Sosial şəbəkələrdə yayımla

“McDonald`s”ın “Burger King”ə cavabı gecikmədi

Bir öncəki xəbərdə qeyd etdiyimiz kimi, “Burger King” dünən “McDonald`s”a “Beynəlxalq Barış Günü”ndə iki əzəli rəqibin həmin gün münasibətilə  “McWhooper” adlı bir burqer istehsal edib, qazanılan pulun “Peace One Day” adlı təşkilata bağışlanmasını təklif etmişdi. Marka, təklifin çatdırılması üçün “New York Times”“The Chicago Tribune” qəzetlərində tam səhifə elan vermiş və mcwhooper.com saytını açmışdı. 
“McDonald`s” təklifə rəsmi “Facebook” səhifəsi üzərindən cavab verdi. “McDonald`s”ın CEO-su Steve Easterbrook iki şirkət arasında sadəcə dostca bir yarış olduğunu və bunun savaşlar ilə qarşılaşdırmağın düzgün olmadığını ifadə edib.
“Yaxşı bir məqsəd üçün ilham vermək... Doğrudan da yaxşı fikirdir. Məqsəd çox xoşumuza gəlsə də markalarımızın fərq yaratmaq üçün daha geniş miqyaslı layihələr həyata keçirə biləcəyinə inanıram. Bütün dünyada maarifləndirmənin artırılması üçün çalışırıq, bəlkə siz daha anlamlı qlobal bir layihə üçün bizə qatılarsınız?” deyən Easterbook, “Burger King”in təklifini nəzakətlə rədd edib. 
 

Baxılıb: 3729

Şərhlər