Sosial şəbəkələrdə yayımla

Markanın neçə sifəti olar?

Sifət məsələsi bizim xalqımız üçün həmişə əhəmiyyəti böyük olan bir məsələ olub. “Adamın neçə sifəti olar?” ifadəsini hamımız eştimişik, amma bugün bu sualı markalara aid soruşacayıq.
Marka sifətləri (brand ambassador) son bir il ərzində Azərbaycan marketerləri arasında çox populyardır və hər marka özünə bir məşhuru sifət olaraq seçib diqqət cəlb etməyə çalışır. Bu sifətlər marka üçün effektlidir ya yox, istehlakçının düşüncəsində marka imicini dəyişir ya yox, və ya ümumiyyətlə markanı kölgədə qoyur ya yox kimi məsələlərə toxunmadan ümumiyyətlə bir sifət neçə markaya aid ola bilər sualına cavab axtarmağa başladım. 

Sifət şirkətə nə verir?
Sifət insanın cəmiyyətdə ünsiyyəti və şəxsi mövqelənməsi üçün çox vacibdir. Bu sözün hər iki mənasında olan sifətə aiddir. İnsanın gözəl, gülərüz və ya ciddi, çirkin, soyuq mimikalı sifəti onun ətrafındakılarla ünsiyyətində əsas rol oynayır. Və elə insanın bir neçə sifətli olub olmaması da cəmiyyətdəki mövqeyinə və ona olan münasibətlərdə mühüm rol oynayır. Bir neçə sifətli, başqa sözlə çoxüzlü insanları kim sevir? Sizi bilmirəm, amma mən sevmirəm. Ona görə də sifətin bir şirkətə və ya markaya məxsus olması, bir markanın yalnız bir sifətinin olması şirkətə fərqlilik, ekskluzivlik və ya identifikasiya verir.

Şirkət sifətə nə verir?
Şirkət sifətə pul verir. Bunu zarafat kimi qəbul etməyin, həqiqətən bir sifətlə müqavilə imzalamaq şirkətə heç də ucuz başa gəlmir. Bundan əlavə şirkət sifətə imic, tanınma, “dillərə düşmə” verir.

Hansı marka sifətləri yadınıza düşür?
Old spice - Isaiah Mustafa, Omega – George Clooney, Longines - Aishwarya Rai, Mango – Scarlett Johanson, Venus – Jenifer Lopez, Turkish Airlines – Kobe Bryant, və sair..

Yerli marka sifətlərimizdən xatırlayaq:

Reklam

Nar Mobile – Eldar və Nigar
Wash and Go – Dilarə Əliyeva
Azercell – Zülfiyyə Xanbabayeva
Bakcell – Dostlar (Friends)
Danonen Aktivia – Aysel Teymurzadə
Dreft – Nərgiz Cəlilova
Nokia – Röya
Aquafresh – Azər Axşam
Sensodyne – Sevda Ələkbərzadə

 


Bir neçə gün əvvəl marketə girib yoqurt almaq istədim. Satıcıya mənə yoqurt verin deyəndə, Ehrmann yogurtunu uzatdı. Soruşdum niyə məhz bu? Cavab “Bu yaxşıdı, Zaur reklam eliyir” oldu. Və ya digər bir hadisə, salonda xanımın saçını "Wash and Go" ilə yuyurdular, soruşdum niyə bunu alırsız. Cavab “Dilarə deyir bu həcmli eliyir”. Bundan sonra şərh etmədim… Doğurdanmı hər hansı bir məşhurun marka haqda danışması bu dərəcədə təsirli olur? Buna həmişə şübhə ilə yanaşsam da, yuxarıda adı çəkilən marka sifətlərinin markaya və satışlara olan təsirini öyrənmək maraqlı olardı.

Lakin, son vaxtlarda daha çox müşahidə etdiyim məsələ mobil operatorların bir-birinin sifətlərindən istifadə etməkləridir. Elə buna görə də Markanın neçə sifəti olar sualını özümə verdim. Bu yaxında Bakcell Azercellin reklamında çəkilən artisti öz reklamında istifadə etdi. Bunun nə qədər effektli olması barədə fikir bildirmək çətindir, lakin Bakcell həmin artisti "luzer" qismində reklamda istifadə edərək birbaşa zərbə endirmək istədi. Həmin artistin Azercell reklamında olduğuna marketerlər reaksiya verdi, bəs istifadəçilər? Bunu zaman və ya araşdırma deyər.

"Nar Mobile" Eldar və Nigardan istifadə edərək səs küy yaratdı, amma son reklam çarxında yenidən “Filankəsov Filankəs” sifətlərinə qayıtdı. Nar Mobile-ın neçə sifəti var? Eldar və Nigar bir çox şirkətlərin komunikasiyalarına cəlb etmək istədikləri simalardır və "Nar Mobile"la müqavilə bitdikdən sonra digər markaların da üzləri ola bilərlər. Bəs onda marka sifəti olmasının mənası nədir? Misal üçün George Clooney neçə ildir ki Omega saatlarının sifətidir və Omega deyəndə Clooney, Clooney deyəndə Omega yada düşür. Bəs Nar Mobile deyəndə kim və ya kimlər yada düşür? Əgər heç bir assosiasya yoxdursa onda niyə istifadə olunur? Bu sualın cavabını tam olaraq bilmirəm, amma Nar Mobile marketinq komandasının fikirlərini burada bilmək istərdim.

Sonda düşünürük Azercell eyni təcrübəyə müraciət edib bir neçə ildir Bakcell reklamlarında çəkilən şərti adı "Friends" olan konseptdəki qəhrəmanları istifadə etməyəcək. Əgər istifadə edərsə onda sözün əsl mənasında aləm dəyəcək birbirinə.

Onsuz da onlardan bu neçə il ərzində çəkdiyimizi çəkmişik )))

Baxılıb: 3636

Şərhlər