Sosial şəbəkələrdə yayımla

Microsoft Macintosh kompüterləri üçün Office 2008-i hazırlayacaq

Microsoft şirkəti 2008-ci ilin yanvar ayında Macintosh kompütreləri üçün Office 2008 proqram paketini istehsal edəcək. Mac Home and Student Edition üçün hazırlanacaq proqram paketi Word, Excel, Powerpoint və Entourage-dən (Outlook-un analoqu) ibarətdir. 150 ABŞ dollarına alıcı bu paketin bir neçə kompüterə quraşdırılması üçün üç lisenziya açarı əldə edəcək.
Office 2008-in 400 dollarlıq versiyasında da həmin proqramlar və əlavə olaraq Windows Exchange serverinə qoşulmaq imkanı olacaq.

Üçüncü versiya Office 2008 isə (Special Media Edition) peşəkar dizaynerlər üçün yaradılıb, burada əlavə olaraq Expression Media (multi-media faylları kataloqu ilə idarəetmə üçün) proqramı var. Bu versiyanın qiyməti isə 500 dollardır. 
Yeni proqram paketi nəinki müasir İntel prossesoru olan Macintoshla, həmçinin PowerPC ilə təchiz olunmuş köhnə modellərlə də işləyəcək. /ANS PRESS/

Baxılıb: 5086

Şərhlər