Sosial şəbəkələrdə yayımla

Müsahibə - İdris Heydərli

İdris Heydərli 1967-ci ildə anadan olub. Müstəqilliyimizin elan edildiyi ilk illərdə fəaliyyətə başlayan bir sıra özəl şirkətlərdə (Pepsi Cola, Hyatt Regency) marketinq üzrə rəhbər vəzifələrdə çalışıb. Sonradan Azərbaycanın müxtəlif yerli televiziya kanallarında yaradıcılıq işləri ilə məşğul olub. Son 5 ildir Moskvada Azərbaycanla bağlı bir sıra ictimai fəaliyyətlə məşğuldur.

Mak.az: TED, TEDx və TEDx Bakı, hər biri barədə qısaca və TEDx Bakının ideyasının yaranması barədə?

İdris Heydərli: Ted dəyər savaşında bölüşməyə dəyən dəyərlərin sərgisidir. 21-ci yüz ildə dünya yeni bir paradiqma ilə üzbəüz qaldı. Elm ,düşüncə istehsal edən dövlətlər, elmin tətbiqi ilə yaşayacaq dövlətlər, resurs dövlətləri və bu sıralamada yeri olmayan parazit dövlətlər. Azərbaycan resurs dövlətləri sırasındadır. Yeni paradiqma resurs dövlətlərinin elminə maraqli deyildi, elmi bu kimi ölkələrdə imitasiya olaraq tanıyır. Elm Mərkəzi olan dövlətlər barmaqla sayılası dövlətlərdir. Onlar elmi istehsal edərlər , tətbiqini isə seçdikləri ölkələrə verərlər.
TED bu prosesin qarşısına TEDx bölüşməyə dəyən dəyərlər lahiyəsi ilə çıxdı. Və insan resurslarını unutmamağı, daima ən böyuk Mərkəzin İnsan olduğunu ön plana çəkdi. Bu insan bütün dünyaya bir adla tanınır-Düşünən İnsan. Fərqi yoxdur Tokio da, Sinqapurda və yaxud Afina da. TED bir zamanlar yarandığı formatdan çıxdı və Tedx konfransları başladı. Biz də Tedx Bakı olaraq bu düşüncədən yola çıxdıq.

Mak.az: TEDx Bakının proqramında biznes dünyasına az yer verilib, səbəbini bilmək istəyirik?

İdris Heydərli: TEDx Bakı məruzəçiləri qlobal TED auditoriyası üçün maraqlı olan məsələlərdən söhbət açmalıdırlar. Bu rəsmi olmayan bir tələbdir. Ona görə də biz birinci tədbiri daha çox elm, mədəniyyət və incəsənət mövzularının ağırlığı çərçivəsində keçirəcəyik.

Mak.az: Ruhun dili ilə, niyə belə bir mövqe və başlıq altında toplanmağa qərar verdiniz? Zənnimizcə daha real və aktual bir məsajla da bu işə start vermək olardı...

İdris Heydərli: Ruhunun dilini anlamayan düşüncəsinin dilini bilməz.İlk öncə baxaq görək ruhumuzun dilini bilirikmi? Biz sloqan olaraq “ruhun dili ilə “danışırıq. Bizə görə ruhumuzun dili ilə danışan bisnesimiz hələ formalaşmayıb.

Mak.az: Məşhur TED Bakıda niyə bu qədər məşhur deyil?

İdris Heydərli: Bakıya resurs mərkəzi kimi baxıldığından yaşamaq uğurunda savaşdayıq hələ. Düşünməyə zamanımız yoxdur. Bu səbəbdən tanıtım işlərinə vaxt və maliyyə resurslarımız çatmadı. Daha çox məzmuna və təşkilatçılığa vaxtımız sərf olundu. Bu bir təcrübədir.Gələcək bizə hansı gələcəyin gəldiyini göstərəcək.

Mak.az: Konfrans günü yerlər çox məhduddur, bunu daha geniş formada təşkil etmək daha yaxşı olardı. İştirak edə bilməyənlərə nələr planlaşdırırsınız?

Bu barədə məncə narahatlığa ehtiyac yoxdur, bütün çıxışları internet səhifəmizdən izləmək imkanı təmin olunacaq.

Mak.az: Qlobal TED-in sponsorlar siyahısına (Blackberry,IBM, Intel, Rolex və s.) kimi şirkətlər daxildir, bizim şirkətlər necə bu layihəyə necə qiymət verdilər?

İdris Heydərli: Adlarını qeyd etmiyəcəm, kifayət qədər böyük şirkətlərə müraciət etmişik, məktublarımızı "biz dəyər şousuna hazır deyilik"deyə cavablandırdılar. Sağ olsunlar, düşünmək və anlamaq böyük hədəflərə doğru yoldur.. Biz Azərbaycanı dəyər savaşında öz gücümüzlə də olsa təmsil etməyə hazırıq. Ümid edirik şirkətlərimiz növbəti layihələrimizdə daha fəal olacaqlar.

Baxılıb: 7276

Şərhlər(1)

Şərhlər (1)

SHaig SHaig
Düzü mən belə yaxın zamanda Ted-in Azərbaycana gəlməyini gözləməzdim. Gəlməyi çox müsbət haldır. Xüsusən də Tedx xəritəsində rəsmi olaraq Azərbaycanın işarələnməyini görmək xoşdur - www.ted.com/tedx
Amma sponsorluq məsələsi ilə bir az razılaşmamaq olar. Bunda da ilk olmağının təsiri var yəqin. Bəlkə də PR ilə daha yaxşı məşğul olmaq olardı. Mən bildiyim qədəri ilə lisenziya mart ayından alınıb. Bu qədər müddətdə Ted-i tanıtmaq olardı Azərbaycanda. Bunun üçün elə internetin kifayət qədər imkanları var.
Uğurlar, əsas odur ki, davamlı olsun.