Sosial şəbəkələrdə yayımla

Müsahibə - Tatyana Mikayılova

Tatyana Mikayılova 2006-cı ildən PRP Group-un Azərbaycan nümayəndəliyinə rəhbərlik edir.  10 ildən çox təcrübəyə malik olan xanım Mikayılova neft, telekommunikasiya, diplomatiya, nəqliyyat və s. müxtəlif sahələrdəki PR siyasəti və fəaliyyəti ilə məşqul olub. APREA(Azərbaycan PR Assosiasiyası)-nın təsisçilərindəndir. "Bakı Bank Tədris Mərkəzi"ndə Pr üzrə təlimlər verir. Rəhbəri olduğu "PRP Group Azərbaycan" şirkətinin müştəriləri sırasında Coca Cola, Azerfon (Nar Mobile), Detal, Mitsubishi və s. böyük şirkətləri görə bilərik. 

mak.az: PR anlayışi çox şaxəlidir, bizim ölkədə bu anlayışın hansı tərəfləri daha çox inkişaf edib?

Tatyana Mikayılova (TM): Aktual olanlardan, düzgün desək, bu gün daha məşhur PR istiqamətlərdən xüsusi olaraq daxili korporotativ, xüsusi tədbirlər, sponsorluq və GR, yəni dövlət əlaqələrini vurğulamaq olar. 

mak.az: Sosial cavabdehlik, Product Placement, Sponsorluq, Tədbirlər və s. Sizcə bunlar PR-a daxildirmi, yoxsa bunlar İMC-nin bir hissədir?

T.M: SCR - ı çox guman ki, mən ayrı bir struktur kimi ayırardım. Belə ki, bu sahə PR-dan əlavə bir çox digər departamentlərlə də sıx əməkdaşlıq etməlidir. Sponsorluq, müxtəlif tədbirlər – bu PR-dır, ancaq onların hər birinə müstəqil nümunə kimi yanaşmaq lazımdır. Çox vaxt hər hansı kommunikasiyalar və proqramların səhvi PR-ın digər marketinq kommunikasiyalarına inteqrasiyası rolunun düzgün qiymətləndirilməməsi olur. Misal üçün, SCR HR ilə çox sıx əməkdaşlıq edir. Ona görə də müxtəlif təşkilatlarda daxili və ya xarici olmasından asıli olmayaraq əlaqələrin ayrılıqda aparılmaması çox vacibdir.

mak.az: PR vs Marketing?

T.M: Mən bu birləşməni başqa şəkildə, PR və Marketinq kimi ifadə edərdim. Yalnız bu halda biz kommunikasiya proqramindan gözlədiyimiz nəticəni ala bilərik.  
 
mak.az: Mak Forumunun akiv üzvü və həmkarlarımızdan biri bu cür mövqe bildirir: "Azərbaycanda ən yaxşı Krizis Menecment - susmaqdır" Siz necə düşünürsünüz?

T.M: Ümumiyyətlə, kəskin bəyanatların tərəfdarı deyiləm. Düzgün Krizis Menecmentin əsasını problem haqqında susmaq deyil, onun düzgün təqdim olunması təşkil edir. Düzgün dedikdə, mən sözsüz ki, həqiqətə uyğun olmayanı nəzərdə tutmuram.

Biz savadlı şəkildə qurulan əlaqələrdən danışırıq. İş təcrübəmdə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin minimum 7 krizis halı ilə üzləşmişəm. Onların birində məhz haqında danışdığımız səhv baş verdi. Problemin gizlədilməsi şirkətin adının, etibarının məhv edilməsinə gətirib çıxarır. Ümumiyyətlə Krizis Menecment PR sahəsində ən sevdiyim mövzulardandır və daha geniş işiqlandırılmaa layidir.  

mak.az:  Pr həqiqətən reklamın mövqelərini əlindən alır mı?

T.M: Bu lap köhnə "PR vacibdir, yoxsa reklam?" mübahisəsi kimidir. əslində vəziyyət belədir, PR diversifikasiya olduğuna görə, bu təmamilə izah oluna bilər. Belə ki, öncə reklam ilə məşğul olan marketinqin bəzi sahələri indi PR yurisdiksiyasına keçir. Düşünürəm ki, savadlı reklamdakı kimi, savadlı PR-ın da günəş altında hər zaman öz yeri olacaq. Bir zaman kəsiyinin digərindən fərqi isə yalnız verilən hissələrin proporsional nisbətindədir.

mak.az: Azərbaycan müştəriləri IR investor relations üçün müraciət edirmi?

T.M: Təəssüf ki, bu isiqamət çox vaxt düzgün qiymətləndirilmir. Adətən şirkətlər İR haqqında İPO-ya çıxan zaman, ya da yeni investorlar və ya investisiyalar cəlb etdikdə düşünürlər. Amma burda da hər şey hamar deyil. İlk növbədə investorların məqsədli auditoriyası, şirkətin onlara çatdırmaq istədikləri əsas məlumatlar haqqında aydın təsəvvür olmalıdır. İş burasındadır ki, PR-da olduğu kimi, İR-da da, bəlkə də daha çox mütəxəssislərin çatışmazlığı müşahidə olunur.

Amerika Birləşmiş Ştatlarının investorlarla əlaqələr Milli institutunun təyinatına əsasən İnvestor Relations, özündə maliyyə, kommunikativ və marketinq elementləri cəmləşdirən və investorlarda şirkətin hazırki vəziyyəti və perspektivləri haqqında dəqiq təsəvvür yaradan uzunmüddətli strategiyadır. İR-ı bu prizmadan qiymətləndirərək, birmənalı şəkildə aydın olur ki, şirkətlərin heç də hamısı öz fəaliyyətlərində şəffaf və açıq olmağa hazır deyildir. İllərlə toplanan stereotip isə belədir: "Cəlb olunan bütün investisiyalar birbaşa həyata keçirilməli və hətta sirr altında qalmalıdır". Bu isə öz növbəsində qoyulan məsələnin həllini çətinləşdirir və layihənin kifayət qədər genişmiqyaslı aparılmasına əngəl olur.  

mak.az:  Bizim şirkətlərin PR-ında top menecerler öz rollarını başa düşürlərmi və bu istiqamətdə onlara PRP olaraq nə kimi məsləhətlər verirsiniz?

T.M: PR çoxdandır ki, dəbdəbə deyil. PR-ın vacibliyini artiq kiçik şirkətlər də başa düşməyə başlayıb. Bununla belə, şirkət rəhbərlərinin təqdimatı çox vacibdir. Axı çox hallarda  məhz bu insanlar şirkətin nüfuzunun, adının qurulmasında əsas rol oynayırlar. Biznesin mənbəyində duran insanların reputasiyasının qeydinə qalmadan uğurlu iş qurmaq mümkün deyil. Başqa bir məsələ, rəhbərlər PR-ı necə təsəvvür edirlər? Onlar üçün bu nədir? Şirkəti uğura aparan əsas faktorlardan biri kimi bu istiqamətin tam ciddiliyini dərk edirlərmi?

mak.az: Qlobal rəqiblərinizin Azərbaycana gələcəyi günü necə gözləyirsiniz? həvəslə yoxsa tərəddütlə?

T.M: Mən hər zaman bazarda rəqiblərin olmasının tərəfdarıyam, belə ki bu rəqabətin nəticəsində müştəri onu hərtərəfli qane edən ən yaxşı təklifi qəbul edir və nəticədə də özü qazanır. Rəqabət həmişə istənilən sahədə xidmətin keyfiyyətinin yaxşılaşmasını təmin edən hərəkətverici güvvədir və PR sahəsi də bu baxımdan istisna deyildir.  

mak.az: Ölkədə peşəkar treyninq və seminarların sayı çox azdır, demək olar ki, yoxdur. Bununla əlaqəli hansı planlarınız var?

T.M: əslində olkədə PR sahəsində professional treyninqlər demək olar ki, heç yoxdur. Bizim sahəmizdə ümumi təhsil səviyyəsini qaldırmaq, eyni zamanda ictimaiyyətin bu peşə haqqında məlumatlı olmasını gücləndirmək məqsədi ilə spikerlər, təlimçilər və mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Baxmayaraq ki, PR sahəsində ən yaxşı mütəxəssislər praktiki təcrübəsi olan insanlardır, amma nəzəriyyə də burada çox vacibdir!

Payızda konfrans planlaşdırılır. Burada marketinq əlaqələri müzakirə ediləcək və dünya üzrə ən son tendensiyalar və istiqamətlər təqdim olunacaq. 

mak.az haqqında düşüncələriniz və təklifləriniz.

T.M: Hazırki templərlə tutduğunuz yolu davam edin. Belə informasiya mənbələrinin arxasında bizim gələcəyimizdir. Düşünürəm ki, mənimlə bir çox həmkarlar razılaşarlar.

Baxılıb: 4156

Şərhlər