Sosial şəbəkələrdə yayımla

Nar Mobile–dan dəqiqəsi 0 qəpik qiymətinə 24 saat məhdudiyyətsiz zənglər!

1 Dekabr 2007-ci il tarixindən etibarən Nar Mobile abunəçiləri gün ərzində 24 saat pulsuz şəbəkədaxili zənglər etmək imkanından yararlana biləcəklər.

“24” xidməti gün ərzində daha çox zəng etmək istəyən abunəçilərin istəklərinin maksimum ödənilməsi məqsədiylə yaradılıb. Xidmətin aktivləşdirilməsinin asan və çevik olması Sizə büdcənizlə bərabər vaxtınıza da qənaət etməyinizə yardım edəcəkdir.

“24” xİdmətini aktivləşdirərək dəqiqəsi 0 qəpik qiymətinə 24 saat danışıq əldə etmək üçün sadəcə olaraq telefonda *777#24#OK şifrəsini yığmaq və ya 777 nömrəsinə +24 yazaraq SMS göndərmək kifayətdir.

Xidmətin müvəffəqiyyətli aktivizasiyasından sonra abunəçiyə bildiriş mesajı çatdırılacaqdır. 24 saat ərzində danışıq limitsiz sayda şəbəkədaxili zənglər etmək imkanını yaradan “24” xidmətinin istifadə haqqı cəmi 1 AZN (ƏDV daxil) təşkil edir.

“24” xidmətindən “Rəngarəng Zövqlər” (Rejim 1/ Rejim 2) , “Məqsədə Doğru” və “Xoş Xəbər” tarif planlarının bütün abunəçiləri istifadə edə bilərlər. 24 Xidmətini 1 Dekabr 2007-ci il tarixindən 31 Yanvar 2008-ci il tarixinədək istənilən qədər aktivləşdirmək mümkündür .


 

Baxılıb: 15977

Şərhlər