Sosial şəbəkələrdə yayımla

Moto həyəcan - ilk dəfə Azərbaycanda

Moto

Moto həyəcan 

 

Ölkəmizdə motosiklet idmanının geniş təbliğinə ehtiyac olduğunu nəzərə alaraq, “avtomobil.az” və Azərbaycan Motosiklet İdmanı Federasiyası birlikdə İyulun 6-da Milli Olimpiya Komitəsinin 15 illiyinə həsr olunmuş MOTO-ŞOU əyləncəli idman tədbiri təşkil edir. Əsas məqsədimiz motosiklet idmanını populyarlaşdırmaq, motosikleti bir nəqliyyat vasitəsi kimi təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında yaxından iştirak etməkdir. Bu tədbir motosiklet həvəskarları üçün bir bayram olacaq. Tədbir zamanı motobol oyunu təşkil olunacaq. Matçın fasiləsində peşəkar motosikletçilər müxtəlif tryuklar nümayiş etdirməklə bacarıqlarını göstərəcəklər. Həmçinin tədbiri maraqlı etmək üçün izləyənlər arasında müxtəlif əyləncəli konkurslar və test yürüşlər təşkil olunacaq. MOTO-ŞOU iyulun 6-da saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunun önündə keçiriləcək. Giriş pulsuzdur.

 

Baxılıb: 5191

Şərhlər