Sosial şəbəkələrdə yayımla

Loqolar keçici, markalar qalıcıdır

Zamanla ayaqlaşmaq üçün ad və loqolarını yeniləyən dünya nəhəngləri ilə tanış olaq.
 
Larry Page və Sergey Brin-in "İnternetin arxa planında qalan linklərini analiz edən" tapıntısı BackRub, bugün onu tanıdığımız adı olan Google-a 1997-ci ildə çevrilmişdir. 
 
 
 
 
1958-ci ildə əsası qoyulan Koreyalı elektronika şirkəti Goldstar, 1995-ci ildə Lucky Chemical ilə birləşdiyində ortaya LG markası çıxmışdır. 
 
 
 
 
Fusajiro Yamauchi 1889-cu ildə şirkətin adını Yamauchi Nintendo & Co. olaraq müəyyən etmişdi. Bir loqistika şirkəti olan Marufuku ilə birləşən Nintendo iki il bu marka adı ilə davam etsə də, 1951-ci ildə alınan qərar ilə marka yenidən Nintendo adından istifadə etməyə başlamışdır. 
 
 
 
 
"Amerikanı onlayn etmək missiyamızı tamamladıq". Bu sözlər 2006-cı ildə dövrünün Aol idarəçilərindən olan Jon Miller-ə aiddir. O tarixdən bu yana American Online, Aol olaraq yoluna davam edir.
 
 
 
 
Caleb Bradham, ilk olaraq aptekdə hazırladığı qazlı içkini 1893-1898-ci illərdə Brad`s Drink adı altında satmışdır. 1898-ci ildən içki, Pepsi Cola adı altında satılır.
 
 
 
 
 
Richard Schulze və bir şəriki, yüksək keyfiyyətli stereo musiqi satışı həyata keçirdikləri elektronik mağazalarını Sound of Music adı ilə açmışdı. Əsasının qoyulduğu 1966-cı ildən 1983-cü ilə qədər sürətlə böyüyən və həmin il 10 milyon dollar satış və yeddi mağazaya sahib olan Sound of Music-in adı Best Buy olaraq dəyişdirilmişdir. 
 
 
 
 

 

1984-cü ildə Kanadalı iki tələbə tərəfindən qurulan və Şimalı Amerikanın simsiz məlumat texnologiyasını hazırlayan ilk firması olan Research in Motion, istehsal etdiyi Blackberry mobil telefonunun özündən daha da böyüməsi nəticəsində tarix səhnəsidən silinərək məhsulun adını almışdır.
 
 
 
 
Oregon univeritetinin atleti  Phil Knight və məşqçisi Bill Bowerman tərəfindən 1964-cü ildə qurulan və əsas məqsədi ASICS marka ayaqqabılarının dağıtımını həyata keçirmək olan marka Blue Ribbon Sports, qurulduqdan 7 il sonra Nike adını almışdır. 
 
 
 
 
1965-ci ildə Pete Bucks adlı dostundan 1000 dollar borc alan Fred DeLuca, aşdığı sendviç dükanına Pete’s Super Submarines adını vermişdir. 1968-ci ildən Subway olaraq davam etmişdir.
 
 
 
 
Dot-com bubble-ın ən məşhur uğur hekayələrindən birinə sahib olan ebay-ın ilk adı, markanın özündə gördüyü işə referans verən AuctionWeb olmuşdur.
 

Baxılıb: 282

Şərhlər