Sosial şəbəkələrdə yayımla

Mətbuatda daim dəstək olduğu üçün Azərbaycan jurnalistlərindən "Azercell Telekom" BM-ə təşəkkür

Mərasimin açılışında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev mükafatın təsis edilməsindən sonrakı 10 il ərzində baş verən hadisələrdən söz açdı. O, tədbirin baş tutmasında sponsorların böyük rolu olduğunu da vurğuladı: “Jurnalistikada müsbət ənənələrin yaranması çox vacibdir. “Media açarı”nın 10-cu dəfə verilməsi onu göstərir ki, bu, artıq ənənəyə çevrilib. Mükafatın təqdimatının ənənəyə çevrilməsində ən böyük yardımı isə bizim sponsorumuz olan “Azercell” şirkəti edir”.

Arif Əliyev bu baxımdan “Azercell Telekom” BM-in həmişə jurnalistlərin yanında olduğunu, bu dəfə də “Media açarı”nın təqdimatına dəstək verdiyini vurğulayaraq şirkət rəhbərliyinə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, “Media açarı” təsis olunan gündən mükafatın təqdimatı məhz “Azercell”in sponsorluğu ilə keçirilir.

“Azercell Telekom” BM-in jurnalistlərə dəstək olmasını xüsusilə qeyd edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu köməyi sponsorluq yox, dost yardımı adlandırdi: “Həmişə “Azercell” jurnalistlərin yanında olub, onların peşəkar səviyyələrinin artırılması üçün çoxsaylı treninqlər təşkil edib, KİV rəhbərlərinin xarici səfərlərini maliyyələşdirib, bu tip tədbirlərə baş sponsor kimi köməklik göstərib”. Əflatun Amaşov üzərində “Azercell Telekom” BM-in baş müdiri A.Halim Ateşə təşəkkür sözləri yazılmış xüsusi lövhəni tədbir iştirakçıları adından şirkətin nümayəndəsinə təqdim etdi.

Xüsusi lövhənin üzərində “Azercell Telekom” BM-in ünvanına aşağıdakı səmimi və isti sözlər qeyd olunub: “Azərbaycan mətbuatı hazırda özünün çətin və şərəfli dövrlərindən birini yaşamaqdadır. Yeni tipli medianın formalaşdırılması, KİV-in bir sıra problemlərinin həlli bu məsələlərə həssas ictimai baxışı və dost yardımını zəruri edir. Fərəhli haldır ki, Azərbaycan mediasına yardımçı olanlar sırasında rəhbəri olduğunuz “Azercell Telekom” BM yüksək fəallığı ilə seçilir. Müəssisə respublikamızda fəaliyyətə başladığı gündən KİV-lə sıx əlaqələr yaratmağı, onun problemlərinin həllinə yardımçı olmağı özünün başlıca iş prinsiplərindən biri kimi ortaya qoyub. Azərbaycan Mətbuat Şurası bütün bunlara görə ölkənin çoxsaylı jurnalistləri adından Sizə təşəkkürünü bildirir, işinizdə və xeyirxah fəaliyyətinizdə uğurlar diləyir” Sonra “Media açarı” mükafatının növbəti təqdimatı oldu. Beş nominasiya üzrə üç yerin qaliblərinin adları müəyyən edilərək hər nominasiya üzrə birinci yerin qaliblərinə 300 AZN, ikinci yerə çıxanlara 200 AZN, üçüncü yeri tutanlara isə 100 AZN məbləğində pul mükafatı verildi. Qalib jurnalistlərə diplom və pul mükafatları ilə yanaşı, “Azercell”dən xüsusi hədiyyə dəstləri də təqdim olundu. “Azercell Telekom”un sponsorluğu ilə keçirilən bayram tədbiri daha sonra verilən ziyafətlə başa çatdı.

Jurnalistlərin peşəkarlıq baxımdan inkişafına yardım edən “Azercell” bu məqsədlə müxtəlif təlimlər də təşkil edir. Elə son iki ay ərzində şirkətin təşkilatçılığı ilə iki önəmli treninq baş tutub. İyunda Reuters Fondunun nümayəndələrinin jurnalistlərimiz üçün “Biznes Xəbərlərinin Yazılması” mövzusunda bir həftəlik treninqi, iyulda isə Amerikanın nüfuzlu media eksperti Debora Potterin jurnalistlər üçün «Biznes jurnalistikası» mövzusunda mühazirəsini təşkil edib.

Hazırda “Azercell”in jurnalistlər üçün elan etdiyi “Bizi Birləşdirən Dəyər” mövzusunda müsabiqə də davam edir. Fəaliyyət göstərdiyi illər ərzində “Azercell Telekom” medianın inkişafına yardım göstərən saysız-hesabsız layihələrin reallaşmasına kömək edib. Şirkət bundan sonra da bu fəaliyyətini davam etdirəcək və Azərbaycanda peşəkar jurnalistikanın inkişafına dəstək olacaq.

Azercell Telekom B.M. Mətbuat Xidməti

Baxılıb: 4667

Şərhlər