Sosial şəbəkələrdə yayımla

Müsahibə - Rəhim Hüseynov

Təcümeyi-Hal
1961-ci il iyul ayının 22-də Bakıda anadan olub. 1978-1983 illər ərzində Azərbaycan Neft Kimya İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə Elmlər Akademiyasında çalışmış, 1990-cı ildən etibarən isə özəl biznesə başlayıb. 1991-1992 ci illərdə Türkiyədə təhsilini davam edərək idarəetmə üzrə magistr diplomunu alıb. 1996-cı ildə SİAR şirkətini, 2000-ci ildə Azərbaycan Marketinq cəmiyyətini son illərdə isə bir neçə başqa şirkətləri qurmuşdur. 2002-2004 ci illər ərzində İqtisadı İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri, 2004-2006cı illərdə isə həmin nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru olaraq çalışmışdır. Hal-hazırda 300-ə yaxın əməkdaşı olan bir neçə şirkətin təsisçisi və rəhbəridir. Siyasətlə məşqul olmur, evlidir, 1 qızı var.

Mak.az: Hörmətli Rəhim bəy təşəkkür edirik, bizi qəbul etdiyinizə görə və istirahət günü olmasına baxmayaraq bizə müsahibə verdiyinizə görə:
İlk öncə cəmiyyətiniz barədə, onun inkişaf yolu, yaranma zərurəti barədə:

Rəhim Hüseynov:  Siz də çox sağolun.

Azərbaycan Marketinq Cəmiyyəti (qısaca AMC)  2000-ci ildə təsis olunub.

Mən və bir neçə nəfər təşəbbüskar insanlar bir araya gələrək bu ideyanın həyata keçməsi üçün fəaliyyətə başladıq. İlk öncə biz AMC yaradılması ilə əlaqədar tədqiqat apardıq, həqiqətən də cəmiyyətin yaranması zərurətinin olub olmamasını araşdırdıq. Nizamnamənin ilkin versiyası hazırlanaraq 100-dən çox müəssisələrə göndərildi. Bunlar əsasən müəssisə rəhbərləri və tanıdığımız mütəxxəsislər idi. Marketinq araşdırmasının nəticəsində belə aydın oldu ki, sorğuda iştirak edənlərin 86%-i AMC tipli bir təşkilatın yaranmasına razıdırlar. Qeyd etmək istərdim ki, bu cəmiyyətin qurulmasında heç bir xarici təşkilatın yardımından və köməyindən istifadə olunmayıb. Həmin o təşəbbüskar insanların vəsaiti hesabına işlər qurulmağa başlanıldı və kiçik bir ofis kiralandı. Sonra təsis konfransi keçirildi və “Marketinq Mütəxəssisləri Ictimai Birliyi‿ adında təşkilat quruldu. AMC isə bu təşkilatın brendləşmiş bir adıdır. Idarə heyyəti seçildi sonra isə məni idarə heyyətinin sədri seçdilər. 40 gün ərzində bizim qeydiyyat məsələlərinə baxıldı  və elə həmin günlərdə bəzi maraqlı hadisələr baş verməyə başladı. Bunlardan birini sizinlə paylaşmaq istərdim. Belə ki, ƿdliyyə Nazirliyinin kollegiyasında bizim cəmiyyətin qeydiyyata alınması ilə əlaqədar məni görüşə çağırdılar. Bir qədər sualları cavablandırdıqdan sonra çox unikal bir sual ilə mənə müraciət edildi:

Mak.az: Marketing nədir?

Rəhim Hüseynov: Xeyr ondan daha çətin. Sual belə idi, Azərbaycanda Marketinq nə qədərdir?

15 dəqiqə ərzində əziyyətlə olsa da bu suala cavab verməyə çalışdım. Bu normal idi, çünki o vaxtlar heç biznes aləmi marketinqi tam qavramamışdı, dövlət orqanlarının marketinqə bu cür yanaşmaları normal idi. Yəni qısaca olaraq sonda tam səslə bizim cəmiyyəti qeydiyyatdan keçirmək barədə qərar verildi. Və fəaliyyətə başladığımız 1-ci ildə biz heç bir təşkilatdan yardım almadan işləməyə başladıq. 411 kvadrat metrlik ofis kiraladıq, tam kompüterlə təchiz etdik. 1 il ərzində 10-dan çox xarici marketinq assosiasiyaları ilə əlaqə qurduq. Kitabxana yaratdıq, universitetlərlə əlaqə qurduq və elə həmin il xaricdən 2 məhşur mütəxəssisi seminara çağırdıq. ƿsasən ingilis dilində aparılırdı mühazirələr ehtiyac olanda Azərbaycanca da təşkil edilirdi.

Artıq 1 ildən sonra isə donor qismində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar özləri bizə müraciət etməyə başladılar. Həmin dövrdə qrantlar üçün müharibələr gedirdi, bizə isə bu təşkilatlar özləri gəlib qapını döydülər və bizdən qrant alın söylədilər.

Müəyyən sənəd işləri aparıldıqdan sonra biz qrantı aldıq və cəmiyyətimizin missiyasına uyğun olaraq marketinq anlayışının yayılmasına və maarifləndirməyə yönəlik fəaliyyətlərə başladıq.

Biz marketinqə iqtisadi məfhum kimi deyil, ona bir fəlsəfə kimi yanaşdıq, bir düşüncə tərzi kimi baxdıq, biz ona demokratiyanın atributu kimi baxdıq, biz hesab edirdik ki, hardaki, marketinq var orda insanların dəqiq öyrənilməsi var, insanların öyrənilib sonra qərar verilməsi varsa deməli orda demokratiya var. Məhz buna görə Biz bir neçə il “Marketinq demokratiya atributudur‿ devizi ilə fəaliyyət göstərdik. Bugunkü gündə isə biz şüarımızı dəyişərək növbəti şəklə saldıq “Zəngin və Nufuzlu Azərbaycan naminə‿.  Burda da bir fəlsəfə var: Biz hesab edirik ki, Azərbaycan öz faydalı qazıntıları və resurslarına görə zəngin ola bilər, lakin bu nüfuzlu olmaq deməkdir mi? Nüfuzlu olmaq üçün təhsilli olmaq lazımdır.

2001-ci ildən başlayaraq çox qızğın fəaliyyətə başladıq, bir çox işlərimiz oldu. Biz təhlil etdik ki, marketinqin inkişafı üçün biz nələr edə bilərik, kimlər bizə oturduqları yerdən kömək edə bilər. Və müəyyən oldu ki, bu top menecerlərdi və onların da 70%-i rus dillidir. Mediada marketinq barədə məlumatdırma üçün biz rus dilinə müraciət etdik və rus dilli Zerkalo qəzetində əlavələrimizi nəşr etməyə başladıq. Biz bunu ona görə etdik ki, həmin rus dilli menecerlər özləri maariflənsinlər və bununla paralel öz işçilərini yetişdirsinlər. Biz nə vaxtsa yenə Azərbaycan dilinə müraciət edəcəyimizi düşündük. Biz nə qədər patriot olsaq da bu cür addım atmalı idik. Bu çox bahalı bir layihə idi o vaxt üçün. Çox reytinqli qəzetdə, üstəlik 4 səhifə heç də ucuz başa gəlmirdi bizim üçün. Planlaşdırdıq ki, ən azı 100 sayı buraxaq əvvəlcə buna inanmadılar, çünki burada məlumatların yığılması, işlənilməsi, təhlil və s. kimi işlər yerinə yetirilməli idi həm də bunun maliyyə tərəfi var idi. Biz 100 nömrə nəşr elədik, 70-ci nömrəni nəşr edəndə əvvəlki sayıları bir araya gətirdik və böyük həcmdə çap etdik və universitetlərə payladıq. İndi də həmin resurslar ədəbiyyatlarda və diplom işlərində mənbə kimi göstərilməkdədir.

Sonra biz oxucularımız arasında araşdırma apardıq və soruşduq onlardan ki, biz əlavələrimizi jurnal halına yığıb nəşr etsək sizin üçün maraqlı olarmı? Nəticələr gözlənilən kimi müsbət oldu. 2006-cı ildə marketinq jurnalı çap olunmağa başladı. ƿsasən azərbaycanca və müəyyən sayıda ingiliscə səhifələrdən ibarət jurnal tam rəngli və çox səhifəli idi. Hal-hazırda jurnalımız fəaliyyətini davam edir. Gələcək üçün planlar var.

Mak.az: nə kimi?

Rəhim Hüseynov: Təmannasız olaraq müəyyən seqmentlərdə araşdırma aparıb jurnala əlavə etməyi planlaşdırırıq və bunu etməklə biz hansısa marketinq araşdırmaları şirkətlərinin işinə əngəl olmayacağıq.

Bundan başqa AMC olaraq biz müxtəlif şirkətlərə treyninqlər də təşkil edirik. Treyninqlər barədə gözəl bir xatirəmi sizə demək istərdim. Biz məhşur bir mütəxəssisi ölkəmizə seminar vermək üçün dəvət etmişdik. Seminar bitdi heç kimin sualı yoxdur. Çay fasiləsi zamanı həmin mühazirəçinin ətrafında növbə yarandı. Bu cür vəziyyət bizi çox əsəbləşdirdi, çünki bu ekspert də insandır, heç olmasa nəfəs alsın, istirahət etsin və biz bunun səbəbi araşdırmağa başladıq.

Sağ olsun böyük şirkətlərdən birinin nümayəndəsi mənə bu problemi izah etdi, sən demə buna səbəb rəqib şirkətlərin eyni yerdə olması idi, onun üçün bir şirkət özünün çatışmayan cəhətini biruzə verməmək üçün sualları ümumi yığıncaqlarda vermirdilər.

Bu cür nüansları nəzərə alaraq biz başladıq korporativ əsaslarda treyninqləri həyata keçirməyə. Bugünə qədər bu formada treyninqləri davam edirik, çox nadir hallarda ümumi iclaslar və treyninqlər keçirdirik.


Mak.az: Rəhim bəy bu dediyiniz məqam bizim mentalitetlə bağlı ola bilər. Mak.az forumunun iştirakçılarından biri bu barədə sizə sual verir. Sizcə Azərbaycanda marketinqin yaxşı inkişaf etməməsinin səbəbi mentalitetimizdirmi? Yoxsa başqa səbəblər var?

Rəhim Hüseynov: Bir mənalı, gəlin bu suala cavab vermədən öncə Azərbaycan biznesinin inkişaf formasına baxaq. Biznesimizin vəziyyətini analiz edək. Tutalım ki, hər hansı bir sahibkar bazarda özünə inhisarçı vəziyyət yaradıb, və satışları mükəmməl şəkildədir. Sizcə ona marketinq lazımdırmı?

Mak.az: Bizim bununla bağlı sualımız var, saytımızda sorğu aparılır. Azərbaycanda hansı sektorda daha fəal marketinqin aparılması ilə bağlı. Sorğunun nəticələri sizin fikirlərinizlə təzadlıdır. Belə ki, sorğu iştirakçılarının təxminən yarısı mobil sektorda daha güclü marketinqin olduğunu söyləyir. Lakin bu sektorda Azercell 70% lik paya sahibdir və inhisarçıdır. Buna münasibətiniz:

Rəhim Hüseynov: Belə deyək, hər bir şirkət qurularkən onun strategiyası olur. ƿgər şirkət əvvəlcədən bazara girib özünə inhisarçı mövqelərə çıxmağı hədəf qoyursa və buna nail ola bilirsə bu alqışlanılmalıdır. 1996-cı illlər idi, həmin dövrdə ölkədə sadəcə Bakcell fəaliyyət göstərirdi. Azercell bazara girəndə çox agressiv marketinq siyasəti ilə fəaliyyətə başlamışdı və çox qısa müddətdə bazarın böyük hissəsinə sahib ola bildi. Burada məhz marketinq kömək oldu Azercell şirkətinə. Bakcell son 2 ildə marketinq cəhətdən aktivləşib və demək olar ki, yaxşı nəticələr əldə etməkdədir.


Mak.az: Ölkədə hansı şirkətlərin marketinq fəaliyyətini bəyənirsiniz?

Rəhim Hüseynov: Çox şirkət adı çəkmək istəmirəm, reklam olacaq. Amma Azercellin adını çəkməyə məcburam, çünki bu açıq görünür. Yəni adamlar çox qısa müddət ərzində bazara sahib ola bildilər. Məsələn Nurgün Holdinq şirkətinin adını çəkə bilərəm. Akkord şirkətinin da adını qeyd edə bilərəm, çox aqressivdirlər. Bir məqamı qeyd etmək istəyirəm, bugünkü günə Akkord çox ciddi reklam kampaniyaları aparır, lakin bir az həddindən ziyadə. Çünki bütün kanallarla eyni vaxtda bu qədər miqdarda reklam çarxlarının yayımlanması əks effektə səbəb ola bilər. Televiziyada GRP anlayışı var, yəni reytinq baxımından ən yüksək nəticələr müəyyən müddətdən sonra insanlarda əsk təsirə səbəb ola bilər. Məncə şirkət nümayəndələri buna nəzərat yetirməlidir.


Mak.az: Marketinq qanunun təşəbbüskarı olmusunuz? Bu qanunun hazırlanması prosesi və təsdiq olunmasındakı gecikmələrin səbəbi?

Rəhim Hüseynov: Bir ictimai təşkilat olaraq biz hər zaman öz təşəbbüslərimizi müxtəlif aidiyyatlı orqanlara çalışmışıq çatdıraq o cümlədən marketinq qanununu da. Öz tərəfimizdən işçi qrupu yaratdıq və qanunun ilkin versiyasını hazırladıq. Bizə qanunu hazırlamaq o qədər çətin olmadı nəinki o qanunu müzakirələrə çıxartmaq. Biz öz missiyamızı yerinə yetirdik, indi nə vaxt qanun şəklində qəbul olunarsa biz buna sevinərik. Çünki belə təhlil edib görmüşük ki, hansı ölkədə marketinqə dövlət tərəfindən yaxşı, isti münasibət varsa o ölkədə inkişaf daha sürətli olur. Hansı ölkələrdəki, marketinqə barmaqarası baxılır, həmin ölkələrdə inkişaf zəif gedir.


Mak.az: Növbəti sual yenə mak.az forum iştirakçılarındandır. Sizcə növbəti 10 il ərzində hər hansı bir Azərbaycan markası ən azı regional səviyyədə tanına biləcəkmi?

Rəhim Hüseynov: Çox yaxşı sualdır. Türkiyəni misal kimi götürək, bizdən qat qat inkişaf etmiş və dünya biznesinə daha çox inteqrə olunmuş bir iqtisadiyyata malik bir ölkədir. Amma hələ ki, dünya brendi ola biləcək bir markaları yoxdur. Mənim bu ölkə ilə çox sıx əlaqələrim var, orda bugünki gün dövlət tərəfindən Türkiyə brendlərinin dünyaya tanıdılması üçün işlər aparılır. Çünki hər hansı bir brend həm də həmin ölkənin xaricdə imicinin möhkəm olması üçün güclü vasitədir. Yaxın 10 ildə heç şübhəm yoxdur ki, bizim bu cür brendlərimiz olacaq. Bir məqama toxunmaq istəyərdim, biz çalışmalıyıq ki, hər hansı bir sektorda əgər bir markamız dünya səviyyəsinə çıxa bilirsə ona rəqib kimi deyil dəstək verməyə çalışaq. Şəxsən hər hansı bir Azərbaycan brendi mənə müraciət etsə ki, bizə strategiya hazırlayın, kömək edin: Rəsmən elan edirəm! Pulsuz parasız bunu etməyə hazıram. Başqaları da, hökümət də bu işdə fəal olmalıdırlar.

Mak.az: Gələcək planlarınız barədə

Rəhim Hüseynov: Gələcək planlar? O qədərdi ki .. (gülümsəyir)

Marketinq Cəmiyyətini 1 günə 2 günə yaratmamışıq, qısa müddətli hədəflər üçün yaratmamışıq. Biz əlbətdə ki, bu cəmiyyəti böyüdüb inkişaf etdirmək istəyirik. Azərbaycanın xarici biznes aləmində imicinin möhkəmlənməsi istiqamətində işlər aparmaq və s. Sualı Marketinq Cəmiyyətinə yönəltsək dediyim cavabları deyərdim.

Amma şəxsimə aid etsək bu sualı, mən bir iş adamıyam, orijinal biznes sahələrinə girişməyi planlaşdırıram. Standart insanları yorubdur. Məsələn indi oturduğumuz bu müəssisə kimi (Ziya Gallery) qeyri standart biznes imkanlarını dəyərlədirirəm. Marketinq jurnalında qeyri standart biznes istiqamətlərini açıqlamışam, hətta bəziləri bunu təmannasız etməyimə görə məni qınayırlar. Mən isə qeyd etdim ki, yüzlərlə belə sahələr var. 300 dən artıq işçim var, bunların sayını yaxın gələcəkdə 500-ə kimi artırmağı düşünürəm. Halal və düzgün həyat yaşamaq, heç kimdən çəkinməmək, müasirlik gətirmək və Azərbaycanı tanıtmaq.


Mak.az: Sonuncu sualımız. Saytımız barədə fikirləriniz və arzularınız.

Rəhim Hüseynov: Çox maraqlı layihəyə başlamısınız, bu cür layihələrə ehtiyac var, qısa müddətdir bu internet səhifəsini tanımışam, forumda iştirak etmişəm. Belə deyək, cavansınız, enerjilisiniz, qorxmayın, çəkinməyin. Bir az siz vurun, bir az sizi vursunlar. Ürəklə gedin qabağa, aktiv olun. Missiyanızı layiqincə yerinə yetirməyə çalışın. Marketinq Cəmiyyəti olaraq sizə dəstək verməyə hazırıq. Sizi təbrik edirəm. Gözəl bir iş başlamısınız. Uğurlar!


 

Baxılıb: 7942

Şərhlər