Sosial şəbəkələrdə yayımla

Məşhur fizik “Jaguar”ın reklamında

Ötən həftə, dünyanın ən dəyərli fiziklərindən hesab olunan Stephen Hawking, fizikaya olduğu qədər aktyorluğa da hiss etdiyi sevgini "Facebook" hesabından dilə gətirərək “Jaguar”a bu istəyini yerinə yetirdiyinə görə təşəkkür etmişdi. 
“Jaguar”ın F-Pace modeli üçün kamera qarşısına keçən məşhur fizik, filmlərdə gördüyümüz ağlı hər zaman pisliyə çalışan pis qəlbli varlı ingilis rolunu layiqi ilə canlandırarkən, “zamanın və məkanın sahibi olduqlarını” bildirən cəsusuna bunu söyləyir: “ ... və hər birimiz Jaguar-a minirik. Ha. Ha. Ha”.
Reklam filminin rejissoru Oscar mükafatı sahibi Tom Hooper-dir.
 

Baxılıb: 3208

Şərhlər