Sosial şəbəkələrdə yayımla

Nar Mobile ilə pulsuz dəqiqələr bayramı uzadıldı!

“Azerfon” MMC (Nar Mobile ticarət nişanı) abunəçilərinə ölkə üzrə istənilən nömrələrə zəngləri 2 dəfə ucuzlaşdıran Yay Bonus Proqramını uzatdı.

2007-ci ilin iyun ayından təqdim olunan Yay Bonus Proqramı indi sentyabrın sonuna kimi davam edəcək. Bonus proqramına əsasən şəbəkə daxilində nömrələrə zənglər, digər mobil operatorlara, Nar Mobile nömrələrindən sabit şəhər nömrələrinə, zənglər 2 dəfə ucuzdur. Balansı artırarkən onun həcmindən asılı olaraq abunəçilər aşağıda göstərilən cədvələ uyğun pulsuz dəqiqələr qazanır:

1 2 AZN 10 free minutes
2 5 AZN 30 free minutes
3 10 AZN 60 free minutes
4 20 AZN 130 free minutes
5 50 AZN 350 free minutes

 

Qeyd etmək lazımdır ki, pulsuz dəqiqələrin istifadə müddəti yükləndikdən sonra 30 gün ərzində etibarlıdır və abunəçilər Yay Bonus Proqramı çərçivəsində əldə etdikləri pulsuz dəqiqələrdən istifadə edərkən həm də “sevimli” nömrələrlə, istirahət, bayram günləri və gecələr əvvəlki güzəştlərlə danışa bilərlər.

Bundan əlavə GPRS paketlərinə təqdim olunan 50% güzəşt oktyabrın sonuna qədər davam edəcək. GPRS paketlərindən istifadə Nar Mobile abunəçilərinə yüksək sürətli internet və Mobil TV xidmətlərindən daha ucuz istifadə etmək imkanı yaradacaq.

Baxılıb: 4830

Şərhlər