Sosial şəbəkələrdə yayımla

Müsahibə - Aleksey Suxenko

Aleksey Suxenko 1990-cı ildən etibarən Rusiya və MDB ölkələrində marketinq, reklam və PR fəaliyyəti ilə məşqul olur. B2B konsaltinq xidmətlərinin reklamı ilə işə başlayan Aleksey, sonralar öz biliklərini beynəlxalq biznes məktəblərində artırıb. Aleksey Suxenko təhsili və işi ilə əlaqədar uzun müddət Amerika və Böyük Britaniyada yaşayıb. ABŞ-da Manpower International şirkətində 2 il marketinq konsultantı və biznes treneri olaraq çalışıb. Sonralar isə Rusiyada böyük dünya reklam şirkətlərinin (Grey Advertising Worldwide, DDB, TBWA) nümayəndəliklərində çalışıb. 
Son 8 il ərzində Aleksey Suxenko Rusiya və Ukraynada böyük şirkətlərə marketinq məsləhət xidmətləri verib.  
2004-cü ildən Aleksey Suxenko 
Trout & Partners şirkətinin Moskva ofisinin rəhbəridir. Hal-hazırda bu ofis Rusiya və MDB ölkələrində stratejik marketinq məsləhəti xidmətləri təqdim edir.  

mak.az: Siz öz marketinq biliklərinizi reklam agentlikləri və məktəblərində inkişaf etdirmisiniz. Lakin Trout iddia edir ki, müasir biznes aləmində reklam öz mənasını itirir. Bu barədə nə deyə bilərsiniz və Siz Trout-un ideyalarını nə zamandan istifadə edirsiniz?

AS. Sondan başlayaraq cavablamaq istəyirəm, Troutun ideyalarından reklam şirkətlərində çalışmadan öncə bəhrələnmişəm, bu təxminən 1988-ci illər idi.
Qeyd etməliyəm ki, bu ideyalar mənim çox işimə yarayıblar. Lakin Trouta məxsus "positioning" "mövqeləndirmə" konseptini isə 2004-cü ildə Trout&Partners şirkəti ilə ortaq olduqdan sonra daha yaxşı anlamağa başladım. Qeyd etmək istəyirəm ki, Jack Trout reklamın reklam olduğuna görə deyil sadəcə "positioning and differentiation" "mövqeləndirmə və fərqləndirmə" anlayışlarının nəzərə alınmadığına görə  effektini itirməsi barədə fikir söyləyir. Reklamı "mövqeləndirməni" insanların beynində daha da yaxşı yerləşməsi üçün cəkic kimi istəfadə etmək lazımdır.

mak.az: Brendinq, marketinq kommunikasiyaları və mövqeləndirmə – hansı sizə daha doğmadır? 

AS. Mövqeləndirmə – əsas stratejik nöqtə. Brend daxili və xarici kommunikasiyalarda mövqeləndirməni inkişaf elətdirmək üçün çox güclü vasitədir. O səbəb bu üçü də mənə doğmadır.

mak.az: Siz məqalələr yazırsınız, seminarlar və treyninqlər təşkil edirsiniz. Sizcə marketinqi sadəcə müəllim və kitablarla öyrənmək kifayətdirmi?
AS. Heç nə kifayət deyil. Kitablar, seminarlar və təcrübə. Hamısı olmalıdır. 
 
mak.az: Sizcə böyük şirkətlər olan Grey, DDB, TBWA üçün işləməklə öz şirkətin üçün işləmək arasında hansı böyük fərq var?

AS. Reklam agentliklərində çalışmaq böyük bir təcrübədir. Bu sonralar müştərini daha rahat anlamaq üçün kömək edir. əsas fərq fəaliyyətin formatldır. Belə ki, reklam agentliyində müştərinin biznesinin stratejik dərinliyinə daxil olmaq şansı və vaxtı olmur. Bu mənfi bir hal deyil, sadəcə reklam agentliyi və stratejik konsaltinq agentliyinin fəaliyyət istiqamətləri fərqlidir.

mak.az: Uğurlu biznes layihəsinin rəhbəri olaraq,  cənab Suxenkonun şəxsi uğurlarının reytinqini öyrənmək istərdik. 3 ən uğurlu layihələrinizin adını qeyd edə bilərsinizmi? 

AS. Müştərilərimlə olan anlaşmaya əsasən mən bir çox uğurlu layihələrimin adını çəkə bilmirəm. Amma bir neçə nümunə qeyd edəsi olsaq, "1001Tour project" "place where proposals of the best world tour operators are allocated altogether", sonra Mega-F Company "clever defense of your car" və Ukraynanın yüksək texnoloji şirkəti üçün “specialist on time" nümunələrini qeyd edə bilərik. Adları qeyd olunan şirkətlər çox qısa müddətdə öz rəqiblərini arxada qoymuş və böyük nəticələr əldə ediblər. Ümid edirəm yaxın gələcəkdə biz daha çox nümunələr qeyd edə bilərik. 
 
mak.az: Bu suala biz səmimi cavab istəyirik :) Jack Trout marketinqdə öz radikal çıxış və yaxınlaşmalarına görə məhşurdur. Elə anlar olubmu ki, Siz onunla razılaşmamısınız?
AS. Mən Jack ilə onun bir fikrini söylədiyi zaman razılaşmıram. Jack iddia edir ki, insan ağlı çox məhduddur. Məncə bu belə deyil, biz axı hamımız bilirik ki, biz beynimizin cəmi bir neçə faizini istifadə edirik.

mak.az: Hansı "positioning" mövqeləndirmə nümunəsi sizin ən çox bəyəndiyinizdir? 

AS. Jack Trouta məxsus "Most American vodkas seem Russian. Stolychnaya is different: it is Russian." "Bütün Amerika vodkaları Rusiya vodkalarına oxşayır. Lakin Stoliçnaya fərqlidir, o əsl Rus vodkasıdır".

mak.az  Sizə çox ziddiyyətli bir sual verəcəyik. Sizin 2 günlük seminarınıza qatılmaqla Azeri Marketerlər nə

AS. Ziddiyyətli bir cavab. Onlar lazımsız kretivlik və kompleks həllərə qarşı soyuyacaqlar. ?n güclü və effektli hadisələr sadə olanlardır. Məhz buna görə onları anlamaq çətin olur.
Yaxşı suallardır, təşəkkür edirəm.

Müsahibənin ingilis dilində olan versiyası müsahibəyə əlavə edilib.

Baxılıb: 5138




Fayllar:

Aleksey Suxenko - Enlish version

Şərhlər