Sosial şəbəkələrdə yayımla

Müsahibə - Coca Cola Azərbaycan

Mak.az-ın bu dəfəki, qonaqları "Coca Cola Azərbaycanın" əməliyyatlar üzrə müdiri Əsəd Şirinov (bundan sonra Ə.Ş, şəkildə sol tərəfdə) və şirkətin marketinq /kommersiya işləri üzrə mütəxəssisi Ceyhun Tağıyevdir(bundan sonra C.T).

Mak.az: Azərbaycanda "Coca Cola" nın rəqiblərinin önünə keçməsində həll edici faktor hansıdır, marketinq yoxsa distribusiya. Bazar payı barədə məlumatsızıq, amma marketlərdəki soyuducu sayından hiss etmək olur ki, coca colanın bazar payı kifayət qədər böyükdür. Bu liderlik nəyə görədir?

Ə.Ş.: Hər ikisi var, həm marketinq həm də satış kanalları ilə mükəmməl iş sistemimiz və bu ikisindən fərqli olan üstünlüklərimiz də. Şirkətin korporativ mədəniyyəti, insan resursları… bütün sistemi dəyərləndirmək lazımdır. "Coca Cola" şirkəti məhz dünyada korporativ mədəniyyəti baxımdan inkişaf etmiş 5-10 şirkətdən biridir. "Coca Cola" bazar lideridir və ikinci böyük rəqibimiz Pepsidir, Pepsi də dünyanın ən böyük şirkətlərindən biridir. Rəqiblərimizin önünə keçməyin əsas səbəbi gördüyümüz işlərdir, amma biz həmişə demişik "Rəqibsiz Heç bir bazarda inkişaf Yoxdur!" Biz rəqabəti alqışlayırıq, amma sağlam rəqabəti.

Mak.az: elə bir ölkə varmıdır ki, orda Coca Cola birinci deyil?

Ə.Ş.: Bəli, bir çox ərəb ölkəri

Mak.az: Bu nə ilə bağlıdır, daxili məhsulları yoxsa...

Ə.Ş.: Sadəcə şirkətin bazara girdiyi zamanla bağlıdır, Pepsi o bölgələrə daha tez daxil olub və bazar payının böyük hissəsinə sahibdir. Lakin bu həmişə sabit qalmır, Pepsinin Misirə ilk girməsinə baxmayaraq biz hal hazırda həmin ölkədə lider mövqeyindəyik və hər il bu liderlik dəyişir. Lakin əksər ölkələrdə Coca Cola liderdir. Azərbaycanda isə bu liderlik heç vaxt dəyişməyib.

C.T.: ərəb ölkələrində Coca Colanın liderliyi ələ ala bilməməsi bir sıra biznesdən asılı olmayan səbəblərə görə də baş verir. Belə ki, əsası olmayan və islam əleyhinə göstərilən bəzi anti "Coca Cola" təbliğatı burada bizə çətinliklər yaradır.

Mak.az: Buradan yeni sual əmələ gəlir, bəs niyə antiqlobalist adlandırılan şəxslər etiraz obyekti kimi çox vaxt Mc Donalds və "Coca Cola"nı seçirlər?

Ə.Ş.: Amerikanın iki ən böyük şirkətlərindən olduğuna və Amerikanın sifəti olduğuna görə bu böyük markalar hər zaman hədəf seçilir. Bu isə öz növbəsində əsasən Amerikaya qarşı streotipləri olan şəxslərdə baş verir. Biz isə əslində qlobal olmaqla yanaşı həm də lokalıq, fəaliyyət göstərdiyimiz ölkələrdə daha çox yerli mütəxəssislərlə çalışırıq, Coca Cola Azərbaycanda cəmi 3 nəfər əcnəbi çalışır. 300 nəfər isə yerli işçimiz var.

C.T.: Niyə "Coca Cola" bazar lideridir sualına əlavə olaraq qeyd etmək istəyirəm ki, indiki bazar payımız 50%-in üstündədir. Bu monopoliya sayıla bilməz, liderik. Çünki kifayət qədər bu bazarda oyunçu var və rəqabət var. Uğurun, liderliyin əsas səbəbi, qurulmuş biznes modelidir, bunu həm qlobal həm də lokal olaraq dəyərləndirə bilərsiniz. Şirkətin iki istiqamətə ayrı və həm də bir çalışması, Coca Cola Bottlers və Coca Cola Company kimi format. Markanın dəyərini saxlamaq üçün ən yaxşı heyətin burada olmasını da qeyd edə bilərik.

Mak.az: "Coca Cola" ümumiyyətlə marketinqlə nəfəs alan bir şirkətdir, bunu internetdə axtarışları etdiyimiz zamanı belə müşahidə edirik. Azərbaycan bazarına marketinq terminini bir neçə sizin kimi böyük dünya şirkətləri gətirib. Hal-hazırda bu peşənin və ya biznesin advokatı kimi hansı marketinq kanalını daha effektli hesab edirsiniz. Daha konkret olsaq, satışlarınız üçün hansı reklam daşıyıcaları daha effektlidir?

Ə.Ş.: Bizdə əsas məqsəd daha böyük kütləyə xitab etməkdir, bunu kimi təmin edirsə həmin daşıyıcılarla həmin kanallarla biz çalışmağa üstünlük veririk. Bizim ölkədə və bir çox ölkələrdə bu funksiyanın öhdəsindən ən yaxşı TV gəlir. Biz TV-ni daha çox istifadə edirik. Lakin bu o demək deyil ki, birbaşa istehlakçıya təsir edə biləcək effekti TV yerinə yetirə bilər, xeyr. Birbaşa marketinq vasitələrindən də istifadə edirik, mobil və internet sahəsində olan imkanları dəyərləndiririk. Düzdür bunlar bəzən bahalı ola bilər, lakin effektivlik cəhətdən çox etibarlıdır.

Mak.az: Siz hər halda ümumi dediniz, lakin hər məhsulunuza görə hər halda fərqli kanalları və vasitələri dəyərləndirirsiniz. Məsələn Burn markası üçün hər halda təbliğat başqa cür aparılır...

Ə.Ş.: Bəli, ümumi büdcəyə baxdıqda daha böyük hissə tv-yə məxsusdur. Lakin qeyd etdiyiniz, məhsul tipli markalarımızı öz hədəf kütləsinə uyğun formada reklam edirik. 

C.T.: Deyilənləri ümumiləşdirsək, ilk növbədə hədəf qrupunu müəyyəşləşdiririk, sonra həmin məhsulun reklamı üçün ən effektli kanal hansıdır onu müəyyən edirik. Ümumi markamız üçün əlbəttə TV-dir. Qeyd etdiyiniz enerji içkimiz olan BURN əsasən bazarda gecə həyatının içəcəyi kimi mövqeləndirilir. Daha çox klublarla və gecə həyatı ilə sıx əlaqəsi olan yerlərlə reklam edirik.
Ümumiyyətlə isə İMC-yə keçirik. Məsələn hal-hazırda Qapaq altında kampaniyasını dəyərləndirsək, bu kampaniyanın reklamı həm metroda həm "Coca Cola" maşınlarında, həm TV-də yayımlanır. Lakin hər reklam daşıyıcısına və yerinə görə reklamlarımızın tərkibi dəyişir.

Mak.az: Bir müddət "Coca Cola" Azərbaycanda reklam və marketinq olaraq çox passiv bir dönəm keçirdi. Sonradan isə güclü canlanma baş verdi və reklam məsajlarında daha çox sağlamlığa vurğu edildi və ya deyək ki, Cappy-ni buraya gətirdiniz. Bu passivlik və sonrakı aktivlik nə ilə bağlıdır?

Ə.Ş.: Qeyd etdiyiniz dövrdə Azərbaycanda çalışmadığım üçün tam cavab verə bilməyəcəm. Amma mən siz qeyd etdiyiniz durğunluğu şirkətin daha çox əsaslarını tam yerləşdirməsi və stratejik sistemləşmənin qurulması ilə daha çox məşğul olması ilə əlaqələndirirəm. Distribusiya sisteminin daha çox inkişaf etdirilməsinə başımız qarışmışdı. 2008-dən etibarən isə "Coca Cola" aktiv marketinqə başladı. Kalori və sağlamlıqla bağlı məsələdə mən sizinlə tam razı deyiləm. Bu ola bilsin "Cappy"nin bazara daxil olması ilə ola bilər. Cappy-nin bazara gətirilməsi heç bir sağlamlıq və buna yaxın məsələlərdə qayğının olması ilə əlaqəli deyildi. "Coca Cola"nın gigiyenik şəraitdə, yüksək standartla hazırlanması və ən keyfiyyətli sudan hazırlanması bizə bu məsələlərdə çox əminliklə danışmağa imkan verir.

Mak.az : Bizim bir forumçumuzdan bununla əlaqədar bir sual var – "Brrr" ifadəsinin mahiyəti və ümumiyətlə bu reklamın "Coca-Cola"ya  gətirdiklərindən bəhs edə bilərsiniz mi?

Ə.Ş.:  "Brrr" heç bir xüsusi lüğət mənası olmayan, sadəcə yenilik və təzələnməni (refreshment) təcəssüm etdirən təsviri ifadədir. Buradan məqsəd "Coca-Cola"nın insanı təzələyə xüsusiyətini önə çıxarmaqdır. Burada "r" hərfinin neçə dəfə tələffüz olunmasının heç bir fərqi yoxdur.

C.T.:  Burada əslində alıcının məhsuldan almaq istə2diyi fiziki faydanı daha maraqlı şəkildə göstərmək istənilibdir.

Mak.az: "Coca-Cola Zero" haqda... "Light Cola" ilə fərqi nədir?

Ə.Ş.: "Coca-Cola" "Zero" markasını təxminən 5 ildir qlobal bazara təqdim edib. Bizə gəlişi biraz daha yenidir. İlk vaxtlarda bizdə belə sual olunurdu ki, niyə "Zero"nu Azərbaycan istehlakçısına təqdim etmirik. İstəyirsiz öncəliklə, bu iki məhsul arasındakı fərqi deyim. "Zero"da istifadə edilən dadlandırıcı (swetener) "Light"dakından fərqlidir. Bildiyiniz kimi, bu saxaroza deyil, xüsusi qarışıqlı dadlandırıcılardır. "Zero"dakı dadlandırıcının verdiyi tam klassik kolaya daha yaxındır. Hətta daha çox bənzəyir. Hətta bəzən bu ikisinin dadını tam ayırd edə bilmirlər. Üstəlik "Light" adından dolayı daha çox qadın hədəf kütləsinə yaxındır. Kişi hədəf kütləsində "Light" sözünə qarşı antipatiyalar var. Beləcə "Zero" kişilərə istiqamətlənmiş bir məhsuldur. Azərbaycanda kalorisiz içki bazarı istənilən səviyəyə gəlmədiyi üçün hələ ki, ikinci bir məhsula ehtiyac görmürük. Amma gələcəkdə fərqli qərarlar verilə bilər. Bu il olmasa da, gələn il istehlakçıya təqdim edə bilərik.

C.T.: Burada bir məqam daha var. Azərbaycanda əhali kalori qəbuluyla bağlı çox da həssas deyil. Hazırda belə məsələlərə diqqət edənlər çox azlıqdadır.

Mak.az: Coca-Cola ilk illərdə sadəcə şüşə qablarda satılıb. Daha sonra müxtəlif çeşitləndirmələr və plastik qutuların istifadəsi vüsət alıb. Deyilənə görə, "Coca-Cola"da həmin klassik şüşələrə doğru meyl var. Bunu xüsusən böhran ilə əlaqələndirirlər...

Ə.Ş.: Baxır məsələyə hansı aspektdən yanaşırsız. "Coca-Cola"nın zaman içərisində plastik qutulara keçidi iqtisadi səbəblərlə bağlıdır: həm plastik daha ucuz başa gəlir, həm də plastik sənaye zamanla inkişaf etdi. Bu baxımdan plastik qutular daha da yayğınlaşdı. Təbii ki, biz də "Coca-Cola"nı klassik şüşə qablarda satmaq istərdik. Həm də geri dönüşümü olan şüşə qablar ucuz iqtisadi modeldir. Amma burada bəzi çətinliklər var. Bu həm müştəri adlandırdığımız dilerlərə distribyusiya baxımından əzi çətinliklərə səbəb olur, üstəlik son istehlakçılar bu qabların istifadədən sonra geyi qaytarılması məsələsində rahat davrana bilmirlər. Yeni bir model düşündük. 200 ml həcmli yeni və bir dəfəlik istifadə üçün olan şüşə qablaşdırmada məhsullar təqdim etməyi düşünürük. İndiki şəraitdə qiymətlər çox yüksək olsa da, qiymət həddini aşağı çəkmək mümkün olacaq. Yenə deyirəm ki, biz şüşə qablarda satmaq istəyirik. Çünkü şüşə qablarda dad ilk istehsal olunduğu andakı kimi qalır. Plastik qutuda isə 6 ay-1 il ərzində müəyyən dəyişiklik hiss edilir.

Mak.az: Yəqin ki, burada ağızla təmas nöqtəsində də şüşəylə plastikin fərqi mövcuddur...

Ə.Ş.: Təbii ki...

C.T.: Əlavə olaraq, istehlak şəraitlərinin müxtəlifliyi nəzər almaq lazımdır: hərəkətdəyəkən vs. Məsələn plastik daha elastikdir və hərəkətdə ikən daha təhlükəsizdir. Burada rahatlıq və maliyət məsələsi var.

Mak.az: mak.az ilə əməkdaşlıq barəsində... Bu "Coca-Cola"nın qlobal səviyədə prinsipidirmi, kiçik community-lərlə işləmək, yoxsa buna bir sponsorluq münasibəti kimi yanaşırsız?..

Ə.Ş.: Əvvəla qəti şəkildə deyim ki, bu sposorluq prinsipi deyil. Belə bir layihənin olduğunu eşitmək özü xoşdur. Çox sevinirik ki, bu şəkildə səviyəli iş görən bir cəmiyət, bir qrup insan var. Sizin insanları bir araya toplaya bilməyiniz çox yaxşı bir haldır. "Coca-Cola" kimi şirkətlər üçünsə reklam bir yana, bu tərz "eyni dildən danışan və onları analaya biləcək cəmiyətlər"i tanımaq və onlarla çalışmaq xoşdur. Hətta, onlarla iftixar etmək... Bu haqda mənə ilk dəfə Ceyhun bəhs etdi və hazırda sizinlə əməkdaşlıqdan çox məmnunuq. Bu yaxınlığı yüksək dəyərləndiririk. Bizimçün də əsas məsələ, hər zaman sizin saytınızda və tədbirlərinizdə "Coca-Cola"ya layiq bir şəkildə yer almaqdır.

C.T.: Toplantılarda da qeyd etdiyimiz kimi, mak.az-a bir cəmiyət olaraq ələ alsaq, onun bazardakı əhəmiyətini düşünmək lazımdır. əvvəla burada, "Coca-Cola"dan lokal şirkətlərədək hər bir şirkətin işlərinin işıq üzü görməsi prosesi var. Başqa sözlə, sektora yeni daxil olan çalışanda bir təşəbbüskaradək hər bir kəs bazarla əlaqəli nəsə öyrənmək istəyirsə, bunu mak.az-dan əldə edə bilər. Bizimçün də xoş olan məqam odur ki, mak.az kimi bir cəmiyət ilə birbaşa əməkdaşlıq sayəsində işlərimizi böyük kütləyə tez zamanda çatdıra bilirik.

Mak.az: Azərbaycan bazarının spesifik xüsusiyətləri ilə bağlı qarşılaşdığınız məqamlar...

Ə.Ş.: Sadəcə bizə xas olmasa da, diqqətimizi çəkən bir məqam var. Hətta bunun bir stereotip olduğu məsələsində Ceyhunla çoxlu müzakirələrimiz olub və nəhayətində o da bu fikirə gəlib. Xalqımız soyuq içkilərə qarşı müəyyən baryer qoyur. Xüsusən qış aylarında soyuducudan çıxan içkinin xəstəliyə səbəb olması fikri mövcuddur. Bunu qış aylarında soyuducunun söndürülməsindən də görürük. Halbuki, dəfələrlə müşahidə etmişik ki, soyuq içkinin bu şəkildə təsiri mövcud deyil.

C.T.: Şəxsən mən bu fikrə inanırdım. Bu da ətraf mühit və ailənin bizə təlqini ilə bağlı idi. Sonra da bunun sadəcə özünü buna inandırmaq ilə bağlı olduğunu gördüm. Hazırda isə az qala hər yerdə bu fikirlə mübarizə aparıram. Mənə maraqlı olan soyuğun boğaza təsirinin niyə sadəcə qış ayları ilə əlaqələndirilməsidir. Başqa spesifik xüsusiyətləri də sadalamaq olar. Məsələn, bizdə gündəlik maye istehlakı dünya ortalamasından çox aşağıdır. Bədənin gündə 2-2,5 litr suya ehtiyacı olsa da, bizdə bundan xəbərdar deyillər.

Ə.Ş.: Maye qəbulu xəstələnməyə də qarşı mübarizədə kömək edir. Burada vəziyət dəyişir. Biz bu dəyişikliyi sadəcə öz satış rəqəmlərimizdəki artışda belə görürük. Bu əsasən medianın vəzifəsidir.

C.T.: Bir maraqlı tendensiya daha var. Bizdə meyvə suyu istehlakı daha yüksək səviyədədir.

Mak.az: Bu kompot ənənəmizin olması ilə əlaqədar deyil ki?

C.T.: Azərbaycanda kompotun çox istehlak edilməsi özü də meyvəyə qarşı olan maraq və həvəs ilə bağlıdır. Bunu da coğrafi şərtlərlə izah etmək olar. Hər bir mağazada 30-dan çox növdə meyvə suyu rəflərdə yer alır.

Ə.Ş.: Azərbaycan xalqının şirinliyi daha çox sevdiyi də məlumdur. Məsələn regionda bu mənada şirin dadı ən çox sevən məhz bizim xalqdır. Təbii ki, bu mənfi bir məqam deyil. Amma yenə də müəyyən mənfi təsirləri ola bilər.

C.T.: Bazara yeni məhsul vermədən öncə keçirilən testlərdə hər dəfə azərbaycanlıların daha şirin dadı üstün tutduğunu görürük. əcnəbilər isə daha az şirini seçirlər. Bir də yaşıl rəngə çox böyük bir simpatiya var. Bunu yaşılın təzəlik və təbiiliyi xarakterizə etməsiylə açıqlamaq olar.

Mak.az: Bayaqdan içkilər haqda danışırıq... Siz hansı içkiləri sevirsiz?

Ə.Ş.: Çayı çox sevirəm. Təbii ki, yerinə və zamanına görə ehtiyaclarımız dəyişir. Amma şəxsən "Coca-Cola"nın vurğunuyam. Bu şirkətdə işlədiyim üçün demirəm. Həqiqətən də "Coca-Cola"nın spesifik bir dadı var. Buna markanın dəyərini və şəxsiyətini gələndə hitə çevrilir. Həm Light, həm klassikini içirəm.

C.T.: Elə mən də əvvəllər bu qədər aşiq olmasam da, yavaş yavaş "Coca-Cola" aşiqinə çevrilmişəm. Hətta yemək üçün oturduğumuz məkanda "Coca-Cola" olmasa heç nə qəbul etmirəm. Meyvə suyu olaraq təbii ki “Cappy", gecə həyatında isə "Burn"?.

Mak.az: Qayıdaq yenə stereotiplərə. Azərbaycanda xüsusən soyuq mövsümlərdə çay vazkeçilməzdir. Bu barədə “Coca-Cola"nın düşüncələri. Sizcə nə qədər rəqibdir?

Ə.Ş.: Əlbəttə ki, birbaşa olmasa da rəqibdir. "Coca-Cola" qlobal olaraq artıq "Qazlı spirtsiz içki" (Carbonated Soft Drink - CSD) deyil, "hər cür spirtsiz içki" şirkəti olmağa başlayıb. Dünyada "Coca-Cola" çay və qəhvə sektorunda belə var. Hətta süd sektoruna daxil olmaq barədə belə düşünülür. Məsələn, Türkiyədə "Doğadan" çay markasını aldıq. Azərbaycan isə belə strategiyalar üçün hələ ki, kiçikdir. 

C.T.: Ümumi baxsaq, "Coca-Cola"nın bu səviyəyə çatmasının əsas səbəbi dəyişən bazar şəraitinə uyğunlaşmasıdır. Ona görə də, bir neçə il öncə “Coca-Cola"nın meyvə suyu satması ağlagəlməz bir məsələ idisə, enerji içkisi istehsalı qəribə səslənirdisə, artıq bu normal bir hala dönüb. Yəni, hər bir lazım olan yeniliyə getməyi bacarırıq. 

Mak.az: Saytın izləyiciləri arasında tələbələr xeyli saydadır. Bu mənada, elə bu müsahibəni oxuyan və marketinq sahəsində karyera qurmaq istəyən tələbələrə nə məsləhət görərdiz?

Ə.Ş.: Əvvəla məncə marketinq gənc insanlar üçün ən gözəl və maraqlı sahələrdən biridir. İlk təklifim isə mak.az-ı çox çox oxumaqdır (gülür – red.). İkinci təklifim isə FMCG (Fast Moving Consumer Goods – istehlak malları) şirkətlərinin marketinqi ilə başlasalar daha yaxşı olar. Çünkü marketinqin məktəbi burada öyrənilir. PG, Coca-Cola, Danone, Unilever kimi şirkətlər. Burada müxtəlif markalı içki və qida məhsulları necə idarə etmək lazım olduğu öyrənilir. Bunda əlavə çoxlu mütaliə etsinlər. İnternet sayəsində artıq heç bir məlumat əlçatmaz deyil. Ümumiyətlə, Azərbaycan arasında çox sıraviləşmə var. Gənclər gərək daha çox fərqliləşməyə çalışsın. Gənclərin marketinqdə daha aktiv olması lazımdır. Biz dünyada bir çox sahələrdən marketinq üzrə nümunəvi yerə sahib ola bilərik. Yəni nəinki öyrənmək, hətta daha da yüksəklərə getmək.

C.T.: Başlanğıc nöqtəsi olaraq mənim təklifim isə - marketinq aləminə daxil olmadan "marketinq nədir" sualını özlərinə verməlidirlər. Azərbaycanda marketinq ilə bağlı yanlış düşüncələr mövcuddur. Bizdə marketinq reklam olaraq bilinir. Amma onun sahəsi reklamdan çox daha genişdir. Bir də marketinqə daxil olanlar nəzərə alsınlar ki, rahat bir sahəyə daxil olmurlar. Bu sahədə iş, daha hərəkətli qrafik deməkdir. Bütün gün masa başı iş görənlər isə, əslində marketinq ilə məşğul olmurlar. Bir də "Coca-Cola"nın sabiq marketinq müdürlərindən olan Sergio Zyman-ın kitabını tövsiyə edərdim.

Mak.az: Efektiv marketinq kanallarından TV-ni qeyd etdiniz. Son mobil marketinq kampanyası ilə məqsədiniz bu kanalı test etməkdir, yoxsa?

Ə.Ş.: Gözəl qeyd etdiniz. Bu həm testdir. Həm də, mobil marketinq dünyada ən çox istifadə edilən üsullardan biridir. Azərbaycanda isə şirkət olaraq marketinq aktivliyimizi keçən il artırdıqdan sonra fərqli üsullara yönəldik. Mobil marketinqdə çox böyük potensial görürük. Böyük bir kütləyə yönəldiyi və hər qapaqda hədiyəni birbaşa təqdim etdiyimiz üçün böyük nəticələr gözləyirik. Kampaniya yeni başladığı üçün sizə real nəticələr təqdim edə bilməyəcəyəm. Amma böyük aktivlik olduğunu və istehlakçılarımızın kontur yükləmələrinə başladığını deyə bilərik.

Mak.az: Forumda bir məqama toxunuldu ki, digər operatorların istifadəçiləri o qapaqların altındakı hədiyəni istifadə edə bilməyəcəklər...

Ə.Ş.: Düzü biz bu məqamı düşündük. Amma real olaraq 3 şirkətlə sinxron tətbiq mümkün olmadığı üçün daha yayğın və çox istifadə olunan operatoru seçdik.

C.T.: Burada bizim və "Azercell"in imicinin və marka şəxsiyətinin, dəst-xəttinin bənzərliyi də qərara təsir edir.

Ə.Ş.: Təbii ki, bunun təsiri oldu. Amma "Coca-Cola" prinsip olaraq heç bir isehlakçını kənarda qoymaq istəmir. Sadəcə indiki şəraitdi, marketinq yanaşması, konspet və istehlakçıya yaxınlıq baxımdan ən gözəl şirkət "Azercell"dir.

Mak.az: Müsahibə ərzində çoxlu məqama toxunsaq da, olar bilər ki, qeyd etmək istədiyiniz daha nələrsə olsun...

Ə.Ş.: Bir məqamı qeyd edim. Dünyada yeni bir tendensiya var və biz bu trendə liderlik edən 3 şirkətdən biridir: Təbiətə qarşı qayğıkeş və daha məsuliyətli davranış. Buna görə də CEO-muzun 2020-ci il üçün müəyyən etdiyi hədəf water-neutral olmaqdır. Bu təbiətdən istifadə olunan su miqdarında təmiz suyu təbiətə geri qaytarmaq ilə bağlıdır. Dünyada su qıtlaşdığı üçün biz bu siyasətə yönəlmişik. Elə xalqımızdan da bu mənada daha qənaətcil olmağı tələb edirik.

C.T.: Mənim də istehlakçılarımıza mesajım var: "Coca-Cola" qlobal olaraq keyfiyət standartını saxlayır. Daha sosyal məsuliyətli olmaq üçün çalışır. Hər yerdə eyni keyfiyət və məmnun müştəri hədəfimizdir. Bu şirkətimizin ümumi strategiyasıdır.

 

Baxılıb: 10272

Şərhlər