Sosial şəbəkələrdə yayımla

Məşhur Nokia 3310 geri döndü!

Yeni modelinin təqdimatını həyata keçirən Nokia, izləyənləri şoka salacaq bir telefon təqdim edib. Söhbət bütün zamanların ən məşhur telefonlarından biri olan "Nokia 3310"un yenilənmiş versiyasından gedir. Bugünə qədər 126 milyon ədəd satılmış telefon, yenə bir batareya canavarı olaraq geri döndü. Sarı, yaşıl və mavi rəngləri ilə çox mükəmməl dizayna malik olan 3310-da əfsanə sayılan "Snake" oyunu da var.
 
 
"Nokia 3310"un göstəriciləri aşağıdakı kimidir:
 
- Sistem: "Dual band 900/1800 MHz"
- Platforma: Nokia Series 30+
- Ölçülər: 115.6*51.0*12.8mm
- Çəki: 79.6 qram (batareya ilə)
- Ekran: 2.4’’ QVGA (240*320)
- İki mikro sim dəstəyi
- Bluetooth 3.0 
- Kamera: 2Mpxl + LED flash
- MicroSD dəstəyi ilə 32 GB
 
İlin ikinci yarısında satışa çıxacaq telefonun qiyməti sadəcə 52 dollar olacaq.
 
 
 
 
 
 
 

Baxılıb: 291

Şərhlər