Sosial şəbəkələrdə yayımla

Müsahibə - Martin Huqeven

45 yaşlı Martin J. Hoogeveen 2002-ci ildən Hepta Publicis şirkətinin prezidentidir. Hollandiyanın Delft Texnologiya Universitetində doktoranturanı bitirmişdir. 1998-ci ildən başlayaraq media şirkətlərində peşəkar menecer olaraq fəaliyyət təcrübəsinə sahibdir.

Mak.az: Azərbaycana xoş gəlmisiz. Publisic Hepta bərədə məlumat verin, zəhmət olmasa.

Martijn J Hoogeveen:  Publicis Hepta  The Publicis və Mərkəzi Asiya, Qafqaz və Belarusiyada  beynəlxalq şəbəkəyə malik ZenithOptimedia-nı təmsil edən Hollandiya-mənşəli reklam və media şirkətidir. Publicis Media 1993-cü ildən bəri fəaliyyətə başlayıb və sürətlə MDB məkanında genişlənməkdədir. Qafqaz regionunda şirkət 2001-ci ildə Tblisidə regional ofisi açmaqla fəaliyyətinə başlayıb. 3 il sonra 2008-də isə Azərbaycan ofisini qurmuşdur.

Publicis Hepta həm yerli, həm də beynəlxalq şirkətlərə peşəkar, Avropa-keyfiyyətinə uyğun marketinq və ünsiyyət xidmətləri təqdim etməkdədir.  Çox sürətli inkişaf edən media-aləmində Publicis Hepta öz müştərilərinə daima investisiyaların rentabelliyi hesablamalarını təqdim edir və eynilə yatırılan sərmayənin verimliliyini artiran metodları daima araşdırır.

Publicis haqqında http://www.publicis.com
Publicis Groupe-un bünövrəsini qoyan və onun ən böyük şəbəkə agentliyi olan şirkət Publicis-dir. Reklam fəaliyyətinin bütün aspektlərini əhatə edən Publicis-in 82 ölkədə 251 ofis üzrə 8.900-dən artıq əməkdaşı var. Avropada təsis  edilmiş və formalaşmış şəbəkə öz müştərilərinin inkişafı, həmçinin, bir sıra strateji nailiyyətlər silsiləsi nəticəsində beynəlxalq fəaliyyətinin böyük həcmdə artmasına nail olmuşdur. Şəbəkə yerli mədəniyyətin əhəmiyyətini dərk edir, buna hörmətlə yanaşır və sənayeyə meydan oxuyan multi-mədəni cəmiyyətdə beynəlxalq müştərilərə uyğunlaşmağa kömək edir. Şəbəkəyə məxsus olan marketinq kampaniyası - Publicis Dialog ilə tandem təşkil edərək, agentlik kommunikasiya kompleks məsələlərin həlli ilə məşğuldur.

Mak.az: Azərbaycanda işləmək qərarınız hansı səbəblərə görədir?  Sizi nə cəlb etdi? Və nəyə görə Mc Cann və s. şirkətlərlə eyni dövrdə deyil, 2008-də gəldiniz?

Martijn J Hoogeveen:  Bizi Azərbaycana gəlməyə HP, L’Oreal, Renault və s. şirkətlər təşviq etdilər. Xatırladım ki, 2001-ci ildən başlayaraq Azərbaycanda fəaliyyətimiz layihələrdə iştiraklar vasitəsi ilə olurdu. Daha sonra isə Gürcüstanda yerli ofisin açılmasında sonra, Azərbaycanda da yerli ofisin açılmasını növbəti məntiqli addım hesab etdik, çünkü həqiqətən də Azərbaycanda Avropa səviyyəli marketinq xidmətlərinə böyük ehtiyyac vardır. Açıq görünür ki, Azərbaycan Qafqaz regionunda ən geniş və sürətli inkişaf edən bazardır. 

Mak.az:  Publicis haqqında daha əvvəl yerli Publicis Azerbaijan şirkətinin timsalında eşitmişdik, hansı ki www.publicis.az  saytının sahibidir. Bu şirkət ilə sizin hər hansı bir əlaqəniz varmı? Əgər yoxdursa, onda yerli rəsmi nümayəndəlik hansı şirkətdir və faktla əlaqədar tədbirləriniz nə olacaq?

Martijn J Hoogeveen:  Daha əvvəl dediyim ki, Azərbaycanda əvvəllər də layihələr daxilində işləmişdik. Layihələr zamanı yerli qrup təşkil olunmuşdu, hansı ki indi özünü www.publicis.az adlandırır. Onların bu adı mənimsəmələrinə heç bir hüquqi əsasları yoxdur. Xatırladım ki, www.publicisaz.com saytı Publicis-in xahişi ilə artıq fəaliyyətini dayandırmışdır. Eynilə www.publicis.az saytı əgər özünü rəsmi nümayəndəlik kimi qələmə verməyə davam etsə, hüquqi əsaslarla bu məsələni tez həll edəcəyik.
Bütün müştərilərimizə artıq bildirmişik ki, Azərbaycanda yeganə yerli və rəsmi nümayəndəlik bizik. Bunu təsdiqləmək üçün lazım olan bütün sənədləri təqdim edə bilərik.

Mak.az: Yerli ofisinizdə kimlər işləyəcək və onlara kimlər rəhbərlik edəcək?

Martijn J Hoogeveen:  Rəhbərlər Publicis (Paris), ZenithOptimedia (London) və bizim MDB komandamız (Holland/MDB) olacaqdır. Qafqazda hal-hazırda 30 professional işçimiz işləməkdədir, Azərbaycandakı ofisimiz ilə bu sayını iki dəfə artırmağı düşünürük.

Mak.az: Əsasən hansı şirkətlərə xidmət göstərəcəksiniz? Beynəlxalq müştərilərinizə yoxsa yerli müştərilərə?

Martijn J Hoogeveen:  Əsasən L`Oreal, Nestle, HP, Renault, Sanofi-Avenis və s. beynəlxalq müştərilərlə işləyirik. Həmçinin Tbilisidəki regional müştərilərlə də işlərimiz var. Digər ölkələrdəki təcrübəmizə baxaraq deyə bilərəm ki, biz getdiyimiz ölkələrdə sürətlə yerli şirkətlərlə də əlaqələr qururuq.  Azərbaycanda da artıq bir neçə yerli şirkət bizə müraciət etmişdir.

Mak.az:  Açılış tədbirinizdə yerli reklam şirkətlərini dəvət etməmişdiniz, bu nə ilə əlaqədar idi?

Martijn J Hoogeveen:  Tədbir əsasən müştərilərimiz üçün təşkil olunmuşdu. Bir neçə KİV nümayəndələri də dəvət olunmuşdu.

Mak.az: Ölkəmizdə bir neçə beynəlxalq reklam nümayəndəlikləri fəaliyyət göstərirlər (McCann, Ogilvy, Starcom, OMD və s). Eynilə yerli reklam agentlikləri də vardır. Belə şəraitdə, müştərilərə cəlb edici təkliflər kimi nələri irəli sürəcəksiniz? Bəs Azərbaycan bazarının kifayət qədər sıx rəqabətə malik olduğunu hesab edirsinizmi?

Martijn J Hoogeveen:  Azərbaycan çox sürətlə inkişaf edən bazardır. Bu ona gətirib çıxarır ki, gec-tez beynəlxalq şirkətlər burada öz nümayəndəliklərini açacaqlar. Bizim ən əsas üstünlüyümüz odur ki, biz Avropanın ən böyük reklam agentliyində və eynilə kütləvi informasiya vasitələrində məlumat yerləşdirməklə məşğul olan ən böyük şəbəkədə (ZenithOptimedia) işləyirik. Bu üstünlük vasitəsi ilə biz ən yüksək texnologiya və şəraitlərdən faydalana bilirik. Bundan başqa, Publicis Hepta MDB şəbəkəsini qurmuşuq, bununla da biz MDB-də, daha sonra isə beynəlxalq səviyyədə məşhurlaşmaq istəyən yerli brendlər üçün cazibəli müttəfiq olmuşuq.
Müştərilərimiz bizi Avropa sayağı yaxınlaşmamıza, tamamilə şəffaf biznes fəaliyyətimizə və həqiqi nəticələrə fokuslanmağımıza görə təqdir edirlər.

Baxılıb: 7284

Şərhlər