Sosial şəbəkələrdə yayımla

Müsahibə - Ceyhun İmanov

1. Özünüz haqda danışın.

24 yaşındayam. İşləyirəm, həmçinin dostlarım və işimdən azad vaxt tapanda çalışıram paralel olaraq oxuyum da.

2. Dizayn işində ilk addımlarınız haqda nə danışa bilərsiniz? Haralarda çalışmısız?

Hər şey özüm üçün kiçik tərtibatlar hazırlamağımdan – müxtəlif hitlərin kassetləri üçün üzlüklər, hansısa broşürlərdən başladı. Artıq öz dizaynlarımı, belə demək mümkünsə, tam başa çatmış hesab edəndə onları "Konika"da çap etdirdim. Orada foto-studiyanın işciləriylə yaxşı əlaqələrim yarandı və mənə foto-laborotoriyada işləməyi təklif etdilər. Bundan sonra, 1997-ci ildən başlayaraq mən "Baku Now", "İşıq", "Businessman", "Minimax", FS və "McCann Erickson" kimi çapevləri və agentliklərdə işlədim. Həryerdə dizayn işində olduğu kimi, insanlarla ünsiyyət qurmaqda da təcrübə topladım.

3. Öz adınızı brend etmək qərarına necə və nə vaxt gəldiniz?

Bir çox yerlərdə işlədikdən sonra "freelancer" ("azad rəssam") kimi çalışmağa qərar verdim. Getdikcə iş həcmi artmağa başladı. Artıq müştərilərin sifarişləri sadəcə dizaynla kifayətlənmirdi. Yekun nəticəni əldə etmək üçün çap işləri, istehsaldakı və s. həmkarlarımla işləməyə başladım. Agentliyin yaradılması sadəcə istər müştərilərlə, istərsə də həmkarlarla artıq işlək halda olan sistemin rəsmiləşdirilməsi oldu. Ad məsələsinə gəlincə, burda hər hansı bir xüsusi ideya yoxdu. Bildiyiniz kimi bu təcrübə çoxdan var. Fərqləndiyimiz yeganə məqam, studiyaya hərhansı bir əcnəbi yox, Azərbaycan adı qoymağa cəsarət etməyimiz idi.

4. JIS-in komandası barədə məlumat almaq istərdik.

Bizdən hər üç nəfərdən biri gitara çalandır
Komandamızı sadəcə Azərbaycanda yox, ümumilikdə ən yaxşılardan biri hesab edirəm. Öz işinin peşəkarı olan bu kollektiv, həm də mənim yaxın dostlarımdır. Onların çoxuyla studiyanın yarandığı gündən etibarən bir yerdəyik. Yeni gələnlər tez bir zamanda bu birlik və dostluq ab-havasına uyğunlaşdı. Studiya artıq bir evliliyi geridə qoyub, növbəti toya hazırlaşır və bu müddətdə əməkdaşlarımızın iki uşağı da olub. Komandamız haqda dayanmadan danışmaq olar, amma yaxşısı budur onları görəsən və eşidəsən.

5. Kadr sıxıntısı yaşayırsınızmı?

Bu ümumi problemdir. Biz daim istedadlı və əməksevər insanlar axtarırıq. Hazırda peşəkar işçilərimiz də var, bu peşəkarlığa studiyadakı fəaliyyəti ərzində yiyələnənlər də. Əsas odur ki, işə həvəsi olsun. Belələri bizdə daimilik göstərir və irəli gedir.

6. Azərbaycanda dizaynın səviyyəsi sizi nə dərəcədə qanə edir?

Dizaynın səviyyəsi bir çox məqamlardan asılıdır. Azərbaycan bazarında baş verənlərə gözümüzü yumub, deyə bilmərik ki, səviyyə aşağıdır. İstənilən halda dizayn işi Azərbaycan üçün yeni sənətdir. Amma inkişaf tempini və bəzi yerli tərtibatçıların işlərini nəzərə alsaq, düşünürəm ki, Azərbaycanda dizaynın çox böyük perspektivi var.

7. Sizcə yaxşı dizayner olmaq üçün rəssamlıq təhsili mütləqdirmi?

Əgər ali təhsili nəzərdə tutursuzsa, bunun alternativi böyük təcrübə ola bilər. Amma hər iki halda istedadsız nəsə etmək mümkün deyil.

8. Hansı brendlə işləmək istərdiniz?

Əslində məsələ brendlərdə deyil,onların ifadə etdiyi fikirdədi. Daha çox Azərbaycanı təmsil edən brendlərin səviyyəsini qaldırmaq istərdim. Beynəlxalq bazarda öz ölkəmi vizual olaraq fərqləndirməyi arzulayıram.

“BP Award‿ın təqdimatında
"BP award"ın təqdimatında

9. Hansı loqoya baxanda ürəyinizdən "bunu mən etməliydim!" sözləri keçir?

Belələri çoxdu. Nə qədər çox görürəm, o qədər çox istəyirəm. Bunlar əsasən sadəcə loqo deyil, bütövlükdə brenddir. Məsələn "Red", "Pathe!", "Havaianas", MTS. Sonuncuda loqotipin özü yox, daha çox verilən brendin ötürülməsi xoşuma gəlir. "Ölümsüzlər"dənsə "Austrian Airlines" (hələ belə yüngül və bütün dəqiqliyi, ciddiliyi ilə xeyirxah, eyni zamanda ölkəsini əks etdirən brend görməmişəm), BP, LG, "Apple", "France Telecom".

10. "BP design agency award" bildiyimiz qədər Azərbaycan dizaynının ilk böyük qələbəsidi. Bu haqda.

Təxminən bir il əvvəl dünyanın 50-yə yaxın agentliyinin toplandığı London BP Brend Mərkəzində akkreditasiyadan keçtik. Və keçmiş MDB ölkələri arasında bunu bacaran sadəcə biz olduq. Elə təxminən həmi vaxtlarda Azərbaycanda "quş qripi"nin ilk işartıları əmələ gəldi. Bizə BP işçilərini H5N1-in təhlükələri haqda bilgiləndirmək üçün ideya hazırlamaq tapşırıldı. İdeyamız sonradan göründüyü kimi yaxşı rəy və nəticə yaratdı, BP-də və başqa ölkələrdə də istifadə olunmağa başlandı. İlin yekunlarına əsasən "BP award"a layiq görüldük. Və BP-nin akkreditasiyalı partnyorları arasında üç ən yaxşı agentlikdən biri olduq. Qeyd edim ki, buna qədər həmin mükafatın bütün finalçıları ya Amerika, ya da Böyük Britaniyadan olmuşdu. Bu mükafatla çox fəxr edirik. Şadıq ki, digər agentliklərdən həmkarlarımız da həmçinin bizə və ümumilikdə ölkəmizə görə çox sevinirdi.

11. Gələcəklə bağlı planlarınızı öyrənmək maraqlı olardı?

Biz hər il kəmiyyətcə artırırıq. Amma əsas vəzifəmiz dəyişməz olaraq qalır: yeni idea və resurslarla xidmət səviyyəsini yüksəltmək, xidmətlərimiz üçün yeni bazarlar axtarmaq.

12. Geridə qalan zaman ərzində məqsədlərinizə nə dərəcədə nail olmusunuz?

Bir hədəfə çatdıqdan sonra, qarşımıza yenisini qoyuruq. Buna görə də nəyəsə nail olmağımızla bağlı hiss, yerini çox şeyə nail olmaqla əvəzləyir. Bəzən başa düşürük ki, dayanıb çatdığımız yeri dəyərləndirməliyik. Belədə bütün studiyayla başımızı götürüb harasa uzaqlara üz tuturuq...

Xaçapuri gözləyərkən (Gürcüstan, 2007)
Xaçapuri gözləyərkən (Gürcüstan, 2007)

13. Hansı konkurslarda iştirak etmək niyyətindəsiz?

Təəssüf ki, bu cür festival işlərimiz çox azdı. Bu da bazarın bir çox aspektləriylə bağlıdı. Bazarda qeyri-adi işlər üçün parlaq və qeyri-adi tələblər çatışmadığını görürük. Buna görə də, bəzən dizayn idealarımız üçün müştərini biz tapırıq, onlar bizi yox. Bəzənsə özümüz, ruhumuz üçün layihələrə məşğul oluruq. Nəticə gözləniləndən yaxşı olur. Məsələn, Caz Festivalda belə omuşdu. Biz sadəcə müxtəlif festivallarda iştirak edirik. Bu il DA&A və "Red Dot"da bəxtimizi sınayacağıq. Hamıya, eləcə də bizə uğurlar! Sağ olun!

Baxılıb: 8677

Şərhlər