Sosial şəbəkələrdə yayımla

Milli marketinq

Bütün komponentləri ilə

Milli marketinq – Azərbaycansayağı marketinq – Bizim ölkəmizdə işləyən və  istifadə edilən marketinq... Açıqlamaları  və ifadələri genişləndirməyə  çox da ehtiyac yoxdur. Aydındır hərhalda bunun nə  demək olduğu...

Azərbaycanda yaşamaq həqiqətən çətindir. Xüsusən də başqa və bizdən bir az artıq inkişaf etmiş ölkələrdə bir müddət ömür sürmüş vətəndaşlarımız buralara vərdiş etməyə, adaptasiya olmağa çətinlik çəkir. Əsas problem isə qaydalardır... Qaydaların qanunlara, qanunların insanlara, insanların qayda-qanunlara uyğun olmaması... Haqq-hüquq mövzularının güc mübarizəsi şəraitində həll olması vs. Yəni həyatı rahatlaşdıran mövzularda təmbəllik etməyimiz və nəticədə daha çox əziyyət çəkməli olmağımız...

Amma dostların bəzən gülərək, bəzən ağlayaraq nəql etdikləri vəziyyətləri birləşdirəndə bütün bunların çox normal proses olduğuna qənaət gətirirəm. Əgər Qananın Toqo ilə sərhəddində polis bizdən 50 qəpik rüşvət alırsa (iyul 2009) və bu mənə 2001-də yol polisinə verilən “3 məmməd” “hörmət”i xatırladırsa təəccüb ediləcək bir şey yoxdur... İnanıram ki, millətlərin və cəmiyyətlərin tarixi inkişaf yolu müəyyən mərhələlərdən və proseslərdən ibarətdir. Təməldə və ümumi gedişat olaraq bu mərhələlər demək olar eynidir. Dəyişən sürət, müddət, çətinlik, resursdur. Ən ümumi ifadə ilə deyəsi olsaq isə - Ümumi xətt eynidir, detallar fərqlidir! Bu detalları isə formalaşdıran hər şeydən əvvəl milli və mədəni dəyərlərdir. 

Bu mövzunun marketinq portalında nə işi olduğunu düşünənlər olar. Haqlıdırlar! Amma nəzərə alsaq ki, marketinqin gedişatı da cəmiyyətin və millətin vəziyyəti ilə sıx bağlıdır o zaman buranı portalın profilinə calaşdırmaq mümkündür. Belə ki, marketinqin qloballığı və ümumiləşdirilə bilməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Hər gün yeni bir iddia və ifadə ortaya çıxsa da, mövzuya qəti həlli yanaşma mövcud deyil. Dünya marketinqdə araşdırmanın, sistemliliyinin, dinamikanın və ixtisaslaşmanın zirvələrində dolaşsa da, Azərbaycanda hələ də, satış liderlərinin rəqabət edəbilmə bacarığı müzakirə mövzusudur: “Filan bank filankəsin hesabına, bəhmən operator lobbiçilik gücünə, o birisi şirkət “kustar” üsullarla irəliləyir”. Bəzən baxırsan ki, hansısa şirkət bazarda real rəqabət aparır və heç də başqalarının rıçaqları hesabına önə çıxmır. Amma onun belə marketinqi ciddi mənada axsayır. 

Həə... Görəsən bu məqamda marketinq işinin axsayıb axsamadığına kim qərar verir? Hansı  meyarlar əsasında dəyərləndirmə aparılır? 

Azərbaycanda hərhansı  bir şirkətə daxil olduqda marketinqin tərkib hissəsi olan işlərin fərqli fərqli adamlar tərəfindən marketinqdən kənar bir ad altında aparıldığı açıq aşkar hiss olunur. Rəhbərlik şirkətin əsas marketerinə çevrilir və bu addaki departament media buying və production-a nəzarət işlərinin görür – agentliklərə həvalə ediləsi işlər... İşin dərinə analizi aparıldıqca şirkətin sahiblərinin yaxşı əlaqələrinin uğurda çox böyük paya sahib olduğunu görmək asanlaşır. Həmin şəxs də kollektivin o boyda işin və məvacib almanın müqabilində o şəxsin özündən daha az gəlir gətirməsindən bir gün zara gəlib iş prinsipinı “düzəliş etmək” qərarına gəlir. Aydın olur ki, bu bazarda iki əsas marketinq silahı – yaxşı məhsul və möhkəm əlaqələrdir. 

Yuxarıda yazılanlara qısa xülasə də demək olar. Əsas çatdırmaq istədiyim fikir odur ki, Azərbaycanda hansı marketinq işlərinin hansı nəticəni verdiyi və verəcəyi doğru öyrənilməlidir. Marketinq maliyə kimi kitabdan, qələmdən və rəqəmdən ibarət deyil. Marketinq mütəxəssisi olmaq yaşadığın cəmiyyəti dərindən bilmək deməkdir. Məsələn, xüsusən son dövrlərdə artan müşahidələrim mənə dedi ki, (Azərbaycanda) marketinq sahəsində çalışanlar üçün MBA dərəcəsi almağın işdə və realda böyük bir faydası yoxdur. Marketer bazarla işlədiyi üçün işinin keyfiyyəti bazara nə qədər yaxın olmasından keçir. Müasir və qlobal marketinq üsullarını isə əlavə təhsil olmadan da öyrənə bilər. 

Bu Milli marketinq dediyimiz qəribəliyinin konturlarını cızmaq hazırda Azərbaycan marketinqi üçün də, hərhansı irəli getmək istəyən marketer üçün də faydalı olar. Ədəbiyyatda qarşılaşdığım hər bir mövzunu milli marketinqdə yerinə qoyduqda maraqlı nəticələr əldə edirəm. Və hər dəfə də görürəm ki, qlobal anlayışdakı marketinqin ümumi “skelet”ini götürmək məqbul və labüd olsa da, detalları adaptə etmədən işləmək mümkün deyil. İşləməyə cəhd edənlərin ya lazımsız büdcələri, ya avanturist marketerləri var... Qlobal marketinq standartlarını ölkəmizdə görməyi hamıdan çox elə özüm istəyirəm. Amma o standartlara bugün çatmağımız real deyil və bunu gərək hamı nəzərə alsın.

Milli marketinqin bütün komponentlərini - qlobal məqamların yerli halını yenidən nəzərdən keçirəcəyik... ardı var

Baxılıb: 4276

Şərhlər(9)

Şərhlər (9)

idris musayev idris musayev
Şəxsi fikir və müşahidəmdən, Vüsal, bizimkilər demişkən yola çıxaraq:): Fərqli fərqli adamlar tərəfindən marketinqdən kənar bir ad altında marketinq fəaliyyəti aparılan şirklətlər müəyyən kustar üsullarla işləyən orta seviyyəli podrat şirkətləridir. Retail bazarına iddia edən şirkətlərdə müdürün əlaqəsinin miqyası zəif qalır artıq. Yəni, elə qlobal marketinq standart və prinsiplərinə uyğun hərəkət etməyə məhkumdurlar.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Taleh Afandi?

Heç vaxt mühəndis olmaq haqda düşünmədiyim üçün mühəndis olmamağın səbəbi haqda da düşünməmişəm.
Taleh Afandi Taleh Afandi
Vusal,salam san niya muhandis olmadin?
mak mak
Director, bu məqaləni Vüsal yazıb, xahiş edirəm ona müraciət edin )))
Director Director
Məmməd, bazarımızı öldürmə də:))))
Emin Quluzadə Emin Quluzadə
@Vüsal

Kitab.. Wow! :) Məncə tələsməyin e. Qoy bir müzakirə edək, ondan sonra qərar verərsiniz nəyi düzgün hesab edirsiniz. Yoxsa yaman tələskənsiniz :)
Rashad Nazarov Rashad Nazarov
Qısa fikirimi bildirmək istəyirəm, bəlkə işində kömək olar:
Marketinqdə əksər təcrübəmi istehsalçılardan qazanan biri olaraq marketinqin inkişafında əsas problemi marketinqin harda başlayıb harda bitməsinin rəhbərlik tərəfindən nə səviyyədə dərk olunmasına bağlayardım.
Bu amil marketinqə yanaşmanı səciyyələndirir.

Marketinqlə məşqul olanların ən öndə vəzifəsi sifarişçilərə bunu izah etməkdir.
Gün keçdikçə bu asanlaşsa da hələ də çətin məqamlardan biridir.

Bizim işimizin effektivliyini azaldan da elə budur.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Ardı kitabda inşallah :) Ona görə cavabınızı eşidək
Emin Quluzadə Emin Quluzadə
Ardından sonra da cavabı var :)