Sosial şəbəkələrdə yayımla

Londonda dünyanın ən böyük reklam şiti quraşdırılacaq

Böyük Britaniyada ölçülərinə görə analoqu olmayan reklam qurğusunun hazırlanmasına başlanıb. Bu qurğu hətda kosmosdan aydın görüntüyə malik olacaq.  

Verilən xəbərə görə reklam qurğusunun ölçüsü 20 min kvadrat metr olacaq və bu üç futbol meydançasının ölçüsünə bərabərdir. Qurğunun yerləşdiriləcəyi yer isə Hitrou Hava Limanının yanındadır. Bu lahiyənin həyata keçirən “Ed Eyr” şirkəti üç belə reklam qurğusu yerləşdirməyi planlaşdırır. Onların üz tərəfi göyə tərəf yönləndiriləcək.  

  “Ed Eyr” şirkəti artıq bu qurğularda reklam yerlədirməkdə maraqlı olan kompaniyaların axtarışına da başlayıb. Belə ki, burada reklamını görmək istəyən şirkət ildə 1 milyon dollarından keçməlidir. Reklam qurğularının ən böyük üstünlüyü və qeyri adiliyi onların 400 metrdən 1000 metr məsafədən görünməsidir.  

Xatırladaq ki, Hitrou Hava Limanından ildə 67 milliyon sərnişin istifadə edir.     

Baxılıb: 4725

Şərhlər