Sosial şəbəkələrdə yayımla

Müsahibə - Filip Dyuhörst

Filip Dyuhörst College Hill Natural Resources (College Hill Təbii Ehtiyatları) komandası ilə birgə çalışır və kommunikasiya sahəsində 30 illik  təcrübəyə malikdir. O enerji sənayesində də geniş təcrübəyə malikdir; o BNFL Group şirkətinin korporativ əlaqələr üzrə direktoru vəzifəsində çalışıb və Qazprom şirkətinin fıaliyyətində əhəmiyyətli rol oynayaraq şirkətin BK (Birləşmiş Krallıq), ABŞ və Fransanın enerji bazarlarına daxil olması üçün tövsiyyələr vermişdir.

O 2012-ci il Oktyabr ayının 17-si keçiriləcək Azərbaycanın ilk qlobal PR tədbiri olan Bakı PR Experience tədbirinin spikerlərindən biridir.

Bəzi mənbələrdən alınan məlumatlara görə siz son 25 ilin ən mühüm PR şəxsiyyətlərindən birisiz. Siz işinizi adətən bir balaca arxa planda görürüsüz. Bəs mətbuatın və bu biznesdə olan insanların diqqətindən necə yayınırsız?

Mən inanıram ki, PR məsləhətçisinin rolu müştərilərə öz həyat hekayələrini paylaşmağa kömək edərkən ikinci planda qalmaqdır. Bəzən, xüsusilə yüksək profilli təşkilatlarda, bu heç də həmişə mümkün olmur. Məsələn, mən İctimai Əlaqələr üzrə Çarter İnstitutunun Prezidenti vəzifəsində çalışanda, PR biznesini inkişaf elətdirmək məqsədilə tez-tez mətbuatda, televiziya və radioda görünürdüm. Əgər  bu vəziyyətə düşmüsənsə, gərək əlindən gələni edəsən və əmin olmalısan ki, müştərilərin kimi, sən də müvafiq media (mətbuat, KİV) təlimləri keçmisən.

Birləşmiş Krallıqda son zamanlar PR məsləhətçilərin tarixə çevrildiyi görünür – məsələn, telefon danışıqlarına müdaxilə zamanı iş başında yaxalanan Baş Nazirin nümayəndəsi Endi Kulson kimi. Bu adətən mütəxəssisin özü və PR peşəsi üçün pis nəticələrə gətirib çıxarır.

Krizis (böhran) kommunikasiyaları daim qəliz məsələ olaraq qalır. Krizis  kommunikasiyaları mövzusunda məsləhətləriniz nələrdir və necə fikirləşirsiz, krizis kommunikasiyaları universal ola bilər, yoxsa hadisəyə görə dəyişir?

Böhranın öhdəsindən gəlməyin ən əsas yolu ona hazır olmaqdır. Mən hələ də bəzi məşhur şirkətlərin böhran kommunikasiyaları planlarının olmadığını eşidəndə təəccüblənirəm. Bu planlar tez-tez  yenilənməli və yoxlanılmalıdır. Böhran baş verəndə, hər şey elə tez baş verir ki, onun öhdəsindən uğurla gəlmək üçün tam hazır olmalısan. Həmçinin, 7 gün 24 saat qlobal mətbuat və onlayn hücumlardan qorunmaq üçün, kifayət qədər insan resurslarına malik olmaq çox vacibdir. Mən dəmiryol sənayesində çalışanda, biz bütün konsultasiya həmkarlarımızın da krisiz planımız barədə təlim keçməsini təmin etmişdik ki, böhran baş verən zaman  onlar da bizim press-attaşelərimizlə çiyin-çiyinə otura bilsinlər.

Müştərilərlə qarşılıqlı inama əsaslanan əlaqələr qurmaq nə qədər vacibdir və siz, sizin nə dediyinizdən asılı olmayaraq öz strategiyalarını istədikləri kimi həyata keçirməyə davam edən müştərilərlə işləyə bilərsinizmi?

Müştəri (yerli və ya xarici) və PR məsləhətçisi arasında tam inam olmalıdır. Əlbəttə ki, müştəri heç də həmişə PR məsləhətçisinin tövsiyyələrinə əməl eləməyə bilər, lakin bu ikitərəfli prosesdir və PR məsləhətçisi üçün müştərinin mədəniyyətini və işlədikləri mühiti anlamaq eyni dərəcədə vacibdir ki, ona ən yaxşı məsləhəti verə bilsin. Yaxşı məsləhətçi həmişə müştəriyə qarşı tələbkar olmalıdır, amma müştəriləri çox da sıxışdırmamalıdır.

Siz Rusiya şirkətləri ilə iş sahəsində təcrübəyə maliksiz. Onlar Qərb şirkətlərindən nə ilə fərqlənir?

Mən 2006-cı ildə Qazpromda işləməyə başlayanda, onun  PR strategiyası Qərb həmkarlarından çox fərqli idi. Strategiyaları çox reaktiv idi və Moskvada mərkəzləşmişdi. Lakin şirkət o vaxtdan uzun inkişaf yolu keçib və hal-hazırda güclü komandaya və beynəlxalq konsultasiya dəstək şəbəkəsinə malik çox effektiv qlobal PR şəbəkəsinə malikdir. Onlar məsləhətə qulaq asan və məqsədyönlü PR şəbəkəsi quran bir müştəri oldu. Əlbəttə ki, istənilən mühüm qlobal enerji şirkətinin öhdəsindən gəlməli olduğu mübahisəli PR məsələləri olur, lakin Qazprom günbəgün bu vəziyyətlərə daha da hazırdır.

Siz təhsil sektorunda çox fəalsız. Yeni PR nəsli əvvəlkindən nə ilə fərqlənir? Onların PR-a baxış nöqtələrində fərqlər varmı?

Mən bu suala məmnuniyyətlə cavab verəcəm, çünki bu yaxınlarda CIPR-ın 2012-ci il üzrə Excellence Awards mükafatlandırma mərasiminin hakimi olmuşdum və müsabiqəyə qatılanların görüş dairəsi və keyfiyyəti mənə çox xoş təəssürat bağışladı. Müsahibə etdiyim gənc komandalar əla işlər təqdim etdilər və göstərdilər ki, onlar uğurlu nəticələr əldə etmək üçün lazmı tədbirləri həyata keçirməyə qadirdirlər. Həmçinin yaradıcı (kreativ) strategiyalara və sosial media əhatəsinə əsaslanan PR-ın əvvəllər reklam agentliklərinin məkanı olmuş bir yerdə inkişafını görmək də maraqlıdır.

Hal-hazırda PR-da sosial media çox müzakirə olunan mövzudur. Buna fikriniz nədir? Bu biznesdə 20 ildən çox təcrübəyə malik olan bir insan bütün bu tendensiyaları izləyə bilərmi? Bu gün kommunikasiya ilə sosial media arasında fərq mövcuddurmu, yoxsa bu PR dünyasında daha bir əlavə platformadır?

Bir daha qeyd edim ki, CIPR Excellence Awards Mükafatlandırma Mərasimi, rəqəmsal kommunikasiyaların ictimai əlaqələr üçün necə vacib olduğunu göstərdi. Mənim fikrimcə sosial medianın bu gün güclü bir alətə çevrildiyini nəzərə alsaq, qlobal bir mesajın çatdırılmasında böyük fərq var. Bu xüsusilə sosial medianın kütləvi şəkildə istifadə olunduğu Çin bazarlarında özünü göstərir.

Yaş məsələsinə gəldikdə, rəqəmsal dünyada böyümüş gənc mütəxəssislər üçün şübhəsiz ki möhtəşəm bir imkandır. Lakin yaşından asılı olmayaraq, yaxşı PR mütəxəssisi bütün yeni kommunikasiya mediası ilə ayaqlaşmağı bacarmalıdır. Hal-hazırda 50-60 yaşlarında mükəmməl bloqqerlər və tvitterlər var! Mənim anamın 83 yaşı var, lakin o sosial mediadan istifadə edir və onun aktiv Facebook səhifəsi var.

Bu günün PR dünyasında güclü rəqabət var. Bizim ölkəmizdə və digər ölkələrdə, PR işini əvvəllər jurnalist vəzifəsində çalışmış jurnalistlər və ya jurnalistlərin özləri həyata keçirir. Buna fikriniz nədir?

Mənim fikrimcə rəqabətin bizim sənayeyə faydası var. PR-ın digər mühüm aspektlərini öyrənməyə hazır olduqları müddətcə bəzi jurnalistlərdən yaxşı PR mütəxəssisləri çıxır. Lakin, həm də bəzi jurnalistlər yalnış səbəblərdən PR-a girirlər və uğur qazanmırlar. Mənim fikrimcə, qlobal mediada baş verən dəyişiklikləri və təşkilatlara öz ismarıclarını dünyaya çatdırmaq üçün təqdim olunan imkanları nəzərə alsaq, indiki dövr PR-da işləmək üçün ən yaxşı vaxtdır. Daxili kommunikasiya və işçi motivasiyası kimi sahələrin əhəmiyyəti getdikcə artır və kommunikasiya peşəkarları üçün yeni imkanlar təklif edir.  

PR artıq həddi-büluğa çatıb və artıq hamı tərəfindən qəbul edilən (tanınan) bir peşədir. Digər peşələrdə olduğu kimi, təlimlər və davamlı peşəkar inkişaf əsas meyarlardır.

Kiçik PR agentlikləri barədə fikriniz nədir? Belə görünür ki bu günün dünyasında təcrübəsiz PR agentlikləri çoxdur?

Bu il CIPR Excellence Mükafatlandırma Mərasiminə qatılan kiçik agentliklərin keyfiyyəti bizi təəccübləndirdi və sevindirdi. Əgər kiçik agentliklər müvafiq sənaye assosiasiyalarına məxsusdurlarsa, bu sənayenin əxlaq normalarına uyduqları təqdirdə onların mövcudluğunda heç bir problem yoxdu. Bir çox PR qrupları, hətta mənim əvvəllər çalışdığım Weber Shandwick şirkəti kimi qlobal liderlər kiçik agentliklər kimi fəaliyyətə başlayıblar.

Bakı PR Experience mərasimində həmçinin Şahzadə Diananın Şəxsi Katibinin, Şahzadə Villaim və xanımı Keytin toyunun Rəsmi Nümayəndəsinin, həmçinin Dubayın Cumeyra Qrup şirkətinin, BBC və Microsoft şirkətlərinin PR direktorlarının təqdimatları olacaq.   

Tədbir barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı internet səhifəsinə baş çəkin:

http://www.thepworld.com/experiences/baku-pr-experience.aspx

 

Baxılıb: 2997

Şərhlər