Sosial şəbəkələrdə yayımla

Mən kiməm? Şəxsi Markanızı formalaşdırın!

Markalaşdırma təkcə şirkət və məhsullar üçün deyil. Markalaşdırma həm də insanlar üçündür! Yeni minillikdə hər şey markadır. Bu gün şəxsi markalaşdırma peşəkar müvəffəqiyyət üçün əhəmiyyətlidir. Bu sizi taylarınızdan, kolleqlərinizdən və rəqiblərinizdən ayırır və müvəffəqiyyətinizi genişləndirmək üçün sizə imkan yaradır.

 

 

Müvəffəqiyyətli şəxsi markalaşdırmaya gedən yolda 3 addım bunlardır:

Markanızı axtarıb tapın.
Markanın mənasını verin. Şəxsi marka ehtiyaclarınız məqsədlərinizlə bağlı olmalıdır. Bir az vaxt sərf edərək düşünün ki, siz gələcəkdə həyatınızın necə olmasını istəyərdiniz. Özünüzü tanıyın. Müvəffəqiyyətli marka inandırıcı olandır. Rəqiblərinizi tanıyın. Siz əgər kimlərin arasında durduğunuzu bilmirsinizsə, necə seçilə bilərsiniz? Kiminlə yarışırsınız? Hədəfinizi bilin. Müvəffəqiyyətli olmaq üçün şəxsi markanın olması kifayət deyil. Siz bunu düzgün adamlara çatdırmalısınız. Müvvəffəqiyyətli markanın açarı mərkəzə cəmlənmədir.

Özünüzü ifadə edin.
Markanızın mahiyyətini izah edin. Markanızın atributlarını sadalayın, marka ifadəsini formalaşdırın. Bu sizə markanızı təqdim etmək üçün plan hazırlayanda kömək edəcək. Elə ki özünüzü, rəqiblərinizi və hədəfinizi tanıdınız, siz auditoriyanıza daha effektiv şəkildə yol tapa bilən əlaqələndirmə alətlərinin ideal kombinasiyasını müəyyən edə biləcəksiniz. Marka ilə etdiyiniz hər şeyi qeyd edin. Təqdimat keçirərkən, iclasda iştirak edərkən, hesabat yazarkən, siz heç vaxt markanızı yaddan çıxarmamalısınız.

Qiymətləndirin və təkmilləşin.
Təkmilləşin. Hədəf kütlələrinə uyğun qalmaq üçün bütün güclü markalar vaxt keçdikcə təkmilləşir. Bu sizin öz markanız haqqında məlumatlandırma yollarının şəklini dəyişdirə bilər. (çap olunmuş CV-dən kompakt diskdə olan CV-yə keçid). Bu karyeranız böyüdükcə marka atributlarınızın da artması mənasını verə bilər. Hansı kursu götürürsünüzsə çalışın ki, marka atributlarınız çoxalsın, fərqlənsin və uyğun olsun.

Yadda saxlayın ki, adınız markanızdır.
Adlar lazımı hörmət və ehtiramla düzgün işlədilən zaman bu sadə hərəkət dostlar qazandırır və elə bir dərəcədə insanlara təsir göstərir ki, ümumiyyətlə satışın və gəlirin artmasıyla nəticənir- beləliklə bu rahat üsuldan istifadə etməyi öyrənin.

Mənbə: Era Araşdırmalar Mərkəzi

Baxılıb: 4938

Şərhlər