Sosial şəbəkələrdə yayımla

Müsahibə - Talehə Əmrahzadə

1979-cu ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. ABŞ-ın Corcia Ştatı Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının birgə MBA proqramı üzrə təhsil alıb. İş fəaliyyətinə 2001-ci ildən başlayıb. 2003-cü ildən etibarən CATEL şirkətində işləyir. 2007-ci ildən həmin şirkətin Marketinq şöbəsinə rəhbərlik edir.


mak.az: CATEL Fonex brendini çıxarmağa nə üçün ehtiyac hissetdi? Ümumiyyətlə bu brendın ortaya çıxma prosesi barədə məlumat verəbilərsiniz?

T.Ə: Bildiyiniz kimi, CATEL ilk olaraq faəliyyətinə stasionar simsiz telefon şəbəkəsi quraraq başlamışdır. Bu şəbəkə üzərindən hazırda da sabit simsiz və simli rabitə xidmətləri göstərilir. FONEX brendinin təqdim olunması isə şirkətin CDMA2000 standartlı mobil rabitə xidmətinin göstərilməsinə yönəlmişdir. Brendin ortaya çıxma prosesinə gəldikdə isə, hər bir şirkətdə olduğu kimi, marketing mütəxəssislərimiz tərəfindən brand book hazırlandı və onun təqdimatı keçirildi. Brendin adı isə hamıya məlum olan sözlərin birləşməsidir.

mak.az: CDMA niş məhsuldur, yoxsa yeri GSM standartı tərəfindən tutulmuş olan kütləvi məhsul? Siz marketinq strategiyanızı hansı üzərində qurursunuz?

T.Ə: CDMA standartının niş bazarında mövqeləndirmək düzgün olmazdı, çünki dünyanın bir çox ölkələrində bu standart çoxsaylı istifadəçi kütləsinə sahibdir. CDMA standartının özününün niş bazarlarına çıxara bildiyi çox çeşiddə məhsulları var. O ki qaldı yerinin GSM tərəfindən tutulmasına, mən bunu belə hesab etmirəm, çünki dünyada 500 000 000 artıq CDMA abonenti var, bu da mobil rabitə istifadəçilərinin 20%-dən çoxunu təşkil edir. Biz marketinq strategiyamızı CDMA standartının rabitə bazarda yerini tutmuş bir məhsul olması konsepsiyası üzərində qurmuşuq.

mak.az: Kommunikasiyalarınızda nə üçün sadəcə ucuz qiymətə vurğu edirsiniz? Marketinq nöqteyi nəzərindən bu strateqiyanızı izah edəbilərsiniz mi?

T.Ə: Biz tarif siyasətimizdə ucuz deyil sərfəli qiymətə vurğu edirik. Bu həm potensial müştərilərin imkanlarından, həm də ümumiyyətlə bütün dünyada artıq CDMA standartında rabitənin sərfəli bir xidmət kimi yer tutmasından irəli gəlir.

mak.az: Müştəri xidmətləri sahəsində hansı işləri görürsünuz? CRM tətbiq edirsiniz mi? ƿgər edirsinizsə təcrübələrinizi bölüşməyinizi xahiş edirik.

T.Ə: Hər bir biznesin əsas məqsədi loyal müştəri əldə etməkdir. ƿlbətdə ki, CATEL də öz müştərilərini məmnunluğunu qazanmaq üçün onları keyfiyyətli və sərfəli xidmətlə təmin etməyə çalışır. Abonentlərimizə alınan xidmətlərdə asanlıq yaratmaq üçün Müştəri Xidmətləri Mərkəzləri və Call Center xidmət göstərir. Müştəri yönümlülüyümüzü və hər bir abonentimiz haqqında məlumatımızı artırmaq üçün CRM də tətbiq edirik, cünki abonentlərin loyallığını artırmaq üçün onları yaxşı öyrənmək və onlara diqqət göstərmək lazımdır. ƿlbətdə ki, CRM tətbiq etdikdə iqditasidi mənfəəti də nəzərə almaq vacibdir.

mak.az: Belə bir analogiya yürüdək. GSM - PC, CDMA - Apple. Yəni Apple kimi bahalı ancaq unikal məhsul strategiyası uğur qazanar mı? Bu GSM ilə rəqabət etməkdən daha düzgün deyil mi? 
 
T.Ə: ƿvvəl də qeyd etdiyim kimi, CDMA rabitə bazarında özünə artıq sərfəli bir məhsul kimi yer tutmuşdur və bir sıra əhalisi çox olan ölkələrdə məhz buna görə uğur qazanmışdır. Lakin rabitənin sərfəli olduğuna baxmayaraq, CDMA standartı üçün istehsal olunan telefonların qiyməti GSM standartında işləyən analoji telefonlardan bahadır. Odur ki, gətirdiyiniz analogiyanı düzgün hesab etmirəm.

mak.az: Ölkədə ən çox reklam və marketinq fəaliyyəti qabarıq görsənən sektor telekommunikasiya hesab olunur, sizcə bu nəyə görə belədir? rəqabətin sərtliyi, yaxşı marketinq kadrlarının daha çox bu sahədə toplanması yoxsa başqa səbəblər?
 
T.Ə: Ölkədə ən çox müştəri bazası olan, müştərilərlə sıx təmas saxlayan və daha çox müştəri qazanmaq iddiasında olan sektor da telekommunikasiya sektorudur. Hər bir yeni məhsulu əhaliyə çatdırmaq üçün mütləq kütləvi reklam vasitələrindən istifadə etmək məcburiyyətindəyik. Bu səbəbdən də telekommunikasiya sektorunun reklam və marketing fəaliyyəti daha çox nəzərə çarpır ki, bu fəaliyyətdə də yaxşı marketinq kadrlarının əməyini danmaq olmaz.

mak.az: Catel sözünün bütün CDMA standartlı rabitə xidmətlərinin adlandırılmasında istifadə olunması, sizcə bir marketinq uğuru sayıla bilərmi və bu sözün ümumi (generik) hal almasının törədəcəyi hansısa pis fəsadları gözlənilirmi?
 
T.Ə: Məncə biz bunu bir marketing uğuru hesab edə bilərik. Lakin bu ümumiləşdirmənin mənfi tərəfi ilə də biz artıq üzləşirik. CDMA standartında lisenziyası olmadan mobil rabitə xidmətləri göstərən şirkətlərin abonentləri xidmətdə bir çatışmazlıq olan kimi narazılıqlarını bizə bildirirlər. Eyni zamanda digər potensial abonentləri də öz şikayətləri ilə bizdən qaçırda bilərlər. 
 
mak.az: Gələcək planlarınız?

T.Ə: Planlarımız, yeni layihələrimiz çoxdur. Onları həyata keçirmək üçün vaxt tələb olunur. Yəqin ki, bu layihələr reallaşdıqda mak.az-la da bölüşəcəyik.

mak.az barədə fikirləriniz, iradlarınız, tövsiyyələriniz və arzularınız?

T.Ə: Gördüyünüz iş təqdirəlayiq və maraqlıdır. Xüsusən saytda yerləşdirilən məqalələri oxuyuram. F2F rubrikasına görə sizə ayrıca təşəkkürümü bildirirəm. Gələcək layihələrinizdə uğurlar arzulayıram!

Baxılıb: 6130

Şərhlər