Sosial şəbəkələrdə yayımla

“Leo Burnett Worldwide" Azərbaycanda öz nümayənəliyini açıb

“Leo Burnett Eastern Europe”, Azərbaycanda öz nümayəndəliyi Trade Mark Leo Burnett”in fəaliyyətə başlaması barədə rəsmi məlumat verib. 
Vladimir Tkaçev, Chairman & CEO Leo Burnett Eastern Europe: “Azərbaycan – sürətlə inkişaf edən bazardır və bizim üçün belə bazarlar çox maraqlıdır. Biz bu barədə bir neçə ildir ki, maraqlanırıq və mümkün partnyorlar ilə danışıqlar aparırıq. Və hiss edirik ki, artıq əsl vaxtıdır. Bir tərəfdən daxili bazar artıq ciddi beynəlxalq səviyyəyə çıxmağa hazırdır, digər tərəfdən isə Azərbaycanda yalnzca daxili bazarda deyil, xarici bazarlara çıxmaq istəyən brendlər var. Biz onlara hər iki istiqamətdə kömək etməyə hazırıq”. 
Yeni şöbə yerli bazarda uğurla fəaliyyət göstərən “Trade Mark” agentliyinin komandası ilə çalışacaq. 
“Leo Burnett Worldwide” – dünyanın ən böyük reklam agentlikləri şəbəkəsindən biridir. Dünya üzrə 85 ofisi və 8 mindən çox işçisi vardır. Fransanın “Publicis Groupe” reklam-kommunikasiya holdinqinin tərkibinə daxildir. Reklam agentliyi şəbəkəsi, “Coca-Cola”, “Fiat”, “Kellogg’s”, “Kraft”, “McDonald’s”, “Nintendo”, “P&G”, “Samsung” və digər dünya şöhrətli brendlər ilə çalışır. 
 
 
 
 
 
 

Baxılıb: 6737

Şərhlər(1)

Şərhlər (1)

Mak Mak
xeyirli olsun