Sosial şəbəkələrdə yayımla

Mobile-Mania

Mobil telefon, mobil kompüter, mobil TV, mobil internet, mobil həyat… 

 
Kompüterlər və mobil telefonlar ilk dəfə yarananda çox böyük və ağır idilər. Sonra getdikcə kiçilməyə və yüngülləşməyə başladılar. Amma mobil telefonlar kompüterlərdən fərqli olaraq başqa trendlər göstərir. İndi mobil telefonlar böyüməyə başlayır, maraqlısı da budur ki, artıq insanlar bir mobil telefonla həm kompüteri, həm TV-ni, radionu və kameraları əvəz edirlər. Əvvəllər mobil telefon sadəcə “yes” və “no” üçün idi, amma indi hər şey onda cəmlənib.  
 
Bugün heç də sizə texnikanın inkişafından danışmaq istəmirəm, bunu hamı bilir. "Mobilemania" mövzusunda diqqətimi çəkən araşdırma ilə məhsul innovasiyası arasında olan əlaqədir. Bizim bazarda isə hələ də araşdırmaya sadəcə statistika və ya fikirlərin öyrənilməsi çərçivəsində baxıldığı üçün bu mövzunu seçdim. 
 
Həyat tərzi, etnoqrafiya, ehtiyaclar və ya semiotika hələ də tam olaraq istifadə olunmur.  Həyat tərzi dedikdə isə sadəcə insanların harda yeyib-içdikləri, hansı jurnalları oxuduqları və ya harda gəzdikləri demək deyil.  Onların ehtiyacları, arzuları, özlərinə və ətrafda baş verənlərə münasibəti, davranışları, həyatdan gözlədikləri və onların şüuraltında nələr baş verdiyini bilmək həyat tərzi araşdırmasının bir hissəsi olmalıdır.
 
İnsanlar gün ərzində etdiklərinin 90%-i şüuraltı tərəfindən idarə olunur, bura həmçinin alış-veriş, yemək və sair də aiddir. Bilirsiz niyə su keçirməyən (waterproof) mobil telefonlar ölçüsünə görə ən böyükləri Yaponiyada satılır? Çünki yaponlar vanna qəbul edərək televizora baxmağı sevirlər və mobil telefon onlar üçün vanna qəbul edərkən həm də TV rolunu oynayır. Sizcə bunu adi anketlə qapını döyüb kimdənsə soruşsayqdıq deyərdi ki, mən vanna otağında TV-yə baxmağı sevirəm? Əmin olun ki deməzdilər. Müştərilərə də həmişə məsləhətim olur ki, artıq araşdırmanın ənənəvi çərçivələrindən çıxmaq lazımdır. Bir çox məlumatlar adi anketlə toplana bilməz, buna bəzən sadəcə müşahidə və ya etnoqrafik araşdırma da kömək olur.
 
Bugün dünyada 3.5 mlrd mobil telefon istifadəçisi və 1.2 mlrd internetə qoşulmuş kompüter istifadəçisi var. Son vaxtlarda artıq mobil telefonlar kompüterlərlə rəqabətə başlayıb çünki mobil telefon həmişə yanındadır, həmişə yanır, hər yerə daşıya bilirsən. Amma kompüter həmişə yanılı olmur, misal üçün avtobusda gedəndə və ya parkda oturanda koməyə mobil telefon gəlir. Araşdırmaya görə Twitter-də yazılan statusların böyük hissəsi mobil telefondan yazılır. Elə Facebook da ondan geri qalmır. Artıq insanlar heç qəzet və ya jurnal da oxumur; Maykl Jeksonun ölüm xəbərini ən birinci Twitter-dəkilər bilmişdilər. Bunu isə daha operativ mobil telefonla etmək mümkündür, səhər tezdən duran kimi ilk baxdığımız şey telefondur və gecə yatarkən də son baxdığımız şey odur. Yaponiyalı tələbələrin çoxu artıq ev tapşırıqlarını hətta diplom işini mobil telefonda proqramlarda yazıb elə ordan da internetə qoşularaq göndərirlər. Elə buna görə də mobil telefonlar getdikcə böyüyürlər və bütün bu dəyişikliklərdən birinci istifadə etməli olan mobil operatorlardır. Araşdırma göstərir ki, mobil siqnallar Vietnamda və ya Cənubi Afrikada daha yaxşı tutur nəinki Nyu Yorkda. Elə Bakıda şəhərin mərkəzində bizim ofisdə də mobil siqnalları zəifdir, nəinki digər şəhərdə. Və mobil telefonla SMS göndərmək Asiya və Avropa ölkələrində 1997-ci ildən kütləviləşdiyi halda bu ABŞ-da 2008-ci ildən başladı. Yəqin amerikalılar SMS yazmağı sevmirdilər və maliyyə krizisi başlayandan sonra qənaət etmək üçün SMS yazmaq məcburiyyətində idilər.
Ok, bəs Azərbaycan? Dünyanın artıq 4G-ə keçməsinə baxmayaraq, bizim üç operatordan ikisi 3G təklif edir və üçüncüsü də qoşulmaq üzrədir. Bundan əlavə, bizdə mobil internet deyilən anlayış hələ təzə yaranmağa başlayır. Görəsən nə vaxt bizim mobil internetimizin surəti də elə yüksək olacaq ki yaponiyalı tələbələr kimi diplom işini əlavə edib göndərək? Maraqlıdır ki, digər ölkələrdə innovativ araşdırmalardan istifadə edənlərdən birincilər mobil operatorlar olur, amma bizim ölkədə standart müştəri məmnuniyyət, brend ekuiti, brand imic, reklam tanınması, churn  və sair kimi ənənəvi araşdırmalardan başqasını etmirlər ki, biri digərindən fərqli məhsul təklif edə bilsin. Niyə bizdə mobil bankçılıq geniş yayılmadı? Çünki adi bankçılıq vərdişləri hələ tam yaranmıyıb, nəinki mobil bank olsun. Həmçinin, mobil bankçılıq başlayanda insanlar üçün mobil telefon hələ də sadəcə telefon rolunu oynayırdı. Amma ən uğurlu marketoloq bazarda ehtiyac yaradandır, ehtiyacları ödəyən yox – yadımda deyil bu ifadəni kim deyib, amma yaxşı deyib :). Mobil maniyanı telefon istehsalçılarından başqa operatorlar tərəfindən də yaratmaq olar. İnsanların ehtiyacları o qədər böyükdür ki, bazarda hamı üçün nəsə etmək olar. Azərbaycanda mobil telefon penetrasiyası təqribən 65%-dir, amma Sinqapurda 90%, Tayvanda 90%, Xorvatiyada 95%, Slovakiyada 95% -dir. Azərbaycan mobil telefon penetrasiyasına görə bir çox inkişaf etməkdə olan ölkələrdən geri qalır. İndiki siyasətinə görə mobil operatorlar yalnız birbirilərindən müştəri “oğurlamaq”-dır, baxmayaraq ki, tamamilə mobil telefon istifadə etməyənlər üçün təklif olunmalı çox şey var, misal üçün kənd yerlərinə penetrasiyanı artırmaq və ya digər rayonlarda yeni mobil vərdişlər yaratmaq olar. Çünki Bakı və digər böyük şəhərlərdən kənarda yaşayan insanların mobil telefon vərdişləri paytaxtdakılardan kəskin fərqlənir. 
 
Young & Rubicamın dediyinə görə 90-cı illərdə internet bumu zamanı bir çox şirkətlər istehlakçı ehtiyacları haqda unudub işlərini sadəcə biznes modelləri üzərində qurmağa başladılar. Bütün maliyyəçilər, məsləhətçilər kəmiyyət göstəriciləri olan Excel formatında biznes planlarla işləməyə üstünlük verdilər və daha kompleks olan insan ehtiyaclarının psixologiyası haqda heç düşünmədilər. 2000-ci illərdə bu şirkətlərin çoxu iflasa uğradı. Ona görə də deyirlər ki “Biznes modellərinin olması gözəldir, lakin isthlakçı ehtiyaclarını ödəyə bilmirsinizsə biznesiniz qabağa getməyəcək”. 
 
İndi eyni səhvləri bizim də şirkətlər edir, bir çoxları satışlara əsaslanaraq gələn ilin planını qurur, və ya iki il əvvəl etdiklər araşdırmaya əsasən daha beş il işləyirlər. Yenə də ümid edirəm ki tezliklə araşdırma nəticələri ilə işləmə vərdişləri yaranar. 

Baxılıb: 4775

Şərhlər(9)

Şərhlər (9)

M.R.researcher M.R.researcher
Mak, resmi statistikalara inanma ). 100% o demekdir ki yeni dogulmushlar da telefondan istifade edir, gulmelidir. Onlar subscriberlerin sayina esasen hesablayirlar, bir adam bir nece mobile operatoruna subscribe olunursa bu bir nece nefer hesablandigi ucun bele faiz gosterilir. Bu ise penetration deyil. Penetration hesablanarken bir adam bir nece operatordan istifade edirse o bir istifadeci kimi goturulur.
SHaig SHaig
@Vuqar Aliyarov
3G-ə hazır olduğunu mən də bilirəm. Hazır olmağı o demək deyil ki, Azercell bunu təklif edə bilir müştəriyə. Hal hazırda edge təklif edir.
M.R.researcher M.R.researcher
Mak, mene de ele gelirdiki 95%-dir, amma reqemler ferqli shey gosteriir :)2009-cu il TGI neticelerine gore 60% idi, bu il ise 65%. ama 85% olmasi real deyil, ehalinin teqriben 20%-ni 0-14 yashli ehali teshkil edir ki bunlarin da arasinda mobil telefon istifadesi cox deyil, bunun da uzerine teqriben 7% 65 yashdan yuxari insanlari gelsek, ve teqriben de 9% ehali corek almaga cetinlkikle pul tapir, penetrasiyanin 80% olmasi cetin meseledi.
Mr.Khalilov Mr.Khalilov
Yegin senin mu meqaleni yazmagiva esas ilham menbeyin menim telefonla fcba girmeyim olub;)mene de ele gelir ki 65 faizden coxdu..
mak mak
penetrasiya ilə əlaqəli sualım var, 65% hardan götürülüb. mən bildiyimə görə 85%-dir.
SHaig SHaig
@M.R.researcher
Fikrimcə müşahidəçi olmaq üçün də üzv olmaq daha əlverişli olardı :).
M.R.researcher M.R.researcher
Cox sagol, Shaiq. Twittere gelince orda hele ki mushahideciyem, daha six istifade ucun vaxt catmir. Bu social shebekeler adamin vaxtini cox alir, amma onsuz da olmur :)
SHaig SHaig
Maraqlı fikirlərdir. Bir şey diqqətimi çəkdi. Dünyanın artıq 4G-ə keçməsinə baxmayaraq, bizim üç operatordan ikisi 3G təklif edir və üçüncüsü də qoşulmaq üzrədir. Bizdə hələki operatorlardan təkcə Azerfon 3G təklif edir. O da 3G-ni vermir sadəcə təklif edir. Göstərir amma vermir.
Bakcell isə 3.5G olaraq Modemini reklam edir. Yəni modem 3.5G-ni dəstəkləyir ancaq O da vermir. Göstərir amma vermir. Hətta bu yaxınlarda Türkiyədən bsosial media üzrə bir mütəxəssis gəlmişdi. Onunla söhbət zamanı Sizdə Bakcell 3.5G təklif edir, reklamlarını gördüm dedi. Məndə xəcalət çəkdim. Olmayan bir şeyi yalandan verirlər.
Azercell isə EDGE təklif edir. Mən arada istifadə edirəm. YouTube-a filan telefondan baxmaq olur. Düzdür çox rahat olmur amma yoxa lənət.
Müəllif Twitterin adını yazısında çəkib, maraqlıdır bəs özü və ətrafı bundan istifadə edirmi :) ?.
Mobil cihazlardan söz düşmüşkən Foursquare -də unutmasaq yaxşıdır. Location based servislərdən ən yayılmışıdır və Amerikada mobil marketingdə çox istifadə edilən bir servisdir.