazanacaq. 

Baxılıb: 3715

Şərhlər