Sosial şəbəkələrdə yayımla

Müsahibə - Kosta Petrov

Azərbaycanın tədricən qlobal mərkəzə çevrilməsini nəzərə alsaq, qlobal PR dünyasının tendensiyalarını anlamaq çox vacibdir.

Kosta Petrov, ofisləri Dubay, Praqa və Skopyedə yerləşən “P World” qlobal kreativ agentliyinin İcraçı Direktorudur. O Azərbaycan tarixində ilk qlobal PR tədbiri olan “Baku PR Experience” tədbirinin təşkilatçısıdır. O həmçinin Makedoniyada yayımlanan məşhur biznes televiziya şousu olan “Kosta Petrovla Liderlər” layihəsinin müəllifi və aparıcısıdır.

“PR Experience” tədbiri Praqa, Belqrad, Zaqreb və Moskvada keçirilib. Tədbiri Bakıda keçirmək ideyası ağlınıza necə gəldi?

İlk öncə onu deyim ki, bu tədbiri Bakıda keçirməkdən böyük məmnunluq duyuruq. “PR Experience” dünyanın ən innovativ tədbirinə çevrilir. Biz artıq bu tədbiri Praqada, Moskvada, Belqradda və Zaqrebdə keçirmişik. Bu il isə tədbir Bakıda, eyni zamanda Dubay və Qazaxıstanın Almata şəhərində keçiriləcək. Biz neçə vaxt idi ki bu tədbiri Bakıda keçirmək barədə düşünürdük, lakin əmin olmaq istəyirdik ki bu düzgün seçilmiş tədbirdir (atılmış addımdır). Mən ürəkdən inanıram ki, Baku PR Experience öz işimizi ölkədə nümayiş etdirmək üçün mükəmməl (ideal) bir tədbirdir. Bu günə qədər, tədbirə iki mindən çox peşəkar PR-çı qatılıb və mən əminəm ki, Azərbaycanda keçirəcəyimiz tədbir böyük uğur qazanacaq.

Tədbirdə 10 PR qurusunun (mütəxəssisinin) təqdimatları nümayiş etdiriləcək. Sizcə tədbirdə hansı təqdimat daha güclü təsirə malik olacaq?

Bakıda çıxış edəcək spikerlərin çoxu bizim Avropada təşkil etdiyimiz əvvəlki tədbirlərdə də çıxış ediblər və onların təqdimatları inanılmaz uğur qazanıb.  Mən çox sevinirəm ki Şahzadə Diananın şəxsi katibi və Şahzadə Villiam və xanımı Keytin toy mərasiminin Rəsmi Nümayəndəsi tədbirdə çıxış edəcək. Onlar dünyanın ən güclü PR peşəkarlarındandırlar və tədbir iştirakçıları onlardan möhtəşəm əhvalatlar dinləyəcəklər. Həmçinin Microsoft şirkətinin sosial medianın PR üçün əhəmiyyəti barədə maraqlı təqdimatı olacaq. Jumeirah-dan Pirs Şrayber korporativ sosial məsuliyyət (KSM) mövzusunda düşündürücü təqdimatı olacaq. Yəni biz bu günün qlobal PR dünyasında mövcud olan ən mühüm PR mövzularını əhatə etmişik və mən əminəm ki bu tədbir hər bir nümayəndə heyəti üçün çox maraqlı olacaq.

 

Siz qeyd etdiniz ki, Şahzadə Diananın Şəxsi Katibi Patrik Cefson və Şahzadə Villiam və xanım Keytin toy mərasiminin rəsmi nümayəndəsi Kollin Harris tədbirdə çıxış edəcəklər. Kollin Harris daha əvvəl Şahzadə Çarlzın Mətbuat Katibi olub. Onların Kral Ailəsinin əks mövqelərində işlədikləri faktını nəzərə alsaq, onları tədbirdə iştirak etməyə razı salmaq çətin olmadı ki?

Həm Patrik, həm də Kollin mənim yaxın  dostlarımdır və onlar bizim demək olar ki bütün tədbirlərimizdə çıxış edirlər. Maraqlısı odur ki, onlar heç vaxt birlikdə işləməyiblər. Patrik Şahzadə Diananın ölümündən bir əvvəl şəxsi katib vəzifəsini tərk edib, Kollin isə onun ölümündən bir il sonra Şahzadə Çarlzın Mətbuat Katibi olub. Yəni onlar heç vaxt birlikdə çalışmayıblar. Amma onlar kral ailəsi üçün çox vacib işlər görüblər. Kollin Şahzadə Villiam və Şahzadə Harrini ictimaiyyətə təqdim edib.Onların ictimai imicinin formalaşması onun vəzifəsi olub. O həmçinin Kornvol Hersoqinyası Kamilanı ictimaiyyətə tanıtdırıb. Yadınızdadırsa,  Diananın ölümündən az sonra Kamila Birləşmiş Krallıqda ən arzuolunmaz insan idi. Lakin  vəziyyət dəyişdi. O gələcək Kraliçadır. Kollinin strategiyaları və gördüyü işlər böyük əhəmiyyət kəsb edir. Patrik Cefsona gəldikdə isə, o şahzadə Diananın irsini yaymaqla məşğuldur. O sağlığında çox gözəl işlər görüb və ürəklərin şahzadəsi kimi yadda qalıb. Onun gördüyü işlərin təşəbbüskarı məhz Patrik Cefson özü olub.

Tədbir reputasiya (nüfuz), krizis (böhran), sosial media və KSM kimi geniş mövzuları əhatə edir. Tədbirə qatılanlar tədbirdən nə öyrənəcəklər?

Ən vacib məsələ odur ki, bütün təqdimatlar praktiki əhəmiyyət daşıyır. Yəni biz istəmirik ki, nümayəndə heyətləri Azərbaycanda həyata keçirə bilməyəcəkləri bir şey öyrənsinlər. Onlar tədbirdə nə öyrənsələr, onu tətbiq edə biləcəklər. Biz PR-ın bütün mühüm sahələrini əhatə edirik. Həmçinin tədbirdə 20 il BBC telekanalının Kommunikasiya üzrə Baş Mütəxəssisi vəzifəsində çalışmış Donald Stilin krizis kommunikasiyaları mövzusunda yüksək səviyyəli seminarı olacaq. Lakin biz həmçinin əhəmiyyəti getdikcə artmaqda olan KSM kimi dahə sadə mövzuları, həmçinin sosial media və PR mövzularını əhatə edirik. Bu gün dünya bir qlobal kənddir və biz hamımız tendensiyaları diqqətlə izləməliyik. Tədbirdə çıxış edəcək spikerlərimiz o tendensiyaları işləyib hazırlamaqla məşğuldur və nümayəndə heyətləri  2013-cü ilin PR tendensiyalarını birinci əldən etmiş olacaqlar. Azərbaycanın tədricən qlobal mərkəzə çevrilməsini nəzərə alsaq, qlobal PR dünyasının tendensiyalarını anlamaq çox vacibdir.

Bu, sizin Azərbaycanda təşkil edəcəyiniz ilk tədbir olacaq. Gələcək üçün planlarınız nədir?

Biz Azərbaycanla sıx dostluq əlaqələri qurmuşuq. PR əməkdaşımız olan “Synergy” şirkəti və həmçinin qızıl sponsorumuz Azərbaycan Gənclər Fondu bizə böyük dəstək göstərir. Mətbuat da bizimlə sıx əməkdaşlıq edir və bu tədbirin əhəmiyyətini anlayır. Odur ki, 2013-cü ildə Azərbaycan üçün böyük planlarımız var. Bildiyimiz qədərilə, əsas tədbirimiz olan Marketing Kingdom (Marketing Krallıığı) tədbirini 2013-cü ilin yazında Bakıda keçirəcəyimiz təsdiqlənib. Marketing Kingdom bizim ən böyük brendimizdir və Avropada keçiriləcək ən böyük marketinq tədbiridir. Bu tədbir artıq Belqrad, Zaqreb, Sarayevo və Tbilisidə keçirilib və tədbirdə 140-dan çox spiker çıxış edib. İlk olaraq biz öz regionumuza Facebook-dan spiker dəvət etmişik. Odur ki tədbir çox möhtəşəm olacaq. Azərbaycana bir çox məşhur brendləri və mütəxəssisləri gətirəcəyimizə ümid edirik. Əminəm ki, vaxtımız əla keçəcək.

Tədbirə qatılmaq istəyənlərə sözünüz nədir?

Cəmi 1 ay vaxtımız qalıb və yerlər hamısı demək olar ki tutulub. Odur ki, əgər tədbirdə iştirak etməkdə maraqlısızsa, mümkün qədər tez bir zamanda qeydiyyatdan keçməlisiniz. Bizim tədbirlərimiz çox eksklüzivdir və yerlər məhduddur. Bu tədbir Azərbaycanın PR dünyasında həqiqi dəyişikliyə səbəb olacaq və mən ümid edirəm ki, hər kəs bu dəyişikliyin bir hissəsinə çevriləcək.

 

English version:

With Azerbaijan’s vision to become a global hub it is very important to understand the trends in the global PR world.

Kosta Petrov is the Managing Director of the P World, a global creative agency with offices in Dubai, Prague and Skopje. He is the organizer of the Baku PR Experience, He is also the author and TV host of Leaders with Kosta Petrov, a prominent business TV show in Macedonia.

The PR Experience has been held in Prague, Belgrade, Zagreb and Moscow? How did you come with the idea to host the event in Baku?

First of all allow me to say that we are very excited to be hosting the event in Baku. The PR Experience is turning into the world’s most innovative event. We have already held the event in Prague, Moscow, Belgrade and Zagreb and this year the event is going to Baku but as well as in Dubai and Almaty in Kazakhstan.

We have been thinking of organizing an event in Baku for some time now but we wanted to make sure that we have the right event. I strongly believe that the Baku PR Experience is the ideal event to showcase our work in the country. As of today more than 2000 PR professionals have attended the event and I am confident that the event will also be a great success in Azerbaijan.

The event features presentations by 10 global PR gurus. Which presentations you think will be the strongest at the event?

Most of the speakers that are speaking in Baku have already spoken at our previous events in Europe and the feedback on their presentations has been outstanding. I am very excited that we have Princess Diana’s private secretary and the Official Spokesperson of William and Kate’s wedding presenting at the event. They are one of the most powerful PR professionals in the world and they have some amazing stories to share. Also Microsoft is going to have a very interesting presentation on the importance of social media in PR. Piers Schreiber from Jumeirah has a very thought provoking presentation on corporate social responsibility (CSR). Actually we are covering the most important PR topics in today’s global PR world so I am sure there is going to be something interesting for every delegate.

You mentioned that Patrick Jephson, Princess Diana’s Private Secretary and Colleen Harris, the official spokesperson for William and Kate’s Wedding will be presenting at the event. Colleen Harris previously was the Press Secretary for Prince Charles. Was it hard to convince them to come at the event taking in fact that they worked on the opposite sides in the Royal Household?

Both Patrick and Colleen are very good friends of mine and they speak at almost all of our events. What is interesting is that they never actually worked together. Patrick left his post as private secretary a year before Princess Diana’s death while Colleen started working for Prince Charles a year after her death. So they never actually worked together. However, the work that they have done for the royal family is outstanding. Colleen was in charge of bringing Princes William and Harry to the public. She was in charge of shaping their public image. She also had to bring Camila in the picture. If you remember shortly after Diana’s death Camila was probably the most hated person in the UK but things have changed. She is now going to be the future Queen. Colleen’s strategies and work had a lot to do with her. As for Patrick Jephson, he is spreading the legacy of Princess Diana. She did some amazing things and is remembered as the Princess of hearts. Many of the things she did were actually initiated by Patrick Jephson himself.

The event is covering wide area of topics such as reputation, crisis, social media and CSR. What will delegates attending the event learn at the event?

The most important of all is that all presentations are practical. We do not want delegates to learn about something they cannot implement in Azerbaijan. Everything that they hear at the event, they will be able to implement. We are covering all important areas of PR. We also have a world class workshop on crisis communications by Donald Steel who was for 20 years the Chief Communications Officer at BBC. But we are also covering softer topics such as CSR which is becoming increasingly important as well as social media and PR. Today’s world is one global village and we all have to carefully follow the trends. Our speakers at the event are creating those trends so delegates will hear first handedly what are the latest trends for 2013. With Azerbaijan’s vision to become a global hub it is very important to understand the trends in the global PR world.

This is going to be your first event in Azerbaijan. What are your plans for the future?

We have created some great friendships with Azerbaijan. Synergy, our PR partner has been a great support to all of us, as well as our gold sponsor Azerbaijan Youth Fund. Also the media has been very cooperative and has understood the importance of the event, so we defiantly have big plans for Azerbaijan for 2013. As far as we know, it is confirmed that we will be hosting our signature event Marketing Kingdom in Baku in spring 2013. The Marketing Kingdom is our biggest brand and is the biggest marketing event in Europe. It has been held in Belgrade, Zagreb, Sarajevo and Tbilisi and over 140 speakers have spoken at the event. We were the first one to bring a speaker from Facebook in our region so the event is a big deal. We hope to bring some amazing brands and experts to Azerbaijan. I am sure we will have fantastic time.

What is your message to everyone thinking of attending the event?

We only have a month to go and the event is almost sold out so if you are interested in attending you should register as soon as possible. Our events are very exclusive and we have space for limited number of people. This is the event that will really change the PR world in Azerbaijan and I hope that everyone will be part of that change.

Baxılıb: 2574

Şərhlər