Sosial şəbəkələrdə yayımla

MS-Office paketinin Azərbaycan dilinə tərcüməsi başa çatır

Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin rəhbəri Elmir Vəlizadə bildirib ki, artıq tərcümə işinin çox hissəsi görülüb və bu iş razılaşma mərhələsindədir. E.Vəlizadənin sözlərinə görə, dövlət təşkilatları üçün bu paketdən istifadə məcburi olmayacaq: «Problem ondadır ki, Azərbaycan dilindən başqa heç bir dili bilməyən istifadəçi bu proqramdan istifadə edə bilmirdi. Bu işi başlayanda da əsas məqsəd kimi Azərbaycan dilli istifadəçilər üçün daha geniş imkanların yaradılması məsələsi olub. Ancaq indi kim hansı dili münasib bilirsə, o dildə də proqramdan istifadə edə biləcək». /APA-ECONOMICS

Baxılıb: 4691

Şərhlər