Sosial şəbəkələrdə yayımla

Mayk Berri ilə müsahibə

Mayk Berri, beynəlxalq səviyyədə tanınmış rəqəmsal marketinq üzrə təlimçi, spiker, məruzəçi və kitab yazarıdır. O 2013-cü il Yanvar ayının 18-i, Cümə günü Bakıda öz məruzəsi ilə çıxış edəcək. 

http://www.bakudigitalmarketingshow.com
 
 
Mak.az: Müxtəlif xalqların müxtəlif mədəniyyətləri, müxtəlif vərdişləri və satış motivləri mövcuddur. Necə düşünürsüz, bu rəqəmsallaşma və interney erasında, bu mədəni toqquşmalar və fərqliliklər hələ də aktualmıdır? 
 
Mike Berry: Fikirləşirəm ki, hətta bu rəqəmsal erada da, insanlar hələ də insan olaraq qalırlar və məmnunluqla bildirirəm ki, hələ də müxtəlif mədəniyyətlər və müxtəlif ölkələr arasında həqiqi fərqlər mövcuddur. Məhz mənə işimi sevdirən səbəblərdən biri də budur. Mən bütün dünyaya səyahət edir, hər mədəniyyətdən və hər ölkədən marketoloqlarla görüşürəm, müxtəlif məkanlardan uğur hekayələrini müqayisə edirəm. 
Bu həqiqətdir ki, müxtəlif sosial media platformalarının arxasında duran texnologiyalar bəşəriyyət tarixində insanlar arasında mövcud olan böyük məsafələri yaxınlaşdırıb və ucuzlaşdırıb. Məmnunluqla bildirirəm ki, Azərbaycanda yaşayan insanlar Qərbi Avropada yaşayan insanlardan hələ də bir qədər fərqlənirlər və Avropalılar də Asiyalılardan və Amerikalılardan fərqlənirlər. İnanıram ki, bu normaldır və şəxsən mən müxtəlif ölkələrdən insanlarla görüşüb, onlarla dostluq etməyi sevirəm. Xüsusilə, indi, mən harda olmağımdan asılı olmayaraq, sosial medianın köməyi ilə onlarla əlaqə saxlaya bilirəm. Mən inanıram ki, çoxmillətli marketoloqlar hələ də "Qobal səviyyədə düşünüb, yerli səviyyədə hərəkət etmək" prinsipi ilə işləməlidirlər. Çünki, ən böyük beynəlxalq brendlərin də yerli marketinq nümayəndələrinə ehtiyacı var. 
 
Mak.az: Niyə həmişə Rəqəmsal Marketinq və ya İnternet Marketinqi və ya Mobil Marketinq deyilir. Marketinq rəqəmsal texnologiyalarla daha çox assosiasiya olunur, nəinki Maliyyə, Logistika və ya Satışla? 
 
Mike Berry: Bu gün rəqəmsal texnologiyalar demək olar ki, cəmiyyətin bütün aspektlərinə təsir edib. Şəxsi həyatımızda və işimizə də. Əlbəttə ki biz qərəzliyik, çünki biz marketinq üzrə mütəxəssislərik. İstehsal, İstehlak, İnsan Qaynaqları, Satış, Distribüsiya və Maliyyə də daxil olmaqla, sənaye və kommersiyanın demək olar ki hər bir sahəsində rəqəmsal texnologiyalarının səbəb olduğu böyük dəyişikliklər nəzərə çarpır. Lakin marketoloq kimi, biz təbii olaraq diqqətimizi Rəqəmsal marketinqdə, İnternet Marketinqində, Mobil marketinqdə və s. cəmləyirik. Bu narahatçılıq üçün kifayətdir!
 
Mak.az: Artıq bütün bizneslər tədricən internetlə həyata keçirilməyə başlayır. Odur ki çoxlu start-up və sahibkarlıq sahələri mövcuddur. Logistika heç nədir, xərci çox azdır, digər tərəfdən isə rəqabət güclüdür. Bu vəziyyətdə hansı risklər mövcuddur?  
 
Mike Berry: Əgər yaxşı nəticə gözləyirsənsə, biznes daim risklidir; təbii ki, internetdə biznesə başlamaq, real biznesdən daha ucuz başa gəlir. Lakin bu həm də o deməkdir ki, rəqabətin güclü olması ehtimalı böyükdür. Bu gün hələ də müvafiq hədəf auditoriyalarına cəlbedici qiymətlərlə yaxşı məhsul təklif eləmək əhəmiyyətlidir. Daha sonra effektiv marketinq və reklam vasitələrindən istifadə edərək bu məhsulu tanıtdırmalısan etməlisən. Rəqəmsal erada da bu vəziyyət dəyişməz olaraq qalıb. Mən inanmıram ki, ənənəvi (offlayn) biznes tezliklə öləcək, odur ki gəlin TV-nin, mətbuatın, posterlərin, kinonun, radionun əhəmiyyətini azaltmayaq. Gələcəkdə bütün işlər bir-birilə ahəng təşkil edəcək, lakin bu o demək deyil ki, işimiz asanlaşacaq! 
 
Mak.az: Biz əvvəllər BBC, CNN, Bloomberg, Yahoo və s. kimi vasitələri əsas yaradıcılar, aqqreqator və əsasən məzmunların sahibləri kimi görürdük. Bu gün isə, istifadəçilərin işləyib- hazırladığı məzmunlar sosial medianın köməyi ilə daha sürətlə və geniş şəkildə yayılır. Belə çıxır ki, rəqəmsallaşma həmçinin media anlayışını da şəkilləndirir? 
 
Mike Berry: Bu bizi dəbdə olan Məzmun Marketinqi sahəsinə gətirib çıxarır. Bu konsepsiyanın məğzi odur ki, düzgün məzmun işləyib hazırlasan, qalan hər şey öz yolunda gedəcək: yüksək axtarış sıralamasına malik olacaqsan, internet səhifəndə daha çox "giriş" traffiki nəzərə çarpacaq və sən öz məzmununu paylaşa biləcəksən. Bu isə öz növbəsində insanların sənin brendinlə daha çox əlaqəyə girməsinə və çox güman ki daha çox satışlara səbəb olacaq. 
Lakin şəxsən mən düşünmürəm ki, "Məzmun marketinqi tamamilə yeni bir sahədir; hal-hazırda bu dəbli bir söz, dəbli bir kəlmə olsa da, qəzetlər çap olunan gündən bəri, hər bir redaktor şübhəsiz bilir ki, məzmun ən mühüm nüansdır; sən materiallarını satmaq və oxucu qazanmaq üçünü "ən eksklüzivhekayələr yazmalısan. Bu həqiqətdir ki, bu gün dünyanın bütün yerlərində ödənişli qəzetlər mübarizə aparır. Yüksək səviyyəli, orijinal, cəlbedici məzmun yazan insanlara bu gün də çox ehtiyac var. Əsas məsələ isə, təbii ki rəqəmsal aləmdə bunu qanuniləşdirməkdir. Bu gün, məzmun yaradıcısı və ya məzmun kuratoru olmaq istəyən hər kəs üçün maneələr nisbətən azdır: bloqqerlər və məzmun aqqreqatorları işi qurmaqda daha az xərc çəkirlər, lakin rəqabət güclü olduğu üçün, traffik və abunəçi əldə eləmək çox çətindir. Bir şey dəqiqdir ki, Məzmun hələ də lider olaraq qalır! BBC, CNN və digərləri bunu hamıdan yaxşı bilir. 
 
Mak.az: Bilirik ki, mobil cihazlar daşıdığımız və əlaqədə olduğumuz ən interaktiv media kanalıdır. Mobil marketinqin rəqəmsal marketinqdə rolu nədir? 
 
Mike Berry: Biz, bütün onlayn fəaliyyətin yarıdan çoxunun mobil cihaz ilə həyata keçiriləcəyi ana çox yaxınıq. 
http://www.forbes.com/sites/ericsavitz/2012/10/23/gartner-top-10-strategic-technology-trends-for-2013/
O zaman biz həqiqətən deyə bilərik ki, mobil rəqəmsaldır, rəqəmsal isə mobildir. Başqa sözlə desək, bu gün mobil sahə o qədər uğur qazanıb ki, ayrı bir ayrı bir qaydaları olmaqdan çıxıb və əslində rəqəmsal sahə ilə birləşib! Həmçinin, mobil cihazlar, çatıdırlma mexanizmi, rəqəmsal platformalara çatmağın yolu kimi sadəcə bir texnologiyadır. Sadəcə olaraq kompüterlərin daha kiçik şəklidir; buna öyrəşin artıq! 
Həqiqətən də, ümumiyyətlə "mobil" nə deməkdir? Daşıya biləcəyimiz istənilən kompüter? Tabetlərin meydana gəlməsi və smartfonların təkmilləşməsi ilə, bizim "stolüstü" şəxsi kompüter adlandırdığımız cihazlar daha da az istifadə olunmağa başlayacaq. Mənə aydındır ki, tezliklə biz (demək olar ki) ya hamımız smartfondan və ya Microsoft Surface və ya Apple və Samsunqun istehsal etdiyi hər hansı yeni nəsil hibrid notbuklardan və tabletlərdən istifadə edəcəyik. Mən həqiqətən gözləmirəm ki biz, marketoloqlar olaraq "mobil" sahədən ayrı bir hissə kimi uzun müddət danışa biləcəyik. Lakin bu sadəcə terminologiyadır; əsas məsələ odur ki, bizim internet fəaliyyətimiz bütün cihazlarda (digər bir dəbli söz olan "responsiv dizayn" vasitəsilə)  "işə yarasın" (yəni böyük istifadəçi təcrübəsi gətirsin) və biz, tamamlanmış reallıq və məkana bağlı xidmətlər kimi, meydana çıxan texnologiyaların üstünlüklərindən tam yararlana bilək. Müvafiq zamanlarda, istənilən yerdə, istənilən cihazda istifadəçilərə onların seçiminə müvafiq olaraq daha zəngin təcrübə qazandıraq. Bax əsl çətinlik budur. Odur ki, hələ çox maraqlı olacaq!
 
©Mike Berry Associates 2013

Baxılıb: 3027

Şərhlər