Sosial şəbəkələrdə yayımla

Milli PR və Milli Pia(pı)Rçı

Sevinc Əliyeva mak.az üçün qələmə aldığı son yazıda bizi PR ixtisası və PR-çı peşəsinin incəlikləri ilə tanış etməyə çalışdı. Düzünə qalsa rusca olan material forumda dərindən tənqid edildi. Tənqidlərlə bağlı fikrimi bildirməyi sonraya saxlayıram. Bu öz yerində.

Amma bir məsələ məni susmağa qoymadı. Bu da əsasən başlıqdakı və yazının tərkibindəki pafos ilə bağlıdır. PR mütəxəssis orkestr-insan olaraq təsvir edilib. Təbii ki, Sevinc xanımın və bu fikrə inanan PR tərəfdarlarının müəyyən arqumentləri olacaq. Amma işə daha peşəkarcasına və akademik yanaşsaq, bu ifadə populizm qoxur. Bunun da iki səbəbi var: qlobal və yerli faktorlar.

Qlobal faktor çox sadədir. Biznes ilə bağlı ədəbiyyata bələd olan hər kəs PRçısından tutmuş, brend menecerinə, ondan strateqinə, elə ondan da araşdırmaçısına qədər hər kəsin haradasa və hansı müəllif tərəfindənsə bu şəkildə (orkestr-insan vəya buna bənzər ifadələr) adlandırıldığını görmüş olar. Səbəb isə bu vəzifələri tutan şəxslərin sadəcə öz ixtisasları deyil, ətrafında baş verənlərdən xəbərdar olmalı olduqları, insan psixologiyasından anlamalı olduqları və s. kimi faktorlardır.

Təbii ki, dərindən baxdıqda PR-çıların çox yönlü olması şərtdir. Amma onsuz da müasir biznes aləmində bazarı, istehlakçıları, pay sahiblərini (stakeholder) “oxumaq” önəmli bir tələbdir. Cəngəllik qanunlarının hökm sürdüyü biznes aləmində “diribaş” olmaq və hər şeydən xəbərdar olmaq çox vacibdir. “Arçelik”in marketinq direktoru bir seminarda idman, tibb və siyasət bilgisi ilə, üstəlik zarafatcıllığı ilə auditoriyanı özünə heyran etmişdi. Məhz bu çox yönlülük Murat Şahinin Türkiyənin ən güclü markasını (“Arçelik” bütün sorğularda Türkiyədə ən yüksək marka bilinirliyi və dəyəri ilə seçilir) idarə etməyə yardım edir.

Qlobal olaraq baxdıqda artıq orkestr olmaq biznes peşəkarının üstünlüyü deyil. Bu ingilis dilində səlis danışması vəya komanda idarə etmə bacarığı kimi ondan tələb edilən növbəti özəllikdir. Çox lazımlı bir özəllik.

Yerli faktor isə daha qarışıq və çətindir. Bu bir növ forumda Sevinc xanıma yönləndirilən tənqidlərlə də pararlellik kəsb edir. Belə ki, dünyada PR mütəxəssisində orkestr olmaq tələb edilə bilər, hətta o futbol oynamağı bacarmırsa vəya fransız şərablarını dadına görə ayırd edə bimirsə bu ixtisas üzrə yüksəlmə şansı olmaya da bilər. Hətta Rusiyada... Amma Azərbaycanda belədirmi? Azərbaycanda peşəkar və korporativ şirkətlərin belə bütün marketiq mütəxəssislərini nəzərə aldıqda neçə faizi ortalama marketerdən tələb edilməli olan bacarıqlara sahibdir? Neçə şirkətdə marketerlər lazımsız və şişirdilmiş titrlərinin yox, marketinq işinin dərdindədir? Tərifli “Azercell”də belə “ciyərsiz” şöbə müdirləri var isə, banklarda milyonları idarə edən “yekə” departament direktorları bankının mövqeləndirməsindən xəbərsizdirsə...

Satışın önəmli, ictimai rəyin mənasız olduğu bir cəmiyətdə satışı motivə edən şəxslər səriştəsizliyi ilə postunda qala bilirsə deməli PR-çılardan da çox şey tələb edilmir. Tələb olmayan yerdə də təklif çətin ki, olsun. Təbii ki, vəziyət bu qədər ümidsiz deyil. Azərbaycanda işindən xəbəri olan PR-çılar da var. Amması ilə bərabər...

Deməli Azərbaycanda PR-çıdan orkestr olmağı tələb edən yoxdur. Müşahidələrimdən bilirəm ki, 1-2 istisna şirkət xaric olmaqla əksərən PR-çıya sifarişli xəbər yaza biləcək inşa qabiliyyəti, jurnalistləri “sındıra biləcək” xarizma, tədbirlərdə ona buna göstəriş verə biləcək liderlik bacarığı yetərlidir. Amma bunları edərkən peşəkar görünməsi heç kimi maraqlandırmır.

Daha ciddi PR vəzifələrində isə sadəcə ünisiyyətcil olmaq və əlaqəni davam etdirməli olduğu şəxsləri msn, gtalk, facebook dost siyahısına əlavə etməsi yetərlidir. Bu aralar isə “qlamur axını” dolayısıyla “kəndçi” imici verməmək vacib məqama çevrilib. Heç kim onlardan Cutlip, Center, Broom vəya James Grunig-i tanımağı tələb etmir, Berneysin PR taktikaları ilə ictimai rəyi yönləndirməsini gözləmir...

P.S. PR hazırda şirkət strukturu daxilində marketinqin bir parçası olaraq qəbul edilsə də, elmləşmə və ixtisas kimi qəbul baxımından marketinqdən belə köhnədir. 

Baxılıb: 5890

Şərhlər(16)

Şərhlər (16)

Rafiq Hunaltay Rafiq Hunaltay
Nigar xanim, ele en yaxshi cavabi Vusal bey verdi mence. Uzun soze ne hacet :)

Satish ve ya her hansi satishin artirilmasina yonelik kampaniyanin neticesni PR-cidan sorushmurlar, birbasha o kampaniyani marketinq menecerler dushunur ve heyata kecirirler.

PR menecerler ise sadecemarketinq adlanan bu qatarda olan lokomotivlerden biridir.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Söhbət haralara gedib çıxıb? :)
Marketinq və PR münasibətinə marketer baxışı üzərində müzakirə yüz faiz çox dərinlərə gedəcək. Amma PRçıların nöqteyi nəzərindən da baxa bilmək lazımdır.

Sadəcə bundan əminəm. Bu mövzuda bənzətmə, intuisiya, kitablar, mövqelər yox (1) praktikada yayılmış örnəklər, (2) elmi metod müəyyənedici mövqe ola bilər. Qalanı isə subyektiv fikirdir.

Sevinc xanım sizinlə tam razıyam. PR-çının əslində - yəni dünyanın inkişaf etmiş bazarlarında sahib olduğu bacarıq və xüsusiyətlər örnək alınmalı və tədris edilməlidir. Amma bu tədrisi verərkən, tələbələrin Azərbaycan bazarı üçün yetişdirildiyi nəzərə alınmalıdır. Çünkü reallıq xəyaldan çox uzaqdır.

Təbii ki, PRçıya PR peşəsi mənim yazdıqlarım kimi aşılansa ixtisas uzun illər inkişaf etməz. Bir marketinq academician olaraq gözəl və məqbul olanı təbliğ etməliyəm və edirəm.
Sevinc Aliyeva Sevinc Aliyeva
Vusal, yaziniz bizim realligi tam eks edir ve bir cox megamlarla tam raziyam. Amma.... Azərbaycanda PR-çıdan orkestr olmağı tələb edən yoxdur fikrini elimizde bayrag elesek onda her sey ele oldugu kimi de galacag.Problem ele bundnair.Eger biz bu gun her bir sheyde ireli, inkishafa dogru gedirikse, neye gore bizim milli Pr-ci da oz uzerinde islemesin? Neye gore o da butun dunyada gebul olunan standatrlarin hec olmazsa 60-70% yaxinlasmasin? Yani eleb olunmur ve ya u hec kesi maraglandirmir kimi argumentler mence delil olmamalidir.Bu ilk novbede ferdi meseledir, insan bu sahenin pesakari olmag isteyirse mehz orkestr-insan standartina yaxinlashmaga hec olmazsa cehd etmelidir.Eks tegdirde hansi progressden sohbet gede biler?
Azerbrand Azerbrand
Yoo, belə istiqamətdə getməyin yeri yoxdur, gedib uzağa çıxacağıq. Onda deməliyik PR=Agitasiya=Propaqanda, bunlar da satır da: ideologiya, həyat tərzi və sair.

Yox, gəlin Aristoteli də qoyaq qırağa, qayıdaq Biznes sahəsinə, Vüsalın tərifinə.
aflatunus aflatunus
Ok. PR Commercial Tool ola biler. Ancaq nece ki, Commercial Tool beraberdir PR deyilse, elece de PR (tekce) beraberdir Commercial Tool deyil.
Meselen könüllü qurumlarda PR-ı götürün. Ya da dövlet qurumlarında PR. Greenpeace-in PR aksiyalarını Commercial maraqlarla izah ede bilmezsiz.
Commercial sözünü misuse elemek fikrim yoxdur, ancaq her halda retorik gedişle bele fealiyetlerin de bir növ 'satmaq' olduğunu demeye çalışsanız marketing sözünün terifini size xatırladaram. :)
Azerbrand Azerbrand
Aristotelin ilk səhifəsindən başımı ağrıdan bir kitabı var - Аналитики, первая и вторая. Bir iki sözü amma xoşuma gəldi. Məsələn, А есть Б, а Б не есть А.

Y'əni Marketing - Commercial Tool-dur.

PR - Commercial Tool-dur (və ya ola bilər).

Yəni Marketng-in Commercial Tool olması vacibdir. PR isə ola da bilər olmaya da, baxır istifadə sahəsinə və məqsədə.

Bundan əlavə, Marketinq - daha geniş sahədir. PR - Marketinq ələtidir, Marketinq isə PR aləti deyil.

В общем, сон это несон, а несон это сон. :)
nigar nigar
Məni düzgün başa düşməyinizi xahiş edirəm.Mən heç də kiminsə smetanına turş demirəm.Sadəcə nəzər-nöqteyim belədir.Əgər sizinki fərqlidirsə,buyurun,deyin,öyrədin.
nigar nigar
Ucundan tutub ucuzluğa getmək istəmirəm.Sadəcə bir şey deyim.Marketinq də,PR da insanlara müəyyən dəyərləri çatdırmaq üçün əvvəlcədən planlaşdırılan və həyata keçirilən müəyyən manipulyasiyalardır.Sadəcə PR-da sosial psixologiya və sosiloji amillər,marketinqdə isə iqtisadi amillər daha qabarıq və təkanverici qüvvə olur.
Yəni ki,bədii kitab PR-dir,amma elmi kitab marketinqdir.Lakin bu faktdır ki,onların ikisi də kitabdır:)))Hər bir bədii kitabdan da nəsə götürüldüyü və nəsə öyrənildiyi üçün mahiyyət etibarilə o da elmi kitabdır)Lakin bir az forması fərqli.Yenə də təkrar edirəm,marketinq və PR formaca fərqli,amma mahiyyətcə eyni şeydir.
mak mak
Nigar xanım, bəlkə sizin bildiyiniz fərqli məsələlər var, deyin biz də agah olaq. belə radikal çıxışı əsaslandırmaq lazımdır.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
nigar, yaxa kənara çəkməklə aidiyəti yoxdur. İstifadə edəcəyiniz cümlələr heç də bilmədiyini etiraf edən adamdan gəlmirdi. Deməli bilmirsizsə danışanda Mən onsuz da bilirəm ədasından uzaq olmaq lazımdır.

PRçı ilə marketoloqun fərqini burada uzun uzadı yazmaq çətindir, hətta düz deyil. Çünkü mövzuya aidiyatı yoxdu. O ayrı bir yazı mövzusudur.

Sadəcə bu qədərini deyim ki PR işi tanıtım və kommunikasiya ilə əlaqədardır. Bu işin nəticəsi və geri dönüşü tanınma və imicdir. Marketinq isə daha kompleksdir və son məqsəd satışdır. Təbii olaraq da bu peşələrin sahiblərinin uğurlu işinin nəticələri bir birindən fərqlidir.

PRın marketinqə aid hissəsi sadəcə şirkət daxilindəki PR departamentinin Marketinq departamentinə tabeliyi ilə bağlı ola bilər ki, bu da vəziyətdən vəziyətə dəyişən bir məqamdır. Yenə də, şirkət daxilində belə heç kəs PRçının performansını satış və kar kimi faktorlar ilə müəyyən edə bilməz.

Mən təşəkkür edirəm Rafiq Hünaltay!
nigar nigar
Rafiq bəy,mən cahiləm,siz öyrədin! Vüsal Qəmbərov yaxasını bir tərəfə çəkdi,özü bilər...Siz deyin.
Bilməyənlərə yaxud bilməyib özünü bilən kimi göstərənlərə sözüm: Hər bir şeyin forma və məzmunu olur.Marketinq və PR formaca fərqli olsalar da,məzmunca eyni şeydir.
Rafiq Hunaltay Rafiq Hunaltay
Gözəl yazı üçün Vüsal bəyə dərin təşəkkür...

Sevinc xanımı isə çox müzakirə etmişik deyə bir söz əlavə etmək özü əlavə olar.

Amma mən hər dəfə Azərbaycanda marketinq inkişaf edir demək istərkən məyus oluram. Necə ki, indi məyus oldum - Nigar xanım marketinq və pr eyni şeydir deyərkən !!!
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Məsnədsiz şəkildə bu qədər əmin olmasanız və kim nə deyir desin yəni
ə desəz dinləmərəm ifadəsi olmasa fərqlərini izah edərdim. Ehtiyac və fayda görmürəm

Öyrənmək istəsəz başa düşəcəksiz ki, fərqi çoxdu.
nigar nigar
cənab Qəmbərov,marketoloqla PR mütəxəssisinin bəyəm fərqi nədir ki?Kim nə deyir desin,bir qəpiyin iki üzünə oxşayır.Üzün hansı tərəfdə olmasından asılı olmayaraq,qəpik elə qəpikdir))
Məncə ikisi də eyni şeydir.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Sən sağ ol Makla!

Səni PRçıdan çox marketinq mütəxəssisi sinfində görürəm. Amma PR işində belə adını PRçı qoyanlara yaxşı misal olacağına inanıram.

Reallıq tale deyil. Azərbaycanda da bu işlərin qaydaya düşən vaxtı olacaq.
Makla Makla
Səhər oxumuşdum yazmaq alınmamışdı.

Sağol Vüsal faydalı yazı idi həm də necə deyərlər bir PRçı kimi demək istəyib dilimə gətirmədiyim hər bir reallıq yer alıbdır sağol.