Sosial şəbəkələrdə yayımla

"Milla"dan Avropa Oyunları üçün yeni qablaşdırma

Paytaxt, "Bakı 2015 İlk Avropa Oyunları"na ev sahibliyi etməyə hazırlaşır. "Milla" Oyunların rəsmi süd təchizatçısı seçilmişdir. Bu məqsədlə "Milla" şirkəti "Artgroup Bruketa&Žinić OM Baku OM" agentliyinə marka üçün xüsusi tanıtım üsulları fikirləşməyi tapşırmışdır.
Bazar araşdırması edən şirkət təqdimatı ayran məhsuluyla həyata keçirmək qərarına gəldi. Belə ki, "Milla"nın portfoliosunda ən çox satılan məhsul olan ayran, həm də bazarda satılan bir nömrəli ayran məhsulu hesab olunur. Milli ənənələrə əsaslanaraq bu məhsulun məhdud buraxılış qablaşdırmayla istehsalı uğurlu qərar oldu.
Agentliyin Art Direktoru 12 müxtəlif idmançı illüstrasiyasıyla Bakı 2015 Oyunlarını təsvir edərək, hər idman növünü bir qablaşdırmada əks etdirdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Agentlik: Artgroup Bruketa&Zinic OM Baku
Kreativ Direktor:  Kitica Kekic
Direktor: Helena Rosandic
Art direktor, illüstrator: Vlado Peric
Kopirayter: İlham Akbarli, Ulviyya Mutallimova
Akkount Menecer: Usya Akhundova

Baxılıb: 4955

Şərhlər