Sosial şəbəkələrdə yayımla

Moskvada dünyanın ən böyük milyonçular yarmarkası keçirilib.

Artıq ənənə halı almış yarmarkada bu dəfədə dəyərli və nadir əşyalar sərgilənib. Almazla bəzədilmiş “Mercedes-Benz” avtomobili isə tamaşaçıların daha çox marağına səbəb olub. Moskvada üçüncü dəfədir təşkil olunan milyonçular yarmarkasında rusiyalı oliqarxlar iştirak edib.
Hər bir kəsin almağa gücü yetməyəcək dəyərli əşyalar Moskvadakı “Krokus-Ekspo” sərgi mərkəzində sərgilənib . Sərginin təşkilatçılarının əsas məqsədi sürətlə çoxalan Rusiyanın varlı təbəqəsinin diqqətini cəlb etməkdir. Sərgidə 45 min nəfərin iştirakını gözləyir. Ötən il bu göstərici 38.5 min olmuşdu. Milyonçular sərgisində ümumilikdə 250 xarici və rus şirkəti öz əşya və xidmətlərini nümayiş etdirirlər. Burda avtomobillər, vertolyotlar, yaxtalar, saatlar, zərgərlik əşyaları, moda, içkilər diqqəti daha çox cəlb edir. Ən maraqla qarşılanan isə yeni model “Lexus” avtomobili və almazla bəzədilmiş “Mercedes-Benz” avtomobilləri olub. Lüks sərgidən ləzzət aldıqlarını deyən rusiyalı milyonçular daha çox qeyri-adi və nadir əşyalarla maraqlandıqlarını söyləyirlər. Müxtəlif təbəqədən olan iştirakçılar arasında məşhur Holland futbolçusu Rud Qullit də olub. Sərginin biletləri isə 1000 rubla satılıb. Qeyd edək ki, son zamanlar Rusiyada milyonçuların sayının artması avropalıların diqqətini cəlb edir. Hazırda Rusiyada 33 milyarder və 90 min milyonçu var. Moskvada yaşayan varlı şəxslər isə Nyu-Yorkdan daha çoxdur.

Baxılıb: 4780

Şərhlər