Sosial şəbəkələrdə yayımla

Moonlight filminin oyunçuları Calvin Klein kampaniyasında

89-cu Akademiya Mükafatlarında yaşanan bəxtsizlik yəqin ki, hər kəsə məlumdur. Ən yaxşı film nominasiyasında Oscar, səhnədə anons edilənin əksinə La La Land-ın deyil, Moonlight-ın oldu. Günlərdir ən çox müzakirə olunan mövzulardan biri məhz bu idi. Lakin buludlar yavaş-yavaş dağılmağa başlayır. 
Filmin kişi oyunçuları Calvin Klein-ın yeni alt geyim kampaniyasının siması oldular. Əslində filmin 3 aktyoru - Trevante Rhodes, Alex Hibbert və Ashton Sanders bazar günü iştirak etdikləri gecədə Raf Simons for Calvin Klein imzalı kostyumlar geyinmişdilər, lakin yeni kampaniyada yer alacaqları barədə rəsmi bir məlumat verilməmişdi. 
 
 
 
 
 
 
 

Baxılıb: 487

Şərhlər