Sosial şəbəkələrdə yayımla

Müsahibə - Musa Məmmədov

Məmmədov Musa Elxan oğlu, 13 Fevral 1975-ci ildə Bakıda anadan olub,
İlk təhsilini Geologiya üzrə alıb. Marketinq üzrə təhsilini isə Şimali Kiprdə Beynəlxalq Amerikan Universitetində alıb. Bakıya qayıtdıqdan sonra ARDNŞ (SOCAR)da çalışmağa başlayıb. 1998-ci ildən başlayaraq 8 il Azərbaycan Beynəlxalq Bankında Plastik Kartlar şöbəsində çalışaraq  müdir müavini vəzifəsinə qədər yüksəlib. 2005-ci ildən 2008-ci ilinin yanvar ayına qədər Unibank-da Marketinq Direktorunun vəzifələrini icra edib. Bir müddət Ukraynanın qabaqcıl banklarından birində çalışıb. Bu ilin ortasından Azercell şirkətinin Marketinq Kommunikasiyaları bölməsinin rəhbəri olaraq işə başlayıb.
2001-ci ildən başlayaraq İngiltərənin Maliyyə xidmətləri İnstitutunda təhsilini davam etdirib, 2009-cu ildə oranı müvəffəqiyyətlə bitirərək Maliyyə Xidmətlərinin Menecmenti üzrə sertifikat, Korporativ Bank Xidmətləri üzrə Mançestr Universitetinin diplomunu əldə etmişdir. Ailəlidir, 2 yaşlı qız övladı var.
 

mak.az: Hal-hazırda Azercell özünü necə mövqeləndirir? Yüksək qiymətli lakin sabit, etibarlı Mobil Operator yoxsa İnnovator yoxsa başqa cür...

Musa Məmmədov:
Azercell davamlı, etibarlı və eyni zamanda yenilikçi bir mobil operatordur.
O bir çox sahələrdə liderdir – texnologiya, sosial məsuliyyət, korporativ idarəetmə və s. Buna baxmayaraq, özünü inkişaf  və öz tərəfdaşları, müştəriləri, işçiləri və bütün digər tərəfdaşları üçün daha faydalı olmaq məqsədilə hər gün təkmilləşmə aparılır.

mak.az: Ən böyük reklam verən olmaqla yanaşı ən böyük reklam daşıyıcısı olmaq ehtimalınız var. Mobil reklam və marketinqin inkişafı ilə bağlı hədəfləriniz?

Musa Məmmədov: Biz reklamın kəmiyyəti ilə yanaşı keyfiyyətinə də önəm veririk. Həddindən artıq reklam vermək kifayət deyil və bəzən müştərili darixdıra və hətta qıcıqlandıra bilər. Düzgün reklam ehtiyac olan zaman düzgün müştəriyə düzgün mesajın çatdırılmasıdır. Yeni əlaqə kanallarını işləyib hazırlayarkən və ya mövcud olanları gücləndirərkən və təkmilləşdirərkən, anlaşılan, qəbul edilən, faydalı, dayanıqlı və etibarlı olmaq lazımdır və hədəf auditoriyanı dəqiq bilmək lazımdır. Düşünürəm şirkətlərimiz bizim imkanlardan istifadə edərək reklam və marketinq fəaliyyətini daha da effektli təşkil edə biləcəklər.   

mak.az: Eşitdiyimizə görə marketinq komandanıza daha dəqiq desək markom qrupuna yeni işçilər cəlb etmisiniz, bu prosesləri tezləşdirmək üçün edilir yoxsa outsorsinq büdcələrini azaldırsınız?

Musa Məmmədov: Belə böyük bir şirkətin marketinq komandası sərbəst, çevik, peşəkar, dərin düşünən və diqqətli olmalıdır. Struktur dəyişiklikləri və yeni işçilər yalnız mövcud komandanı yeniləmək üçün lazım deyil. Əslində müştəriyə anlaşılan və dəyər-daşıyan mesajları hazırlamaq və çatdırmaq çətin işdir. Şirkətin təxminən 4 milion müştərisi olanda bu daha da çətin olur və onların hər biri ilə düzgün əlaqə qurulmalıdır. Bizim komandanın üzvü olan hər bir kəs özü ilə yeni təcrübə, bacarıqlar, bilik və enerji gətirir. İnanırıq ki, bu peşəkar komanda bizim işimizi daha uğurlu və effektli edəcək.

mak.az: “Azercell”in markom strategiyasının adı nədir? Seçdiyiniz strategiya haqda biraz ətraflı danışa bilərsiniz mi?

Musa Məmmədov: Əvvəl də qeyd etdiyim kimi, biz yenilikçi olmalıyıq. Biz yaradıcı olmaqla yanaşı, çatdırdığımız mesaj da aydın olmalıdır. Buna görə də, strategiyanın adı “müştərinin tərəfində olmaq, onun gördüyünü görmək, onların hiss etdiklərini hiss etmək və onlarla eyni dildə danışmaqdır”.

mak.az: “Azercell” üçün bir reklam kampaniyası, markom konsept və ya sloqanın amortizasiya ömrü nə qədərdir və nə ilə ölçülür?

Musa Məmmədov: Mobil xidmətlər bazarı yəqin ki ən sərbəst, rəngarəng və sürətlə dəyişən bazardır bütün dünyada. Siz ritmi tutmağı bacarmalısınız (sürətə ayaq uydurmaq) yoxsa geri qalacaqsınız. Ona görə də, markom-da qəbul edilən qərarlar digər sahələrdə olduğu qədər dəqiq ola bilməz. Bəzi xidmətlər, sloqanlar, məhsullar, mesajlar digərlərindən daha dözümlü ola bilər, bəziləri köhnəlmiş hesab oluna bilər, bəziləri uzadılmaq tələb edəcək və s. Bizə yolu müştərilər göstərir, beləliklə yekun qərarı həmişə bazar müəyyən edir.

mak.az: İşiniz markom olsa da, əslində kommunikasiyanın uğurlu ola bilməsi üçün sadəcə yaradıcılıq bəs etməz. Mövqeləndirməyə uyğunluq, konseptlərin uyuşması, araşdırmanın dəqiqliyi vs. də təsirlidir. Bunların balansını saxlamaq üçün nələr lazımdır?

Musa Məmmədov: Müxtəlif mühitlərdə və bazarlarda müxtəlif tapşırıqları yerinə yetirmək üzrə təcrübəmin olmasına baxmayaraq, cavab o qədər də aydın deyil. Ola bilsin ki, burda əsas prinsip qulaq asmaq, məsələləri və çətinlikləri başa düşmək, insanlara daha çox məsuliyyət vermək, hər zaman yenilikçiolmaql, yalnız məsul olduğunuz sahə yox, şirkət haqqında ümumilikdə düşünmək, komanda halında işləmək və hər zaman yekun nəticələrə görə cavabdeh olmaqdır.

mak.az: Şəxsi karyera hədəflərinizdən danışa bilərsiz?

Musa Məmmədov: Mən 9 ildən artıq insanların idarəedilməsi üzrə çalımışam. Buna baxmayaraq, mənim hazrkı iş yerim mənə öz işimin əsl dəyərini hiss etmək imkanı vermişdir. Mən gələcəkdə daha çox nailiyyətləri görmək üçün Azercell-də mümkün qədər daha çox işləmək istərdim.

mak.az: Şirkətlərimiz tizer reklamlar ilə bazara daxil olmağı sevirlər. Elə Azercell də bu addımı yoxlamışdı və yoxlayır. Ümumiyətlə şirkətlərimiz mesajı səthi şəkildə verdikdən sonra istehlakçıların anlamasını gözləyir. Siz necə düşünürsüz, bizdə kommunikasiyanı detallı izah və bilgiləndirmənin üzərində qurmaq daha doğru olmazmı?

Musa Məmmədov: Tizerlərdən istifadə müştəriləri müəyyən bir məhsula/xidmətə cəlb etməyin yayılmış bir vasitəsidir. Bu o demək deyil ki, biz daha sonar daha təfərrüatlı TV reklamları yerləşdirməməliyik. Təəssüf ki, hal-hazırda müxtəlif mesajlar, sloqanlar, reklamlar və s. vasitəsilə o qədər çox reklam var ki, müştər çaşırlar. Bu yerdə tizerlər bizə komək edə bilər. Amma, onlar maraqlı, fokuslu, mənalı və yaxşı hazırlanmış olmalıdırlar. Hər şeydən əlavə, biz bütün reklam vasitələrimizi müştərilər üçün cazibədar etməliyik, tizer və ya daha təfərrüatlı bir reklam olmasından asılı olmayaraq.

Baxılıb: 3558

Şərhlər