Sosial şəbəkələrdə yayımla

Müsahibə - Jure Apih

Yure Apihin adı ilk dəfə 70-ci illərdə keçmiş Yugoslaviyada reklam şirkəti olan "Studio Marketing Delo"da kretiv direktor kimi çalışarkən duyulub. Sonralar o həftəlik xəbər jurnalı "Telex"in baş redaktoru olub.Həmin dövrlərdə siyasi hadisə və dəyişiklər nəticəsində jurnalın baş redaktorluğu vəzifəsindən uzaqlaşdırılır. 80-ci illərin əvvəlində o Yuqoslaviyada ilk ixtisaslaşmış Marketinq jurnalını yaradır, ilk əvvəllər Media Marketing sonralar isə MM (Marketing Magazine) adı ilə fəaliyyət göstərən jurnalın baş redaktoru Yure Apih Slovenianin ilk müstəqilliyini qazandığı 90-cı illərdə Ölkənin ən böyük nəşriyyatı "Delo"nun idarə heyyətinin üzvü olur. 2001-2004cü illərdə isə idarə heyyətinin sədri kimi çalışır.
70-ci illərdən reklam sənayesində çalışan Yure 1993-cü ildə "Golden Drum" reklam festivalının yaradır. Festival Avropada yarana yeni ölkələr üçün mövqeləndirilir və əsasən Şərqi Avropanı əhatə edir. Bu gün isə reklam festivalının sərhədləri genişlənərək Orta Asiya ölkələrinə qədər uzana bilmişdir.


mak.az: Dünyada birçox reklam festivalı mövcuddur. Golden Drum`ı təşkil etməyə nə gərək vardır? Ya da belə soruşaq Golden Drum nəyi ilə fərqlənir?

Jure Apih: Biz Golden Drum`a Berlin Divarı yıxılandan az sonar start vermişik. Protorozdan Vladivastoka qədər böyük bir yeni bazar bir gecədə marketinq və reklam təcrübəsindən yoxsun şəkildə gözünü açıq bazar iqtisadiyatına açdı. Yeni Avropanın iqtisadiyatı güclü və aqresiv qərbli rəqiblərinə qarşı tamamilə mühafizəsiz şəkildə idi. Oraya olan yeganə reklam nəzəriyə və praktikası müəllimləri axınını gerçəkləşdirənlərin əsl məqsədi isə yenə qərbli müştərilərinə daha uğurlu olmaq üçün köməklik göstərmək idi.  Bizim öz reklam festivalımız isə; özümüzü dərk etmək, Yeni Avropalı kolleqalar arasında təcrübə mübadiləsi aparılması, daxili kreativlik gücünün motivasiyası və inkişafı, tanıtımının təşkili kimi məqsədlərə xidmət etməli idi. Bizim GENIUS LOCI məkanın ruhundan vacib amil kimi istifadənə nəzərdə tutur.

mak.az: Bu il Azərbaycan, Türkmənistan, Gürcüstan kimi ölkələri festivalda iştiraka dəvət etmisiz. Niyə məhz indi? Düşünmürsüz ki, biraz gecikmisiz?

J.A.: Bütün bu ölkələr lap başlanğıcdan – 15 ildir ki dəvətlidirlər. Bu ölkələri təmsil edən iştirakçı, ziyarətçi və qaliblərimiz olub. Amma çox az. Düzü, əlimizdə yetərincə informasiya və kontakt olamyıb. Daha sonradan bunu aradan qaldırmağa cəhd göstərmişik. Xüsusilə bu dönəmlərdə daha aktiv.

mak.az: Sektorumuzla yaxından tanış olmusunuz?

J.A
.: Hələ yox.

mak.az: Ümumi götürəndə reklam festivalları barədə nə düşünürsüz? Onların məqsədi PR və reklam şirkətlərinə dəstək olmaqdan ibarətdir, yoxsa sektorun dünya biznesində məşhurluq və nüfuz qazanmasına da çalışılır?

J.A.: Reklam sektoru kreativlik üzərinə qurulub. Kreativlik isə ilham, sərbəstlik və motivasiya tələb edir. Bizim gündəlik işimiz adətən çox da sərbəst və motivasiya edilmiş olmur. Müştərilər kraldır, kreativlər isə xidmətçi. İldə bir dəfə mövqelər dəyişir və reklam sektorundan olan kreativ insanlar kraal çevrilir və diqqət mərkəzinə düşür. Kreativçilər çox vaxt müştərilərin kriteriyalarından razı olmaz. Bu sektorda çalışanların bir-birinin işlərini öz ölçülərinə görə dəyərləndirməsi də vacibdir. Reklam sənayesi ən doğru uğur meyarlarını və düzgün yolu seçməli, qavramalı və təqdim etməlidir. Beləcə festivalların təqdim etdiyi "təmiz hava" kreativ işlər üçün əlavə enerji deməkdir. Bu ildən biz müştərilər üçün də mükafatlar nəzərdə tutmuşuq – medianın təzyiqlərinə rəğmən 18 göz oxşayan "qanadlı Nike heykəlciyi" onlara veriləcək.

mak.az: Cannes Lion festivalı ötən il Azərbaycanda ofisini açdı. Amma heç də aktiv deyillər. Sizin Azərbaycanda ofis açmaq və ölkəmizdə bu sahədəki liderliyi ələ keçirmək kimi planlarınız var?

J.A.: Azərbaycanda ofis açmaq kimi bir niyətimiz yoxdur. Amma burada Golden Drum səfiri tapmağımızdan çox məmnunuq. Necə ki, bir çox Yeni Avropa ölkəsində etmişik. Bu əməkdaşlarımıza bizi təmsil edəcək və məkanın ruhunu anlamağa kömək edəcək dostlarımız olaraq baxırıq. Fikrimcə məhz bu Yeni Avropa festivalının ən böyük ütünlüyüdür.

mak.az: Niyə məhz qızıl (Golden) və niyə təbil (Drum)? "Qızıl təbil" (Golden Drum) nə mənaya gəlir?

J.A.: Təbil tarixdəki ilk mediadır. Təbilçilər təpədən təpəyə öz mesajlarını ötürürmüşlər. Qədim insanların mərasimlərində təbilin vacib bir rolu olub. Onlar əsgərləri ürəkləndirirmiş, düşmənlərin ürəyinə qorxu salırmış, əhalini oyadırmış. Orta əsrlərdə isə carçılar təbilçilərdən mesajlarını élan etməkdən öncə əhaliini diqqətini çəkmək üçün istifadə edib. Beləliklə, elan etmək, car çəkmək, reklam etmək – təbil çalmaqdır.

mak.az: Bizim dilimizdə "drum" "nağara" anlamına gəlməkdədir. Bu isə Azərbaycanın milli çalğı alətidir. Bu haqda nə düşünürsünüz? Bu element Azərbaycanda uğurlu mövqeləndirmə üçün sizə kömək edə bilərmi?

J.A.: Ola bilər. Bizə gözəl bir açıqlama, məsələn şəklini göndərərək köməklik göstərə bilərsinizmi?

mak.az: …və sonda. Azərbaycanlı marketerlərə mesajınız…

J.A.: Reklam bazar savaşlarından bayrağı daşıyan kimidir. Sadəcə dinamik, aqressiv və inkişafda olan iqtisadiyatlarda ehtiyac duyulur ona. Kreativlik isə bu savaşda ən böyük ilhamverici notdur. O inkişafın etdirin və çiçəkləndirin!
Golden Drum`ın sloqanı "güclü rəqabət, yaxşı məktəb, çılğın mərasim və cəhənnəm harayı"dır. Bu ilki Golden Drum`I qaçırmayın!

Baxılıb: 2996

Şərhlər