Sosial şəbəkələrdə yayımla

Müsahibə - Şon Qardner (Sean Gardner)

Şon Qardner 2010-cu ildən bəri texnologiya, biznes, sağlamlıq, filantropiya, səyahət, qida və bir çox müxtəlif sahələrdə yüzlərlə insandan müsahibə götürən “Huffington Post” bloqunun "Twitter Powerhouses Series" bölməsinin həmtəsisçisidir və o, sosial media müzakirələrində böyük təsirə malik səs olmuşdur.
 
Şon məktəbdən kənarda “Apple” şirkətində işləyərək “Microsoft”, “Marriott Hotels” və “Silicon Valley Bank” kimi çoxmillətli şirkətlər, “World Vision, Charity: Water, Save the Children” və “Project Medishare” kimi humanitar təşkilatlar üçün səmərəli nəticələr əldə etmişdir. O, #GivingTuesday (Şükranlıq bayramından sonrakı çərşənbə axşamı keçirilən hərəkat) üçün səfir, virtual könüllüdür və BMT Fonduna hərəkatın onlayn şəkildə genişlənməsində və tanıtımında yardım edir.
 
O, Harvard Universitetində, Vaşinqtonda yerləşən Smithsonian Müəssisəsində, Londonda, Nyu Yorkda  illik konfranslarda rəqəmsal və sosial şəbəkə strategiyası ilə bağlı təqdimatlar etmişdir. Hal-hazırda Forbes Jurnalının 1 nömrəli Sosial Media Müşaviri hesab olunan Şon sosial şəbəkənin ən yaxşı marketoloq, yazıçı, mütəfəkkir və etibarlı vəkillərdən biri kimi tanınır və “Huffington Post” bloqu onun twitter hesabını biznes, liderlik və gələcək texnologiya sahəsində izləniləcək top 100 “Twitter” hesabından biri hesab edir.
 
O, Nar Mobile və PAŞA Bankın dəstəyi ilə  2015-ci ilin aprel ayının 16-17-də Bakıda Four Seasons Mehmanxanasında keçiriləcək “Marketing Kingdom Baku 3” tədbirində iştirak edəcək spikerlərdən biridir.
Aşağıdakı paraqraflarda Şon mak.az oxucuları ilə marketinq, sosial media haqqında öz fikirlərini və  bu tədbir barədə öz gözləntilərini bölüşür.
 
Mak.az: Şon, ilk öncə, verəcəyim sual belədir: Dünyada Forbes Jurnalının 1 nömrəli Sosial Media Müşaviri olmaq necə hissdir?
 
Şon Qardner: Bu möhtəşəm bir hissdir. Mənim vəzifəm  #GivingTuesday kimi etdiyim təşəbbüslər vasitəsilə insanların gündəlik yaşamlarına müsbət təsir göstərməkdir. Hər gün yuxudan oyanıb dünyadakı bütün insanlarla əlaqə qurmaq mənim üçün şərəfdir. Mən düşünürəm ki, Forbes jurnalının verdiyi şərəf hissi bunu daha da mümkün edir. 
 
Mak.az: Siz orta məktəbdən kənarda “Apple” şirkətində işləmiş və həmçinin “Microsoft”, “Marriott Hotels” və “Silicon Valley Bank” kimi şirkətlər üçün strategiyalar müəyyənləşdirmisiniz. Karyera həyatınızda marketinq haqqında öyrəndiyiniz ən vacib dərs hansıdır?
 
Şon Qardner:  “Apple” şirkətində işləyərkən keçmiş menecerlərimdən biri mənə demişdi ki, marketinq “təcrübə alış - verişidir”. Mən bununla razıyam. Bazar payı vacibdir, lakin o həmçinin müştərinin məmnunluğudur. Belə ki, öz biznesiniz haqqında, onun hara doğru irəliləməsi haqqında bir hekayə hazırlayın və təcrübənizi bölüşün. Əgər siz müştərini öz Şirkətinizin Vizyonuna cəlb etsəniz, siz qazanacaqsınız. Hazırki rəqəmsal landştaftda bu hər şeydən önəmlidir.
 
Sizin  “Sosial Mediada Uğura aparan yol”  kitabınız ən çox satılan kitab olmuşdur. Sizin fikrinizcə, hazırki qlobal  trendlərə  nəzər saldıqda, sosial mediada uğur üçün 3 ən mühüm şey nədir?
 
 
Şon Qardner:  (1) Hər şeyi dəyişməyə hazır olmaq və öz yolunda irəliləmək. Mən 2009-cu il Yanvar ayında sosial mediaya (“Twitter”, “Facebook” və “LinkedIn”) qoşulanda mənə, eyni xəbəri müxtəlif qruplarda paylaşmamaq və “Twitter” hesabımı sahəmdən kənar insanları izləmək üçün açmamaq söyləndi. Lakin mən bunu etdim, düşünürəm ki, bunun mənə xüsusilə “Twitter”in 2013-cü ilin oktyabr ayında vizual internetdə qəbul olunmasından bəri böyük köməyi oldu. (2)  Kontent trendlərinə  nəzarət etmək. İllərdir ki mən linklər, sitatlar paylaşdım və uğur qazandım. Lakin Pinterest və Instagram sosial mediaya yeni enerji gətirdikdə, xəritələr, cədvəllər, şəkilli sitatlar, videolar paylaşmağa başladım və mənim sosial mediada olan izləyicilərim və dostlarım bunu bəyəndi. Öz ritminizi tapana qədər təkrar-təkrar sınaqdan keçirin. (3) Sizi dəstəkləyənlərlə  əlaqə saxlayın. Hal hazırda sosial media ilə əlaqənin sizin uğurunuza təsir edib-etməməsi ilə  bağlı müzakirələr gedir. Gəlin, Uil Smit və Tom Kruzu nümunə götürək. Onlar filmin premyerasına və ya işlərinin təqdimatı üçün hər hansı televiziya proqramına getdikdə, siz onları insanlarla əlaqə saxlayarkən, onlarla salamlaşarkən, avtoqraf verərkən və hətta sırada dayanan insanların qohumları ilə telefonda danışarkən belə görə bilərsiniz. Siz də onlar kimi rejim qurun. Əgər bunu düzgün şəkildə və davamlı olaraq etsəniz, sizə qazanc gətirəcək. Düşünürəm ki, bu mənə kömək edib.
 
Mak.az: Şirkətlərin sosial mediada etdikləri ən böyük səhvlər hansılardır?
 
Şon Qardner:  Qeyd etmək istərdim ki, səhvlər onların bu işə sadəcə Bazar Ertəsi-Cümə günləri saat 9-5 iş rejimi kimi yanaşmalarından yaranır. Lakin bu belə deyil. Sosial media şirkəti geniş kütlə ilə əlaqələndirmək məqsədilə nəzərdə tutulmuş hər bir təşəbbüslə bağlı olmalıdır. Günün hər dəqiqəsində hər bir platformada olmaq mümkün deyil, lakin şirkətlər müştərilərin axtardıqları ortaq və müştərək aspektlərdən xəbərdar olmalıdırlar. 
 
Mak.az: Öz “Twitter” əlaqələrini artırmaq istəyən şirkətlərə məsləhətləriniz nələrdir?
 
Şon Qardner:  Uyğunluq! Platformada aktiv olun. Müştərilərinizlə  birgə olun. Ən əsası, kontent marketinqi vasitəsilə brendinizin səsini duyurun.
 
Mak.az: Sosial mediada ölçü sistemi və qiymətləndirilmə haqqında çoxlu danışıqlar gedir. Sizcə, sosial media kompaniyalarının uğurunu ölçmək üçün ən yaxşı vasitə nədir?
 
Şon Qardner:  Kampaniyaları izləmək üçün mən əksərən “Hootsuite”, “Tweetdeck”, “Simply Measured” və  Sprout Social sistemlərindən istifadə edirəm. Onlar qeyri-adi vasitələrdir.
 
Mak.az: Sosial mediada əksər uğur hekayələri böyük şirkətlər tərəfindən əldə olunub. Kiçik və orta müəssisələrə sosial media ilə bağlı məsləhətləriniz nələrdir?
 
Şon Qardner:  Kiçik müəssisələr üçün ən başlıca sual “Sosial mediada kimlərin diqqətini çəkməyə çalışıram” sualıdır. Siz bu suala cavab versəniz, istifadə etdiyiniz platformalar daha da aydınlaşacaq, çünki bəzi platformalar digərlərindən fərqli olaraq sizin öz hədəf kütləniz üçün daha faydalıdır. “Pinterest” və “Instagram” restoranlar, geyim mağazaları üçün, “Twitter” və “Facebook” isə kiçik banklar və kredit təşkilatları üçün daha səmərəli ola bilər. Buradan belə nəticə çıxır ki, siz onlayn kampaniyalar keçirərkən və cəmiyyət daxilində fəaliyyətlərə qoşularkən hədəf kütlənizi bilməlisiniz. Elektron poçtdan istifadə etməkdən çəkinməyin. Düzgün elektron poçt siyahısı imperiyanızı yaratmaq üçün ilkin addım ola bilər. Bu işə yaraya bilər!
 
Mak.az: Siz sosial mediada növbəti böyük platforma haqqında nə düşünürsünüz?
 
Şon Qardner:  Bunu demək çox çətindir. Ello və Tsu mənim diqqətimi çox çəkdi, çünki onların platformaları bizim bildiyimizdən fərqlidir. Bununla belə, əgər sosial media bu onillikdə kiçik, dinamik demoqrafiyaya çağırış olaraq yaradılmış və maliyyələşdirilmiş bir çox platformalarla birgə daha çox parçalanmış şəkildə olsa belə mən təəccüblənməzdim. Son on il ərzində ilk dəfə olaraq internetə milyonlarla, milyonlarla insanlar qoşulur, bu mənim açıq-aydın gördüyüm reallıqdır.
 
Mak.az: Sosial mediada sizə kim təsir göstərir? İnsanlara izləmələri üçün tövsiyə edəcəyiniz hər hansı bir “Twitter” və ya “Facebook” hesabı varmı?
 
 
Şon Qardner:  Belə insanlar çoxdur. Onların dəstəyi olmasaydı mən olmazdım. İşgüzar xanımlar  Elianna Ramos və Doyna Onsel, marketinq texnoloqu Duqlas İduqbo, “Hootsuite” video marketoloqu Sanni Lenarduzzi, mobil telefon eksperti  Karlis Filip, səyahətçi  StefBi, jurnalist Sabra Gerts, müəllif Stella Mouen, nəşriyyatçı Saba Tekl, pedaqoq Aleja Sibron və bir çoxları. Dünyada belə böyük şəxsiyyətləri tanımaq mənim üçün böyük şərəfdir.
 
Mak.az: Siz bu il aprel ayında “Marketing Kingdom 3” tədbirində çıxış etmək üçün Bakıya gəlirsiniz. Bu tədbirdən gözləntiləriniz nələrdir?
 
Şon Qardner:  Siz “Marketing Kingdom” tədbiri barədə eşitdiyiniz zaman onun iştirakçı sayının çox olacağı və mətbuatda geniş yer tutacağını bilirsiniz. Lakin dünyanın hər yerindən olan spikerlərin möhtəşəm siyahısı ilə tanış olmaq bu tədbirin ən maraqlı hissəsidir. Bu tədbir sosial şəbəkələşmə üçün böyük tədbir olacaq və  insanların öz rəqəmsal iştiraklarını artırmaq üçün məsləhətlər verəcək.
 
Mak.az: Bundan öncə Bakıda olmusunuzmu?
 
Şon Qardner:  Xeyr, bu mənim ilk səfərimdir və mən bunu səbirsizliklə gözləyirəm. Əminəm ki, Bakı möhtəşəm şəhərdir.
 
Şon və “Marketing Kingdom 3” tədbirinin tam gündəliyi haqqında əlavə məlumat üçün bu linkə daxil olun. 
 

Baxılıb: 12168

Şərhlər