Sosial şəbəkələrdə yayımla

MOSKVADA KEÇIRILƏCƏK CISCO EXPO-2007 KONFRANSININ PROQRAMI AÇIQLANDI

16-18 oktyabr tarixlərində Moskvanın “Radisson SAS Slavyanskaya” mehmanxanasında sayca səkkizinci olan və informasiya texnologiyalarına həsr olunmuş illik Cisco Expo konfransı keçiriləcək. Bu dəfə konfrans Cisco-nun insanların ünsiyyət, əlaqə və əməkdaşlıq tərzələrini dəyişən şəbəkə texnologiyaları sahəsindəki yeni işlənmələrinə həsr ediləcək.
Adət üzrə forumu Cisco-nun MDB ölkələri üzrə vitse-prezidenti Robert Eyci açıq elan edəcək. Daha sonra söz konfransın sponsor-şirkətlərinin nümayəndələrinə -  PANDUIT™ (qızıl sponsor), Emerson (gümüş sponsor) və AMT Group (bürünc sponsor) veriləcək. Onlardan sonra Cisco-nun şaquli satışlar şöbəsinin rəhbəri Mark Miller  “İnformasiya texnologiyaları və biz. Gələcəyə nəzər” mövzusunda çıxış edəcək.  Konfransın plenar hissəsini Cisco-nun mühəndislik sistemləri şöbəsinin rəhbəri Aksel Klauberq (Axel Clauberg) “Dünyanı dəyişən texnologiyalar” mövzulu məruzəsilə bitirəcək. Konfransın çoxsaylı iştirakçıları arasında bir sıra Azərbaycan şirkətləri də yer alacaq.
Cisco Expo-2007 tədbirinin sonrakı fəaliyyəti aşağıda göstərilən dörd texniki istiqamət üzrə davam edəcək:

•Marşrutlaşdırma və kommutasiya (Routing&Switching);
•Təhlükəsizlik (Security);
•Unifikasiya edilmiş texnologiyalar (Unified Communications);
•Verilənlərin emalı mərkəzləri (Data Centers).
Bundan əlavə, rabitə operatorları üçün nəzərdə tutulmuş həllər, simsiz şəbəkələrin qurulması texnologiyaları, optik həllər, Cisco-nun servis proqramları, şəbəkə infrastrukturun təşkili məsələləri və Cisco-nun maarifləndirici proqramları üzrə xüsusi sessiyalar təşkil ediləcək.

Baxılıb: 5407

Şərhlər