Sosial şəbəkələrdə yayımla

Mercedes-Benz loqotipini və devizini dəyişir

2007-ci il noyabrın 1-dən Mercedes-Benz öz şüarını və reklam materiallarının dizaynını dəyişir. Bu barədə Mercedes Car Group-un vitse-prezidenti doktor Klaus Mayer məlumat verib. Onun sözlərinə görə, loqotipdə ulduz saxlanılacaq. Amma yeni dizayn vasitəsilə bəzi dəyişikliklər ediləcək. Şirkətin devizi də dəyişəcək, yeni loqotip isə bütün reklam daşıyıcılarında və diler təqdimatlarında yer alacaq. İkiölçülü təsvirlərdə ulduz yuxarıda, “Mercedes-Benz” yazısı isə təsvirin aşağısında olacaq.
Brendin yeni fərdi xüsusiyyətləri sərnişin avtomobillərindən tutmuş kommersiya nəqliyyatına qədər şirkətin fəaliyyətinin bütün sahələrində özünü büruzə verəcək.

mənbə: Milli Avtomobil Portalı

Baxılıb: 4556

Şərhlər