Sosial şəbəkələrdə yayımla

Mado Azərbaycanın növbəti uğuru

Mado-nun Qida Təhlükəsizliyi üzrə meneceri Babək Məmmədov, “İRCA Qeydiyyatlı Baş Auditor” İSO 22000:2005 təlimi üzrə Master sertfikatı ilə təltif olunmuşdur.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, 12-16 dekabr  2016-cı il tarixində  Keyfiyyət Assosiasiyasının təşkilatçılığı ilə “ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş auditor” mövzusunda  5 günlük təlim keçirilib. Təlim İRCA qeydiyyatlı təlimçi İNCERT beynəlxalq sertfikatlaşdırma şirkətinin sədri Şamo Muradov tərəfindən aparılmışdır. Təlim zamanı qida təhlükəsizliyi və onun inkişaf mərhələləri, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, qida təhlükəsizliyi üzrə siyasət və məqsədlər, qida təhlükəsizliyini idarəetmə sisteminin planlaşdırılması, təhlükələrin analizinin aparılması üzrə ilkin tədbirlər, kritik nəzarət nöqtələrinin təyin edilməsi, qida təhlükəsizliyini idarəetmə sisteminin validasiyası, verifikasiyası və yaxşılaşdırılması barədə iştirakçılara ətraflı məlumat verilib.
 
 
Sertfikatlaşdırma mərasimi 14.01.2017 tarixində Mado Azərbaycan Restoranlar şəbəkəsinin təşkilatçılığı ilə Restoranlar şəbəkəsinin Gənclik filialında böyük təm tərahla həyata keçirilmişdir. Tədbirdə Keyfiyyət assosasiyasının sədri Samir Novruzov, İNCERT beynəlxalq sertfikatlaşdırma şirkətinin sədri Şamo Muradov, bir çox tanınmış qurumların Qida üzrə mütəxəssisləri, eləcə də bir sıra media nümayəndələri iştirak etmişdir.
 
Tədbirdə iştirak etmiş qonaqlar gənc mütəxəssisə gələcək işlərində uğurlar arzulamış, ölkəmizdə belə gənc kadrların yetişməsindən qürur duyduqlarını bildirmişlər.
 
Tədbirin sonunda Restoranlar şəbəkəsinin Qida Təhlükəsizlik üzrə meneceri Babək Məmmədova sertfikat, Keyfiyyət Assosasiyasının sədri Samir Novruzov və İNCERT beynəlxalq sertfikatlaşdırma şirkətinin sədri Şamo Muradov tərəfindən təqdim olunmuşdur.
 
 
Nəzərinizə çatdırmaq istərdik ki, özünə məxsus ləzzətiylə dünya miqyaslı şöhrət qazanmış Maraş dondurmasının 3 əsrlik tarixi var. Bu tarix Karsanbac adı almış və tamamilə anadoluya məxsus bir ləzzətin addım – addım inkişaf tarixidir.
 
Karsambac dağ yamaclarında və vadilərdə çır- çırpı ilə örtülüb qorunan qar təbəqəsinin ilıq yaz günlərində meyvələrlə qarışdırılması ilə edilirdi. Zaman keçdikcə, meyvə parçalarına süd, bal, səhləb kimi qatqılar da əlavə olunmuş, bu günkü Maraş dondurması ləzzətinə çevrilmişdir.
 
Maraş dondurmasının ləzzəti iqlim və coğrafi amillərə bağlıdır. Ahir dağının yamaclarında bəslənən heyvanların südü və həmin südə qarışdırılan səhləbin təbii dadı bu ləzzətin əsasını təşkil edir. Günümüzdə MADO adı ilə tanınan Maraş dondurması istehsaldakı gigiyenik tələblərə verdiyi diqqətə görə dünyanın dörd bir yanında məşhurdur. MADO təkcə dondurmaları ilə deyil, həm də türk mətbəxini təşkil edən şirniyyatları ilə tanınır. Son dövrlər ölkə xaricində də şöbələri açılmaya başlayan MADO CAFE- lər 300-ü çoxdan ötən böyük birfrançayzing şəbəkəsinin sahibidir.
 
MADO Cafe- lər bugün artıq dondurma evi qəliblərinə sığmadığını qəbul etdirib. Sizi - dəyərli qonaqlarımızı tayı- bərabəri olmayan bu ləzzət ahəngindən həzz almağa dəvət edirik.

Baxılıb: 1202

Şərhlər