Sosial şəbəkələrdə yayımla

Müsahibə - György Bögel

Dr. György Bögel 2005-ci ildən etibarən Mərkəzi Avropa Universitetinin Ali Biznes Məktəbində Menecment üzrə Professor və Tədris Proqramları üzrə İcraçı Direktordur. O, Kənardan Cəlbetmə (Outsourcing) Strategiyaları və İT Transmilli Korporasiyaların Transformasiyası fənlərindən mühazirə deyir. O, həmçinin 2001-2005-ci illər ərzində KFKİ Kompüter Sistemləri Korporasiyasında və bir sıra digər şirkətlərdə təşkilati dəyişikliklər və menecmentin inkişafı layihələrində icraçı qruplarla işləmişdir.
Dr. György Bögel Macarıstan Elmlər Akademiyasında fəlsəfə doktoru dərəcəsini almışdır.
Dr. Bögelin tədqiqat istiqamətlərinə korporativ təşkilat, təşkilati davranışlar, multibiznes şirkətlərin təşkili və idarəedilməsi (SBUlar, mənfəət mərkəzləri, daxili bazar, CHQ-nün funksiyaları, dəyər-yaradılması, birgə fəaliyyət və s.) və informasiya texnologiyalarının korporativ strategiya və təşkilat üzərində təsiri daxildir.
O, 100-dən  çox kitabın, məqalənin, kitab fəsillərinin və korporativ təşkilat, strategiya, qiymət siyasəti, təşkilat nəzəriyyəsi, korporativ idarəetmə, telekommunikasiya, İT, biliyin idarəedilməsi, elektron-biznes üzrə tədqiqatların müəllifidir.

Mak.az: MAU özünü hansı mövqedə  görür? Məsələn, texniki yönümlü MİT, Stanford, humanitar yönümlü Harvard, Yale, biznes yönümlü Wharton, Kellogg kimi universitetlər var. 

György Bögel: MAU Biznes Məktəbi Budapeştdə yerləşən Amerikan biznes məktəbidir. Bizim çoxlu ölkələri təmsil edən beynəlxalq fakültəmiz var. Bizim tələbələrimiz beynəlxalq səviyyədə işə qəbul olunurlar. Mən təzəcə “Sahibkarlıq” kursunu başa vurmuşam və mənim Almaniya, Gürcüstan, ABŞ, Hindistan, Fransa, Keniya, Macarıstan, Moldova və bir çox digər ölkələrdən tələbələrim var idi. Bizim fəlsəfəmiz açıq cəmiyyət, sosial cavabdehlik və tərəfdaşlıq anlayışına əsaslanır, bunlar isə fərqləndirmənin əsas amilləridir. Tədrisin ingilis dilində olması ilə, beynəlxalq fakültəmiz və tələbə heyətimizlə və millətlərarası (cross-national) MBA proqramımızla biz regionda olduqca unikal hesab olunuruq. Həmçinin keçid iqtisadiyyatları haqda biliklərimiz də çox dəyərlidir.

Mak.az: Bakıdakı təqdimat zamanı  siz nitqinizdə Şərq və  Qərb təhsil sistemləri haqqında qeyd etdiniz. Görəsən həqiqətən onlar arasında böyük fərqlər mövcuddur?

György Bögel: Hər iki təhsil sistemi müxtəlif metodoloji, sosial və mədəni ənənələrə əsaslanır. Mən Macarıstanda təhsil almışam, amma əsasən Britaniya, İrlandiya və Amerika olmaqla bir çox qərb məktəblərinə də səfərlərim olub. Həmin sistemlərin ikisinin də üstün və çatışmayan, güclü və zəif cəhətləri var. Amma real həyat daha rəngarəngdir, yalnız “Şərq” və “Qərb” sistemləri haqda danışmaq kifayət etməz. Mən sinifdə müxtəlif ölkələrdən olan tələbələrlə işlədiyim zaman onların keçmiş təcrübələrində olan fərqləri görür və hiss edirəm. Məsələn, Amerikalı tələbələr daha sərbəstdirlər, onların kommunikasiya bacarıqları əladır və problemə istiqamətlənmiş olurlar. Çinli tələbələr çox yaxşı hazırlıqlı olurlar, amma onların çoxu sinifdə olduqca sakitdirlər. Rus və Macar tələbələr statistika və dəqiq elmlərdə çox yaxşıdırlar, Alman tələbələrin işləmə tərzləri çox sistematikdir. Biz birlikdə işləyəndə əsas məsələ bu qüvvələrdən necə istifadə etmək və bir-birimizdən nəyi öyrənə bilməkdir. 

Mak.az: Belə görünür ki, Macarıstan Şərqi Avropada təhsil turizminin mərkəzinə çevrilir, Azərbaycan da öz regionunda bu mövqeyi qazana bilərmi?

György Bögel: Təhsil çox ölkələrdə iqtisadiyyatın çox vacib sahələrindən biridir. Dünyanın hər bir yerində bir çox məktəblər tələbələr üçün rəqabət aparır və mən şadam ki, bizim regionda bəzi universitetlər bunu həqiqətən uğurla öhdəsindən gəlirlər. Mən Azərbaycana iki həftə əvvəl gəldim, menecerlərlə, professorlarla və gənc savadlı tələbələrlə görüşlərim oldu. Mənim sizin ölkəniz haqda yaranan təəssüratlarıma gəldikdə isə, deyə bilərəm ki, sizin ölkəniz təhsil sisteminin inkişafı üçün və gələcəkdə əcnəbi tələbələri cəlb etmək  baxımından çoxlu şeylər edə bilər və etməlidir də. Bu çətin və sistemli şəkildə yerinə yetiriləsi bir işdir, amma etmək mümkündür. Sizə lazım olan şey peşəkar strategiya və həyata keçirmədir. Sizin coğrafi mövqeyiniz bunun üçün çox uyğundur.

Mak.az: Mini MBA proqramı kimlər  üçün nəzərdə tutulub?

György Bögel: Bakı Mini MBA proqramı biznesdə “incəsənəti” modullaşdırılmış formada öyrənmək istəyən istedadlı aktiv və gələcək menecerlər üçün nəzərdə tutulur. Ola bilsin ki, onlardan bəziləri gələcəkdə tam MBA proqramına qoşulsunlar (ümid edirik ki, bu bizim məktəbinki olacaq) amma hazırda onlar buna cəhd edə bilmirlər. İngilis dilində yaxşı anlama daxil olma tələbidir. Mən xüsusilə şad olardım ki, qrupda bir neçə sahibkarları da görüm, çünki kiçik və orta müəssisələr xüsusilə də inkişafda olan ölkələrin iqtisadi inkişafı üçün çox vacibdir. 

Mak.az: İnternet biznes sahələrinin bütün formatını dəyişir və bu gün kiçik ödənişlərlə bütün məşhur kitabxanalara çatmaq asandır. Sizcə, internet təhsil biznesini də dəyişməkdədir?

György Bögel: İnternet hər şeyi dəyişir: biznesi, hökuməti, ticarəti, səhiyyəni və s. Mənim fikrimcə biz bu onillikdə təhsildə həqiqi elektron-öyrənmək (e-learning) inqilabı görəcəyik. Mən Macarıstan Elektron Kommersiya Assosiyasının İdarə heyətinin üzvüyəm ona görə də, biznesdə nəyin baş verdiyini birbaşa görürəm və əminəm ki, təhsil də eyni istiqamətdə hərəkət edəcək. Texniki imkanlar böyükdür: bizim multimedia vasitələrimiz, elektron kitabxanalarımız, platformaları öyrənən açıq mənbələrimiz var, həmçinin YouTube, Facebook, Skype. Əgər biz Bakıda mağaza yarada bilsək, mən yerli partnyorlarımızla Elektron Mini MBA üzərində işləməyə başlamağı tövsiyyə edəcəm.

Mak.az: Hazırkı vəziyyət necədir? Azərbaycanlı biznes menecerlər bu layihə barəsində nə fikirdədirlər? Buna böyük maraq var?

György Bögel: Bakıda olanda marağın yüksək olduğunu gördüm, çox insan öyrənmək istəyir, ən əsası isə şirkətlərin qlobal iqtisadiyyatda rəqabətə davamlı olmaları üçün həqiqətən peşəkar menecerlərə ehtiyacı var. Biz partnyorumuz Azərbaycan Marketinq Cəmiyyəti ilə tələbə qəbulu strategiyasını müzakirə etdik, indi isə onun həyata keçirilməsi üzərində çalışırıq. Ümid edirəm ki, biz tezliklə bu proqrama başlaya biləcəyik.


Ingilis dilində olan variant:

Dr.György Bögel is Professor of Management and Director of Executive Education Programs (EEP) at Central European University Business School since 2005. He teaches Outsourcing Strategies and Transformation of IT Multinationals. He also worked in KFKI Computer Systems Corporation during 2001-2005 and worked with management teams on organizational change and management development projects in numerous companies.
Dr. György Bögel has PhD from Hungarian Academy of Sciences.
Dr. Bögel’s research interests include corporate organization, organizational behavior, management and organization of multibusiness companies (SBUs, profit centers, internal market, CHQ's functions, value-creation, synergy etc.) and the influence of information technology on corporate strategy and organization.
He is an author of more than 100 books, articles, book chapters and studies on corporate organization, strategy, transfer pricing, organization theory, corporate governance, telecommunication, IT, knowledge management, e-business.



Mak.az: How CEU is positioning itself? We have MIT, Stanford as a technical oriented, Harward, Yale as humanitarian, Wharton, Kellogg as a business one.
 
György Bögel: CEU Business School is an American school of business located in Budapest. We have an international faculty reperesenting many countries. Our students are recruited internationally. I have just finished a course on Entrepreneurship and had students from Germany, Georgia, the United States of America, India, France, Kenya, Hungary, Moldova and many other countries. Our philosophy is based on the concept of open society, social responsiblity and sustainability, these are the main factors of differentiation. With English as the languege of education, with our international faculty and student body, and with cross-national MBA we are rather unique in the region. Our knowledge on transition economies is also very valuable.


Mak.az:  In your speech at Baku Presentation you mentioned about Western and Eastern education system. Are there really a big differences?
 
György Bögel: The two educational systems are based on different methodological, social and culturaé traditions. I was educated in Hungary but visited many western schools, mainly British, Irish and American ones. Both systems have advantages and disadvantages, strengths and weaknesses. But real life is more colourful, it is not enough to speak only about "Western" and "Eastern" systems. When I work in a classroom with students coming from different countries I see and feel the differences in their past experience. For example American students are more open, their communication skills are excellent and they are very problem oriented. Chinese students are very well prepared but many of them are rather silent in the classroomm. Russian and Hungarian students are very good in statistics and decision sciences, German students working style is very systematic. When we work together the question is how to utilize these strenths and what can we learn from each other.


Mak.az:  It seems Hungary becoming a center of educational tourism in Eastern Europe, Can Azerbaijan claim for this position in its region?
 
György Bögel: Education is a very important sector of the economy in many countries. Many schools compete for students everywhere in the world and I am pleased to see that some universities in our region do it really succesfully. I visited Azebaijan two weaks ago, had meetings with managers, professors and bright young students. By my impressions your country can do and must do a lot for improving its educational system and for attracting foreign students in the future. It requires hard and systematic work, but it is feasible. What you need is a professional strategy and professional implementation. Your geographical position is very favorable for this.


Mak.az:  For whom mini MBA program is intended?
 
György Bögel: Our Baku Mini MBA program is designed for talented active and future managers who would like to learn the "state of the art" in business in a modular form. Maybe some of them will join complete MBA programs (we hope it will be that of our school) in the future, but can't afford to do it now. Good understanding of English is an entrance requirement. I would be especially happy to see some entrepreneurs in the group, because small and medium sized ventures are really important for eceonomic development, especially in emerging countries.


Mak.az:  Internet is changing all formats of businesses and now it is easy to get to all famous libraries with small payments. Do you think internet is going to reshape the educational business?
 
György Bögel: The internet is reshaping everything: business, government, trade, healthcare etc. I think that in this decade we will see a real e-learning revolution in education. I am a member of the board of the Hungarian Association for Electronic Commerce, so I see directly what is happening in business, and I am sure education must move on the same path. Technical opportunities are great: we have multimedia tools, electronic libraries, open source learning platforms, we have YouTube, Facebook, Skype... If we manage to set up shop in Baku, I will recommend to start to work on an Electronic Mini MBA with local partners


Mak.az:  What is the current situation? What Azerbaijani business managers think about it this project? Is there a big interest?
 
György Bögel: When I was in Baku I saw that the interest is high, many people would like to learn, and what is the most important thing: companies really need professional managers to become competitive in the global economy. We discussed our recruitment strategy with our partner the Azerbaijan Marketing Society and work on its implementation now. I hope we can launch the program soon.


Baxılıb: 2463

Şərhlər