Sosial şəbəkələrdə yayımla

Mercedes-Benz yeni ofrouderini GLK adlandıracaq

Mercedes-Benz ticarət markası istehsal edəcəyi yeni ofrouderin adını elan edib. Bu avtomobil ML modelindən bir pillə aşağıda duracaq. Avtomobilə MLK indeksinin veriləcəyi barədə ehtimallar özünü doğrultmayıb. Ona GLK indeksinin verilməsi qərara alınıb. Mercedes-Benz GLK ofrouderinin rəsmi təqdimatı bu ilin sentyabrına planlaşdırılır. 2008-ci ilin əvvəlində isə onun satışa çıxarılacağı gözlənilir.

Mercedes-Benz GLK modelinin uzunluğu 4.530 millimetrdir. Yeni modelin əsas rəqibi olan BMW X3 krossoverinin uzunluğu da təxminən bu qədərdir. Avtomobilin bütün təkərləri aparıcı olacaq. Lakin yeni modeldə diferensialların bloklaşdırılması nəzərdə tutulmayıb (yeri gəlmişkən, Amerika bazarında arxa təkərləri aparıcı olan versiyanın satılacağı da gözlənilir)

Baxılıb: 4080

Şərhlər