Sosial şəbəkələrdə yayımla

Nar Mobile Güləşçilərimizə dəstək verir

Azerfon MMC (Nar Mobile ticarət nişanı) sentyabrın 17-dən 23-ə kimi Bakı İdman Sarayında keçiriləcək Sərbəst, Yunan – Roma və Qadın Güləşi üzrə Çempionatının sponsoru qismində çıxış edəcək.

   

Dünya çempionatında 154 ölkənin idmançısı 2008-ci il Pekində baş tutacaq Yay Olipmiya Oyunlarına lisenziya qazanmaq üçün mübarizə aparacaqlar. Çempionat sentyabrın 17-si Yunan – Roma güləşçilərinin çıxışları ilə başlayıb bir həftə davam edəcək.

“Azerfon MMC”-nin Güləş üzrə Dünya Çempionatına dəstək olmaqda məqsədi ölkəmizin beynəlxalq idman arenasında imicini artırmaq və Azərbaycanda güləş kimi idman növlərinin daha geniş populyarlaşdırılmasına öz töhfəsini verməkdir. Azərbaycanın qədim güləş tarixini və müasir güləşçilərimizin çoxsaylı uğurlarını nəzərə alaraq, Azerfon MMC bu çempionatın təşkilində iştirak etdiyinə görə fəxr hissi duyur və Azərbaycanın Milli yığmasına inamlı qələbə arzulayır.
Qeyd etməliyik ki, bu turnir “Azerfon MMC” tərəfindən dəstəklənən ilk yüksək səviyyəli idman tədbiri deyil. 2007-ci ilin iyun ayında Azerfon MMC Beynəlxalq Otüstü Xokkey, avqustun 8-i Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Qadın Voleybolu üzrə turnirlərin də təşkilatçısı olub.

Baxılıb: 5629

Şərhlər