Sosial şəbəkələrdə yayımla

Mercedes-Benz eynəkləri

Elə bir avtomobil markası tapmaq çətindir ki, öz pərəstişkarlarına avtomobilləri ilə yanaşı, markaya uyğun müxtəlif əşyalar (breloklardan tutmuş, qeyd kitabçalarına qədər) təklif etməsin. Mercedes-Benz də bu yolla gedərək optika məhsullarının tanınmış istehsalçısı Allison SpA ilə birlikdə eynəklər kolleksiyasını hazırlamışdır. Kolleksiyaya tünd və şəffaf şüşəli 40-dan artıq eynək modeli daxildir, onların hamısını Mercedes-Benz markasının emblemi bəzəyir.

Mercedes-Benz emblemli kişi və qadın eynəkləri rəsmi diler mərkəzlərində satılacaq. Günəş eynəklərinin qiyməti 220 dollardan 360 dollaradək, optik eynəklərin qiyməti isə 230 dollardan 330 dollaradək olacaq.

Baxılıb: 6278

Şərhlər