Sosial şəbəkələrdə yayımla

"Nar Mobile"ın reklam çarxı "Cannes Lions"da

"Cannes Lions Festivalı"nın "İnnovation" kateqoriyası bir il bundan əvvəl - 2013-cü ildə yaradılıb. 61 - cisi təşkil olunacaq Festivalın "İnnovation" kateqoriyasının "shortlist"i artıq ictimaiyyətə təqdim olunub. Siyahıda "Y&R Moscow" agentliyinin "Nar Mobile" mobil operatoru üçün işləyib hazırladığı reklam çarxı da yer alıb. 
Qeyd edək ki, "Nar Mobile" ölkədə mövcud olan çatışmayan qan donoru problemini həll etməkdə yardımçı rol oynamağa qərar vermişdir. Kampaniya çərçivəsində bir telefondan digərinə enerji ötürmək üçün "Nar Donor" məhsulu işlənib hazırlanmışdır. Nəticədə kampaniya Azərbaycan əhalisinin 10%-ni əhatə etmiş, toplanılan donor qanın miqdarı 335% artmışdır.
 

Baxılıb: 2185

Şərhlər(2)

Şərhlər (2)

Ilham Ilham
Sevindirici haldir
aflatunus aflatunus
Gözel teşebbüsdür.