Sosial şəbəkələrdə yayımla

Marketinq üzrə tələbələr 40.000 ABŞ qazana biləcək!

P&G şirkəti ona məxsus olan Braun brendinin marketinq planlarını inkişaf etdirmək və yeni ideyalar əldə etmək məqsədi ilə qeyri-adi üsula əl atıb. Belə ki, şirkət biznes məktəblərində MBA dərəcəsi alan tələbələrə bu işdə ona kömək etməyə çağırıb. Kömək Braun brendi üçün hazırlanacaq marketing plandan ibarətdir. Ən yaxşı plan sahibinin 40.000 ABŞ dolları qazanmaq imkanı var.

Potensial qaliblər arasında Harvard, Stenford, Berkley və digər bir neçə universitetlərdən tələbələr mövcuddur."Create a Buzz for Braun" aksiyası adlanan bu müsabiqə hamı üçün açıq deyil.
Planlar arasından ən yaxşı üçü seçilərək, dinləyicilərə təqdim olunacaq. Rəyasət heyətinə Cim Steqnel(Marketing Direktor), Brekken Darrel(Braun Prezidenti) və adı gizli saxlanılan marketinq üzrə professor daxildir.

«P&G MBA tələbələrinin ideyalarının gücünə inanır», - deyə Brekken qeyd edib.

Müsabiqə barədə ətraflı məlumat: http://www.buzzforbraun.com/  

Baxılıb: 4745

Şərhlər