Sosial şəbəkələrdə yayımla

Müsahibə - Kaan Baral

Kaan Baral 1972-ci ildə Türkiyədə anadan olub. 1995-ci ildə Boğaziçi universitetindən mexanika mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. Sonradan isə təhsilini ABŞ-da Berkeley Universitetində Biznesin İdarə olunması və Marketinq üzrə davam etdirib.1997-ci idlə Türkiyəyə qayıdaraq P&G şirkətində çalışmağa başlayıb. 
Kaan təcrübəli treyner kimi də öz fəaliyyətini davam etdirir. Belə ki, Türkiyənin Boğaziçi, Koç və Sabancı kimi universitetlərində mühazirələr verməkdədir.  
Sevdiyi məşğuliyyət səyahət etmək və qolf oynamaqdır. İstanbul Qolf Klubunun üzvüdür. Evlidir, 6 yaşlı oğlu və bir qızı var.


Mak.az: Azərbaycanda və digər ölkələrdə Procter & Gamble (bundan sonra P&G)-nin istehlkaçılarının fərqi nədir? Məsələn yuyucu toz, şampun və s. Məhsul üzərindən də bu müzakirə aparıla bilər:

Kaan Baral: İlk əvvəl qeyd etmək istərdim ki, P&G-nin əsas məqsədi dünyada o cümlədən Azərbaycanda da istehlakçıların həyatını asanlaşdırmaq və onların həyatlarını inkişaf etdirməkdir. Bü məqsədimizi tam şəkildə və eyni şərtlərlə bütün ölkələrdə təmin etməyə çalışırıq. O cümlədən Azərbaycanda da. P&G fəaliyyət göstərdiyi sektor üzrə Azərbaycana ilk daxil olan şirkətlərdəndir və buna əsas səbəb kimi ölkənin qanunvericiliyi, istehlakçılara olan inam göstərilə bilər. Bizim şirkət 12 ildir Azərbaycandadır və bu illərdə P&G ölkə vətəndaşlarının həyatını rahatlatmaq və inkişaf etdirmək üçün özünü bu işə həsr edib.

P&G-nin iş prinsiplərindən biri  istehlakçılara münasibətlərində heç bir fərq tədbiq etməməkdir. Bu gün dünyanın hər hansı bir hissəsində istehlakçılara necə münasibət varsa, Azərbaycanda da eyni standart və çərçivədə iş görülür. Azərbaycan bazarı bizim üçün çox dəyərli bazardır. Eyni zamanda ölkələrin inkişaf tempindən asılı olaraq istehlakçılarının vərdişləri də fərqlənir. Bu səbəbdən inkişaf etməkdə olan Azərbaycanın istehlakçılarının da müəyyən fərqləri mövcuddur ki, bu da bizim bu bazara diqqətimizi daha çox artırmağı məcbur edir.

Siz məsələn, yuyucu tozdan bəhs etdiniz. Bu  kateqoriyada bu fərqləri hiss etmək mümkündür. Azərbaycan bazarında əl ilə yumaq ənənəsi hələ də aktualdır. Paltarların 50-60%-i əl ilə yuyulur. Müqayisə üçün Türkiyə bazarını götürsək bu göstərici 2-3%-dir. Paltar yuyarkən maşın və əl ilə yumanın fərqlərini söyləməyə ehtiyac duymuram. Sadəcə gigiyena, səhhət və vaxt kimi məsələləri nəzərə alsaq nə qədər səmərəlilik məqamının diqqətdən qaçdığı ortaya çıxır.

Bundan əlavə, geyimlərin uzun ömürlü olması, suya qənaət kimi məsələlər də diqqətdən kənar qalmamalıdır. Ümumiyyətlə, Azərbaycan xanımının bu işlərə sərf etdiyi vaxtı daha çox şəxsi həyatına ayırmasını istəyrik.

Mak. az: Yerli reklam simaları (brand ambassadors) bu barədə danışmaq istərdik. Fərqli kateqoriyalarda fərqli simalar görürük. Bu simaları seçərkən nəyə əsaslanırsız, hər hansı bir araşdırma aparılırmı? Və effektivlik məsələsi, bunu necə ölçürsünüz?

 Kaan Baral – Bu mövzuda P&G-nin standart yanaşması var. Əvvəlcə biz istehlakçıların təlabatlarını öyrənirik. Sonradan isə məhsulları ona uyğun inkişaf etdiririk. Ən sonda isə biz yeni məhsullarımızı fərqli kommunikasiyalarla istehlakçılara çatdırırıq. Bu işdə biz təbii ki, müxtəlif simalardan istifadə edirik. Reklam simalarımız bəzən qlobal bəzən isə yerli ola bilir. Simaları seçərkən biz reklam olunan məhsulu auditoriyaya ən yaxşı şəkildə təqdim edə biləcək, izah edə biləcək şəxslərə üstünlük veririk.

Mak.az: Məsələn bu mövzuda ən uğurlu hesab etdiyiniz hər hansı bir nümunə vardırmı?

Kaan Baral: Bir çox. Əsas bu məsələdə biz öncə uğur anlayışını başa düşməliyik. Məqsəd məhsul barədə onun seqmetinə tam dolğun və ətraflı məlumatı çatdırmaqdırsa, bəli ona nail oluruq. Hal-hazırda biz Wash&Go üçün teleaparıcı Dilarə xanımı reklam siması kimi seçmişik və inanırıq ki, seçimimiz düzgün olub.

Mak.az: 12 ildir söylədiniz burdasınız, ilk dönəmlərdə xatırlayırıq ki, P&G-nin loqosu hər məhsulunuz reklamından sonra yayımlanırdı. Bu format niyə dəyişdi, niyə P&G daha arxada dayanır?

Kaan Baral  - Bu əslində çox müzakirə olunan məsələdir. Mən şəxsən bizim şirkətin markaları ilə mövcud olduğuna inanıram. P&G adının hər məhsulda önə çəkilməsi istehlakçılar üçün nə qədər əhəmiyyət daşıması barədə fikir bildirsəm bu subyektiv olacaq. Əsas olan markalarımızdır və onların insanları həyatlarına gətirdikləri yeniliklər və rahatlıqlardır.

Mak.az: Korporativ Sosial Məsuliyyət ilə əlaqəli sualımız var, Son vaxtlar bu trendi biz Azərbaycanda da görürük. Pampers Unicef çalışmaları və s. Ümumiyyətlə P&G-nin bu istiqamətdə hansı planları var?

Kaan Baral - Bizim bu mövzuda həm qlobal həm lokal ciddi layihələrimiz, nailiyyətlətlərimiz və təşəbbüslərimiz var. Şirkətin CEO-su Bob McDonaldın üstündə çox dayandığı ciddi maarifləndirici planları var. Hal-hazırda qlobal həyata keçirilən vaksinasiya və təmiz su ilə bağlı bizim çox böyük layihələrimiz var. P&G bu mövzuda nümunəvi və lider bir şirkətdir.

Qlobal olaraq biz yuyucu tozları kompakt halda təqdim edirik. Azərbaycanda da buna başlayacayıq. Bununla da biz təbiətə daha az zərər vuracaq qablaşdırmanı həyata keçirmiş oluruq.

Mak.az: Agentliklərlə bağlı sualımı var, Niyə yerli kreativə az müraciət olunur, yerli agentliklərin işindən razısınızmı?

Kaan Baral  - Əslində biz yerli kreativə müraciət edirik və agentliklərlə çalışırıq. Sadəcə nəzərə alsaq ki, bizim məhsullar qlobal xarakterlidir və vahid konsepsiya ilə təqdim olunur, o zaman bizim daha çox qlobal agentliklərlə çalışmaq zərurətimiz yaranır. Burada daha çox adaptasiyalar edirik. Sadəcə bir ölkəyə istiqamətlənmiş spesifik konseptlərin yerinə daha da bütöv olan və təcrübədən keçmiş konsepsiyalara müraciət edirik.

Yerli agentliklərlə də təcrübəmiz var. Məsələn, keçən il biz “Blend-a-Med” üçün Azərbaycanın ən gözəl gülüşünü seçdik. Biz bu kampaniyanı tam olaraq yerli kreativlə həyata keçirdik və bu bizim regional ofislər üçün çox nümunəvi bir hal oldu. Bu tip təcrübəmiz var və çox yaxında daha da çox görəcəksiniz. Burda əsas məsələ balansdır. P&G ən yaxşısını istehlakçılara vermək istəyir,  təbii ki, qlobal konsepsiyalar önəmlidir, amma yerli kreativ da həmişə lazımdır.

Mak.az: Niyə biz bunu soruşduq, çünki siz özünüz də qeyd etdiniz burda istehlakçılar fərqlidir, davranışlar fərqlidir, bu səbəbdən yerli ənənəni bilən yerli davranışları bilən və burdan yaranan kreativlər bizcə daha aktual olmalıdır.

Kaan Baral - Razıyam. Amma bir daha qeyd edim. Balans hər zaman lazımdır. İkinci əsas məsələ peşəkarlıqdır. Yerli agentliklərin həm sayı, həm də keyfiyyətindən tam məmnun deyilik. Çətinliklər yaşıyırıq, çalışdığımız agentlikləri belə peşəkarlaşdırmağa çalışırıq. Əslində bu P&G-nin bir missiyasıdır ki, fəalliyyət göstərdiyi ölkələrdə ticarət etikasını, ticarət mədəniyyətini, peşəkarlıq məsələsini inkişaf etdirməkdə maraqlıdır. Bunu əslində mən P&G-nin ən böyük gücü və dəyəri olduğunu hesab edirəm.

Mak.az: Rəqabət mövzusuna toxunmaq istəyirik. Həqiqətən rəqabəti hiss edirsinizmi yoxsa bir az rahatsız?

Kaan Baral  – Bizim rəqabətə əsas baxışımız ədalətli olmaqdır. Bizim məqsədimiz bazarı və mövcud olduğumuz “biznes piroqunu” böyütməkdir. Rəqabətin bizim üçün sağlam bir şey olduğunu düşünürəm. Biz həmişə rəqiblərimizə hörmət etmişik. Məqsəd yenə də ümumi bazarı böyütmək olub. Hər keçən il və gün rəqabət daha da artır və kəskinləşir. Əsas rəqabətə yanaşma tərzidir. Bizim tərzimiz ədalətli olmaq və rəqiblərə hörmətlə yanaşmaqdır.

Mak.az: “One stop shopping” bir dəfəyə alış veriş etmək mədəniyyəti və vərdişinin inkişaf etmədiyi bir bazarda fəaliyyət göstərirsiz. Bu səbəbdən böyük mağazalar şəbəkəsi o qədər də çox deyil. Bəs məhəllə dükanlarında məhsullarınızı təqdim etmək satış komandanız üçün çətin deyilmi?

Kaan Baral : Biz bir çox şərtlərə hazır olan bir şirkətik, məqsədimiz istehlakçılarımızın ən tez və rahat şəkildə məhsullarımıza çatmaq imkanını təmin etməkdir. Bazarın şərtləri bizə təsir etmir əsas bazar dəyişdigcə bizim buna adaptasiya olmağımızdır. Azərbaycan inkişaf edir, biz də buna uyğun hərəkət edirik. Əsas prioritetlərimizdən biri saxta mallarla mübarizədir. Biz gücümüzü buna doğru istiqamətləmişik. Kiçik dediyiniz bu dükanlar saxta məhsulların satışında iştirak edirlər. Biz bu mövzuda ciddi addımlar atırııq. Bu mövzuda hökümət də bizə dəstək verir.

Mak.az: Bir neçə il əvvəl P&G Gillette, Duracell və bir neçə markanı aldı, bu markaların satışından razısınızmı?

Kaan Baral : P&G xalqa açıq bir şirkətdir, nə edərsə bu barədə ictimaiyyətin xəbəri birjalardan, mediadan təmin olunur. Bu brendləri alanda da, sonradan da bütün ictiamiyyət məlumatlandırıldı. Nəticələrdən məmnunuq. Çünki Gillete P&G-nin məhsullarını tamamlayan kateqoriya markasıdır. Brand portfoliyumuzla ahəngdə olan marakadır. Mən şəxsən bunu çox uğurlu hesab edirəm.

Mak.az: Hələ də bir bir çox P&G məhsulunu konkret Old spice kimi bir markanı Azərbaycanda görə bilmirik, səbəbi nədir?

Kaan Baral : Sadəcə Old Spice deyil, çox marka burda yoxdur, 350-dən çox qlobal markamız var. Azərbaycana bunların cəmi 10%-ni gətirmişik. Bazar hazır olduğu təqdirdə markalarımızı bura gətiririk. Məsələn son 6 ayda “Dreft”i bazara gətirdik. Bu rəngli geyimlərin yuyulması bağlı olan bir məhsulumuzdur.

Mak.az: Bildiyimiz qədər rəqibdən sonra girdiniz bu bazara?

Kaan Baral: Bəli doğrudur, biz sonradan daxil olduq amma biz vaxtında girməyi daha məqbul hesab edirik. Bazarın buna hazır olduğu vaxt bizim daxil olduğumuz vaxt idi deyə düşünürəm.
Bu yaxınlarda isə Lenor – yumşaldıcı məhsulu bazara daxil etdik.
Bu günlərdə “Pampers Premium Care” bazara daxil edirik. Bunlarda əsas uyğun vaxtı təmin etməkdir.

Mak.az: Məzun olan və ya çalışan marketing mütəxəssislərin ən çox çalışma istədyi yer P&G-dir, ümumiyyətlə FMCG dedikdə ilk ağla gələn P&G-dir, Sizcə bunun səbəbi nədir?

Kaan Baral : Biz bundan məmnunuq və qürur duyuruq. Bunun bir çox səbəbi var. P&G marketinq icmasında çox əvvəllərdən mövcud olan markadır, 50-60 il ərzində marketinqdə yeniliyə və konseptlərə imza atan şirkətdir. P&G Amerikada serialların “İvory” sabun markası ilə ilk sponsorluğunu edib. Məhz bunun nəticəsində seriallara sabun operası (soap opera) deyilməsi başlayıb. “Brend menecment” anlayışını dünyaya qazandıran P&G-dir. Hər hansı bir marketinq kitabına baxsanız, bir çox nümunələt P&G-dəndir.

P&Gnin həm də əsas gücü onun insan resurslarıdır. Biz hamını başlanğıcdan işə götürürük və sonradan karyera imkanı yaradırıq. Kənardan işçi almaq təcrübəmiz yoxdur. Hal-hazır ki CEO-muz belə brend menecerin köməkçisi kimi işə başlamışdı. Böyük məktəb missiyamız var. Bunlar gənclər üçün cazibəlidir hər halda.

Mak.az: Marketing icmasına sözləriniz, arzularınız:

Kaan Baral : Azərbaycanda bu tip çalışmaları görmək çox xoşdur. Marketinq icması böyük bir icmadır. Xüsusi ilə Azərbaycanda çox yeni imkanlar var bu mövzuda. Əsas uğurlar indi neft sahəsindədir. Paralel olaraq bir çox fərqli sektorlar da inkişaf edir. Bu sektorlar arasında integrasiyanı quracaq işləri marketerlərinin təmin edəcəyinə inanıram. İcmanız daha da böyüsün və uğurlar.

Baxılıb: 5361

Şərhlər